Harri Potter Ve Simurq Ordeni Film - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Harri Potter və Simurq Ordeni — (ing. Harry Potter and the Order of the Phoenix) 2007-ci ildə lentə alınmış film. Harri Potter silsiləsindən 5-ci hissə.
Harri Potter və Simurq Ordeni | |
---|---|
ing. Harry Potter and the Order of the Phoenix | |
Janr | fentezi filmi[d], roman ekranlaşdırması[d] |
Rejissor | Devid Yeyts |
Prodüserlər |
Devid Heyman Devid Barron |
Əsərin müəllifi | Coan Roulinq |
Ssenari müəllifləri |
Coan Roulinq Maykl Qoldenberq |
Baş rollarda |
Deniel Redkliff Rupert Qrint Emma Uotson |
Bəstəkar | Nikolas Huper |
İstehsalçı | Warner Bros. Pictures |
Distribütor | Warner Bros. |
İlk baxış tarixi | 28 iyun 2007, 11 iyul 2007[1], 12 iyul 2007[2], 2007 |
Müddət | 138 dq. |
Büdcə | 150 milyon $ |
Gəlir | 938,468,864 $ |
Ölkələr |
ABŞ Böyük Britaniya |
Dil | İngilis |
İl | 11 iyul 2007 |
Əvvəlki film | Harri Potter və Alov Kuboku |
Sonrakı film | Harri Potter6 və Mələz Şahzadə |
Rəng | rəngli |
Çəkiliş yeri | London, Oksfordşir[d], Hartfordşir, Türkiyə |
IMDb | ID0373889 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəHoqvarts Cadugərlik Məktəbindəki 5-ci ilini səbirsizliklə gözləyən Harri Potter, Dursley ailəsi ilə keçirtdiyi yay tətili ərzində heç kimdən, o cümlədən də ən yaxın dostları olan Ron və Hermionadan məktub almadığına görə yayı çox cansıxıcı və uzun keçirib.
Tətildə xalası və xalası əri ilə qaldığı vaxt ruh əmicilərin hücumuna məruz qalır. Harri özünü və xalası oğlu Dadlini xilas etmək məqsədilə Patronus cadusunu etməli olur. Bundan sonra Harri qonşuları Arabellanın kofti olduğunu və Dambldor tərəfindən onu qorumaq üçün göndərildiyini öyrənir. Gənc sehrbazların məktəbdən kənarda sehr və ya cadu etmələrinə icazə verilmir. Harri isə Patronus cadusunu etdiyinə görə Sehr Nazirliyi onu izahat üçün məhkəməyə çağırır.
Bir gecə Dambldorun əmrilə bir neçə sehrbaz Harri yaşadığı evə gələrək onu tələsik Siriusun evinə aparırlar. Bu ev həmçini Simurq Ordeninin də gizli qərargahıdır. Sirius iclaslar üçün ailəsinin evini bunun üçün seçmişdir. Harrinin bu iclasda yeganə ümidi Sehr Nazirliyinə günahsız olduğunu sübut etməyə çalışmaqdır. Harri Horqvastın böyük söz sahiblərindən olan Albus Dambldorun müdaxiləsi və Arabellanın şahidliyi ilə məhkəmədə günahsız elan edilir və Hoqvars Məktəbindən qovulma qərarı ləğv edilir. Harri bu hadisələrdən sonra ilk dəfə məktəbə narahatçılıqla qayıdır.
Hoqvarsa qayıtdıqdan sonra Harri, bir çox qıcıqlandırıcı hallar ilə üzləşir. Ətrafdakıların qəribə baxışları, qəzetdə soyadının dəyişilərək Potter yox Plotter (hoqqabaz) kimi qeyd edilməsi və birdə Voldemortun qayıtdığına dair yalan məlumat verməsi kimi bir çox hallar ilə üzləşir. Özünü tək və tədricolunmuş hissedən Harri Ron və Hermionanın köməyilədə belə yenə də ümidsizdir. Çünkü yaşadıqlarını heç kimin başa düşməyəcəyini fikirləşir. Hətta ən yaxın dostlarının belə.
Hoqvarsda yeni dərs ilinin başlaması ilə əlaqədər olaraq Dambldorun bütün səylərinə baxmayaraq Sehr Nazirliyi məktəbə Qaranlıq Qüvvələrə qarşı Dolores Ceyn Umbrici təyin edir. O eyni zamanda da cəsusdur. Daha sonra ona qərarlar verə bilmək ixtiyarıda verilir. Çox irəli gedən Ceynin nifrətinə nəinki tələbələr hətta müəllimlər də tuş gəlir. Beləki Tale müəlliməsini işdən çıxaran Ceyn hətta onu şəhərdən də qovmaq istəyir. Yalnız Dambldor buna imkan vermir.
