Haradan Baslamali Haci Sahin - Wikipedia
Haradan başlamalı — Hacı Şahinin ilk kitabı.[1]
Haradan başlamalı | |
---|---|
| |
Müəllif | Hacı Şahin |
Janr | Psixologiya |
Mövzu | özünüinkişaf |
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2020 |
Nəşriyyat | İrşad |
Səhifə | 197 |
Sonrakı | Yaradılışın hədəfi |
ISBN | 9789952525670 |
Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı? Kitabda bu suallara cavab axtarılır.[2]
"Təhsil Araşdırmalar Mərkəzi"nin dəyərləndirməsinə əsasən, 2020-ci ilin ən yaxşı kitabı seçilib.[3]
Məzmun
redaktəMüasir insan, nəzəri müzakirələrdən, diktəedici tonla yazılan və deyilən əxlaqi göstərişlərdən yorulub. Ona, daha praktik, sadə və konkret yol lazımdır. Bu problemi həll etməyi özünə prioritet vəzifə hesab edən Hacı Şahinin qələmə aldığı bu kitabda, usanmış insana, həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində, nə qədər populist səslənsə də, insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı?
Kitabda, bu suallara cavab axtarılır. Həmçinin “günah”, “cəhənnəm”, “kafir” kimi neqativ anlayışlara, yeni, çağdaş insanın dərdinə dəyəcək mənalar verilir, mənəvi mövzuların praktik həyatda canlı qalması üçün dərin təhlillər aparılır.
Rəylər
redaktə“Haradan başlamalı” kitabında dini görüşlərdən deyil, məhz insanın praktiki həyatından bəhs edilir. Xoşbəxtliyə çatmağın yolları, üzləşdiyimiz mənəvi problemlərə toxunulur, əxlaqi göstərişlərdən yorulan müasir insana həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edilir.[4] Millət vəkili Jalə Əhmədova
|
Hacı Şahinin kitabını oxuyandan, daha öncə də onun bir neçə videosuna baxandan sonra şad oldum ki, ölkəmizin dini çevrəsində yalnız duyğuları deyil, düşüncələri də inkişaf etdirmək cəhdləri artır. Kitab bəlli bir oxucu kütləsi üçün yazılsa da, dindar olmayan, hətta ateist olan kəslər üçün də maraqlı və düşündürücü ola bilər. Ümid edirəm, bu cəhdlər yalnız dini çevrənin içində qalmaz və ölkəmizdə bir gün dini və dünyəvi düşüncələrin görüşdüyü, qovuşduğu və ya toqquşduğu mövzularda gerçəkdən azad, qarşılıqlı hörmət üzərində qurulmuş müzakirələr başlayar. Qərbdə bunun faydasını çoxdan anlayıblar. Hər şeyə ateist-dindar qarşıdurmasının gözüylə baxmağın toplum üçün yararlı olmadığı da anlaşılır. Onsuz da, bu və ya başqa şəkildə, hamı Allahı düşünür. Biriləri onun varlığını düşünür, başqaları - yoxluğunu. Önəmli olan odur ki, Allahı düşünmədən düşüncəni inkişaf etdirmək olmur[5] Millət vəkili Erkin Qədirli
|
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Hacı Şahin Həsənlinin ilk kitabı nəşr olundu". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.
- ↑ "2020-ci ilin Ən Yaxşı Kitabı-"HARADAN BAŞLAMALI", Hacı Şahin Həsənli". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.
- ↑ 2020-ci ilin ən yaxşı kitabı - "Haradan başlamalı"
- ↑ "Millət vəkili Hacı Şahinə təşəkkür etdi". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.
- ↑ "Erkin Qədirli Hacı Şahindən yazdı". 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.