Haqverdiyevler - Wikipedia
Haqverdiyevlər - Haqqında Məlumat
Haqverdiyevlər — Azərbaycan xalqının soylarından biri.
Haqverdiyevlər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Mirzə Haqverdi bəy Kəbirli |
Qohum soylar | Vəlibəyovlar |
Mənşəyi | Qarabağ, Şuşa |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | Mirzəhaqverdili, Ağbulaq |
Mülki fəaliyyəti | Hakim, Vəkil |
Dini fəaliyyəti | Qazı, Axund |
Soyun yaranması
redaktəMirzə Haqverdi bəy Qarabağın tanınmış mülkədarlarından biri idi. Şuşa şəhərində imarətin, çox sayda rəiyyətin, Kəbirli mahalında Mirzəhaqverdilər adlı obanın, Mərzili, Avşar obalarının bir hissəsinin, Vərəndə mahalında Ağbulaq adlı kəndin sahibi idi.
Onun adı ilə bağlı Kəbirli mahalında "Mirzəhaqverdi kəhrizi" adlı yurd yeri var idi. Mirzə Haqverdi bəy 1806-cı ildə İbrahimxəlil xanla bərabər gülləbaran edildi. Mirzə Haqverdi bəyin nəslinin nümayəndələri Haqverdiyev soyadını daşıyırlar.
Soyun məşhur nümayəndələri
redaktə- Mirzə Məhəmmədkərim bəy Kəbirli — xəttat.
- Mirzə Əli bəy Qarabaği — Azərbaycan şairi.
- Mirzə Əbülqasım bəy Haqverdiyev (1803-?) — Şuşa qazısı, Mirzə Əli bəy Qarabağinin oğlu.
- Mirzə Əbdürrəhim bəy Haqverdiyev (1809-?) — Qarabağ bəyi, mülkədar, hüquqşünas, Əbdürrəhim bəy Haqverdiyevin babası.
- Əbdürrəhim bəy Haqverdiyev — məşhur Azərbaycan yazıçısı və dramaturqu.
- Mirzə Haqverdi Səfa — şair, qazı.
Şəkillər
redaktə-
Uşaqlıq illərində Şuşada
-
Gənclik illərində
-
Əbdürrəhim bəy Haqverdiyev Həbib bəy Mahmudbəyovla birlikdə (1890-cı il)
-
Əbdürrəhim bəy Haqverdiyev Tiflisdə
-
Əbdürrəhim bəy Haqverdiyev Peterburqda
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Haqverdiyevlər, "Soy" dərgisi, 1 (33), 2010. səh.3–9.