Harvi Vaynsteynin Cinsi Tecavuz Iddiasi - Wikipedia
Harvi Vaynşteynin cinsi təcavüz iddiası - 2017-ci ilin oktyabrında The New York Times və The New Yorker tərəfindən nəşr edilmiş məqalələrdə səsləndirilən, Miramax və The Weinstein Company film şirkətlərinin yaradıcısı olan Oskar mükafatlı film prodüseri Harvi Vaynşteynin onlarla Hollivud aktrisasına qarşı cinsi təcavüz, hücum və ya zorlama törətdiyini bildirən iddiadır. Kino sənayesində çalışan bir neçə qadın sonradan verdikləri açıqlamada Vaynşteynlə oxşar təcrübə yaşadıqlarını bildirmişlər. Məlumatların yayılmasından qısa müddət sonra, "The Weinstein Company" direktorlar şurasının qərarı ilə Harvi Vaynşteyn şirkətin direktoru vəzifəsindən azad edilmiş, Vaynşteynin həyat yoldaşı olan aktrisa və dəb dizayneri Corciya Çepmen boşanmaq üçün məhkəməyə müraciət etmiş, bir çox nüfuzlu sənət xadimləri və siyasətçilər Vaynşteyni tənqid edən fikirlər səsləndirmişlər.
Zəmin
redaktəHarvi və Bob Vaynşeyn qardaşları yaratdıqları Miramax film şirkətinə 1979-2005-ci illərdə rəhbərlik etmişlər.[1] 2005-ci ilin martında "The Weinstein Company" şirkətinin əsasını qoyan qardaşlar elə həmin ilin sentyabrında "Miramax"dan uzaqlaşmışlar.[2][3]
İlk məlumatlar
redaktəİlk məlumatlar, "The New York Times" müxbirləri olan Codi Kantor və Meqan Touhinin 5 oktyabr 2017-ci ildə nəşr edilmiş araşdırma məqaləsində verilmişdir. Məlumatda Vaynşteyn otuz illik bir müddətdə bir neçə aktrisaya, o cümlədən "Miramax" və "The Weinstein Company" ilə əməkdaşlıq etmiş köməkçi, müvəqqəti əməkdaş və digər vəzifələrdə çalışmış bir neçə qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır.[4][5]
10 oktyabr 2017-ci ildə "NBC News" müxbiri Ronan Farrou "The New Yorker"ə verdiyi məlumatda bildirir ki, ən azı 13 qadın Vaynşteyn tərəfindən cinsi təcavüzə məruz qalmış və ya təqib edilmiş, üçü isə zorlanmışdır.[6] Farrou bildirir ki, bir neçə ay əvvəl bu haqda NBC-də məlumat yaymaq istəsə də, telekanal ola bilsin ki, təzyiq altında qalaraq buna icazə verməmişdir[7]; NBC isə bu məlumatı təkzib edir.[8] Farrounun sözlərinə görə, Vaynşteynlə birlikdə çalışmış 16 işçi və ya köməkçi onun qadınlara qarşı seksual hərəkətlərinin şahidi olmuş və ya bu haqda məlumatlı olduqlarını bildirmişlər.[6] Dörd aktrisa bildirmişdir ki, Vaynşteynin təklifindən imtina etdikdən sonra çalışdıqları film layihəsindən uzaqlaşdırılmış və ya başqa bir layihəyə keçirilmişlər.[6] "The New Yorker" həm də Nyu-York Şəhər Polis Departamentinin 2015-ci ilə aid gizli lent yazısını da əldə edə bilmişdir.[6] Lent yazısında Vaynşteyn model Ambra Battilana Qutierrezi əllədiyini etiraf edir.[6]
Ehtimal edilən qurbanlar
redaktə"The New York Times" və "The New Yorker" də məqalələrin çap edilməsindən sonra əyləncə sənayesində çalışan bir çox qadınlar Harvi Vaynşteynə qarşı oxşar iddialar səsləndirməyə başlamışlar. Onların bildirdiklərinə görə, Vaynşteyn, gənc aktrisa və modelləri karyeranın müzakirə edilməsi bəhanəsi ilə otel otağına və ya ofisinə çağırmış, daha sonra isə masaj və ya seks tələb etmişdir.[9] Vaynşteynlə çalışmış şəxslərin bildirdiyinə görə, onun bu hərəkətləri görüşləri təşkil edən işçiləri, daha sonra isə qurbanların şikayətlərini ödənişlər və hədələrlə sakitləşdirən hüquqşünasları və naşirləri tərəfindən də dəstəklənmişdir.[9]
İstinadlar
redaktə- ↑ Weinstein, Bob. "All Thanks to Max". Vanity Fair. April 2003. 2014-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ Cain, Rob. "The Weinstein Company Can Kiss Its Oscar Prospects Goodbye". Forbes Online. Forbes Media. October 12, 2017. October 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ Hernandez, Eugene. "Weinstein's Leaving Miramax, Will Form New Company; Brothers Taking Dimension Label, Leaving All Film Libraries at Disney". IndieWire. Penske Business Media. March 30, 2005. October 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ Kantor, Jodi; Twohey, Megan. "Harvey Weinstein Paid Off Sexual Harassment Accusers for Decades". The New York Times. October 5, 2017. October 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ "Decades of Sexual Harassment Accusations Against Harvey Weinstein". New York Times. 2017-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ 1 2 3 4 5 Farrow, Ronan. "From Aggressive Overtures to Sexual Assault: Harvey Weinstein's Accusers Tell Their Stories". The New Yorker. October 10, 2017. November 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ Moraes, Lisa de. "Ronan Farrow To Rachel Maddow: Ask NBC Why My Harvey Weinstein Report Did Not Break On Its Air". Deadline. October 11, 2017. October 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2017.
- ↑ Koblin, John. "How Did NBC Miss Out on a Harvey Weinstein Exposé?". The New York Times. 11 October 2017. 12 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ 1 2 Levin, Sam; Carroll, Rory. "'Pack of hyenas': how Harvey Weinstein's power fuelled a culture of enablers". The Guardian. 13 October 2017. 13 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2017.