Eyni zamanda Ceyn qaranlıq qüvvələr dərsində də tələbələrə əsas müdafiə cadularını öyrətmir. Bunun əhəmiyyətsiz olduğunu fikirləşən Ceyn yalnız cüzi şeylərlə kifayətlənir. Harri, Ron və Hermiona heç kimin qaranlıq qüvvələrə qarşı heç nə öyrənə bilmədiklərinə görə özləri bəzi tələbələrlə birlikdə bunu öyrənməyə başlayırlar. Bu tələbələr Cinninin fikri ilə özlərinə Dambldorun Ordusu adını verirlər. Yığışdıqları yer isə ev cini Dobbinin məsləhət bildiyi Ehtiyac otağıdır. Onların bu iclasına Harrinin bəyəndiyi Çanqada qatılır. Bir gün iclasdan sonra Harri həyatında ilk dəfə olaraq öpüşür.
Haqridin dərslərinin birində sklet qanadlı Testrallar ilə işləyirlər. Bunlar ata bənzəsələr də, əslində at və əjdaha qarışığıdırlar və ölümə ilk şahidlik etmiş şəxslər tərəfindən görülə bilirlər. Sedrikin ölümünə şahidlik etmiş Harri Hoqvartsda faytonları sürüyənlərin məhz onlar olduğunu görür. Balaca uşaq ikən anasının ölümünü görən Luna adlı bir qız da onları görə bilir və həmçinin onlara dost kimi baxır.
Haqrid məktəbdən qovulma vaxtının yaxınlaşdığını hiss edərək Harri, Ron və Hermionanı qadağan olunmuş meşəyə aparır və onlara ögey qardaşını göstərərək ona baxmalarını istəyir.
Bir gecə Harri bir kabus görür. Məhkəmə vaxtı Nazirliyə gedərkən xatırladığı qapının arxasından Siriusa nəyinsə hücum etdiyini görmüşdü. Əslində bu onu məhkəməyə çəkmək üçün bir tələdə ola bilər. Lakin o bu riskə əhəmiyyət verməyəcək. Sirius onun yeganə ailəsidir. Onu xilas etmək üçün Ron, Hermiona və birgə sehr öyrəndikləri bir neçə tələbə ilə birgə Siriusun dalınca gedir. Sehr Nazirliyinə çatdıqlarında bu altı gənc cadugər Kəhanət Salonuna gedirlər. Bura ucsuz-bucaqsız rəflərdə kürələrdəki kəhanətlərlə dolu otaqdır. Harri birdən-birə bu yeri nə vaxtsa gördüyünü xatırlayır. Bu otaqda axtarış edərkən Nevill əsas bir şey tapır. Kürələrinin birinin üstündə Harrinin adı yazılıb. Kəhanətin özü və Voldemort arasındakı əlaqələrin açarı olduqunu bilməyən Harri həmin kürəni götürür. Tələbələr Voldemortun ölüm yeyənləri tərəfindən Esrar Dairəsində tələyə düşürlər. Simurq Ordeni insanlarının gəlməsinə baxmayaraq Sirius əmisi qızı Belatriks tərəfindən Adavra Kedavra lənəti ilə öldürülür. Voldemort gələrək Harriyə ölümcül lənətlər göndərməyə başlayır. Lakin Dambldor vaxtında gəlir və Harrini xilas edir. Voldemort Belatriks ilə birgə yoxa çıxır. Sehr Nazirliyi Voldemortu gördüyünə görə artıq onun geri qayıtdığına inanır.
Maraqlı Faktlar
redaktə- Büdcə — 150 milyon ABŞ dolları.
- Əldə olunan gəlir — 938 milyon 468 min 864 ABŞ dolları.
- Harri Potter və Çanqın öpüşdüyü səhnə 24 dubla lentə alınıb.
- 2006-ci il yayın ortaları çəkilişlərə bir aylıq fasilə verildi. Çünki Deniel Redkliff və Emma Uotson imtahan verirdilər. Bu fasilə şirkətə 4.8 milyon dollara başa gəldi.
- "Harri Potter və Simurq ordeni" filminin bəzi səhnələri Skandinaviyada lentə alındı. Çünki Şotlandiyada qar az idi.
- "Entrepreneurial Exchange" xeyriyyə tədbirində rejissor Devid Yets filmdə kiçik bir rolu auksiona çıxarır. Əldə olunan gəlir kasıblıqdan əziyyət çəkən Afrika ölkələrinə yardım fonduna köçürülüb.
- Evanna Linç 15 min namizəd içindən seçilərək Luna Lavqud obrazını canlandırıb.
- Filmin 127 səhifəlik ssenarisi yol kənarında tapılır. Şirkət məsuliyyətsiz işçini işdən çıxarıb.
- Zədələrdən qaçmaq üçün filmdə silikon şüşələr sındırılıb. Xüsusi effektlər üzərində 11 studiya çalışıb.
- Harry Potter seriyasının 5-ci hissəsi bütün filimləri arasında ən çox gəlir əldə etmiş hissəsidir.