Hava Hava Raketi - Wikipedia
Hava-hava Raketləri (Air-to-Air Missile; AAM) təyyarə və helikopterlər tərəfindən digər uçan nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunan silahlardır. Bu silahlar istiyə və ya hədəfə göndərilən və əks olunan radar və lazer siqnalları və ya hədəfdən çıxan radar siqnalları ilə idarə olunurlar.
Tarixi inkişaf
redaktəBu sahədə ilkin tədqiqatlara İkinci Dünya müharibəsi zamanı Alman mühəndisləri tərəfindən başlanılmışdır. Böyük müttəfiq bombardmançı birləşmələrini məhv etmək üçün hazırlanmış Ruhrstal X-4 raketi müharibənin sonlarına doğru ortaya çıxdı. Ruhrstal X-4, tellə idarə olunan bir raket idi və raket buraxıldığı təyyarənin pilotu tərəfindən idarə olunurdu. Almanların bu ilk əsərləri müharibənin sonunda bir çox layihə ilə birlikdə ABŞ və Rusiya tərəfindən ələ keçirildi. Əvvəlcə mövcud nəzəriyyələrlə hava-hava raket tədqiqatlarına başlayan mühəndislər, o dövrlərin favoriti olan radardan istifadə edərək bir raket inkişaf etdirməyə çalışırdılar. Bununla birlikdə, radarların həcm baxımından ölçüsü bəzi çətinliklər yaradırdı. O zaman ABŞ-dən Dr. William B. Mcclean adlı bir alim meydana gəldi. Evinin qarajında təkbaşına təcrübələr aparan Mclean, bir gün idarəolunan raketlərin mövcud problemlərini həll edəcək bir ixtiraya imza atdı. Təyyarə mühərriklərində əmələ gələn istiliyi müəyyənləşdirən və izləyən sadə bir mexanizm icad edən Mclean, Donanma Sursat Test Stansiyasındakı (NOTS/Naval Ordnance Test Station) mühəndis həmkarları ilə birlikdə Local Project 612 adı altında inkişaf etdirməyə başladı. Bu sistemin əsas hissəsi Fotovoltaik hücrə (Photovoltaic cell) adlanan kiçik bir elektron detektor idi. Bu detektor elektromaqnit spektrində yaranan qısa dalğa zonasının infraqırmızı radiasiya şüalarının tullantılarını (emisiya) aşkar edə (yəni bu zonanın temperaturu) bilirdi. Bu axtarıcı uzun müddət yanlış bilinən bir reaktiv mühərrik tərəfindən buraxılan isti işlənmiş qazları deyil, tam əksi isti bir metal tərəfindən yayılan infraqırmızı şüaları, yəni bir reaktiv və ya porşenli mühərrik egzozunda qızdırılan metal hissələrini axtarırdı. AIM-9 Sidewinder raketinin ilk təməlləri Local Project 612 ilə atılmışdır. Bu gün müasir idarə olunan AAM raketlərindən birinin qiyməti 200–600 min dollar arasında dəyişir.