Hazir Ol Film 1939 - Wikipedia
Hazır_ol_(film,_1939) - Haqqında Məlumat
Hazır ol | |
---|---|
Janr |
detektiv macəra |
Rejissor | Mikayıl Mikayılov |
Ssenari müəllifi | Mikayıl Mikayılov |
Baş rollarda |
Mirzə Mustafayev — traktorçu Y.Frik — təxribatçı Fuad Əfəndiyev — cərrah Aleksandr Popov — sərhəd zastavasının rəisi N.Kəsəmənski — sərhədi pozan Məmməd Babayev — ordinator |
Operator | Camal İsmixanov |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1939 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 53 dəq. |
Ölkə | SSRİ |
İl | 1939 |
Texniki məlumatlar |
5 hissə 1465 metr 35 mm |
Rəng | ağ-qara |
Məzmun
redaktəTəxribatçı sərhədi gizli yolla keçərkən onu tutub saxlamağa çalışan traktorçunu ağır yaralayır. Həyəcan siqnalı ilə ayağa qaldırılan sərhədçilər axtarışdan və təqiblərdən sonra sərhədi pozanları tuturlar. Yaralanmış traktorçunu isə Bakıya göndərirlər. Burada vaxtında görülən cərrahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində onun həyatı xilas edilir. Dövlət sərhədinin pozulması ilə bağlı macəralı hadisələr fonunda qanköçürmənin müalicəvi üstünlükləri və donorluq təbliğ olunur.
Film haqqında
redaktə- Film Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilmişdir.
- Kinolent ölkəmizdə donorluğun əhəmiyyəti haqqında söhbət açır.
- Filmdə görkəmli cərrah Fuad Əfəndiyev bu sahədəki elmi təcrübələrini nümayiş etdirir.
- Kinolentin bir parçası Azərbaycan Dövlət Film Fondunda saxlanılır. Filmin tamamı saxlanılmayıb.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Quruluşçu rejissor: Mikayıl Mikayılov
- Ssenari müəllifi: Mikayıl Mikayılov
- Quruluşçu operator: Camal İsmixanov
- Quruluşçu rəssam: Viktor Aden
Rollarda
redaktə- Mirzə Mustafayev — traktorçu
- Y.Frik — təxribatçı
- Fuad Əfəndiyev — cərrah
- Aleksandr Popov — sərhəd zastavasının rəisi
- N.Kəsəmənski — sərhədi pozan
- Məmməd Babayev — ordinator
Sponsor
redaktə- Azərbaycan Dövlət Qanköçürmə İnstitutu
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32; 95.