Hans Morgentau - Wikipedia
Hans İoaxim Morgentau (17 fevral 1904[1], Koburq – 19 iyul 1980[1], Nyu-York, Nyu-York ştatı) — almanəsilli ABŞ siyasətçisi, diplomatı və tarixçisi.
Hans Morgentau | |
---|---|
Hans İoaxim Morgentau | |
Doğum tarixi | |
Doğum yeri | Koburq, Almaniya |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Fəaliyyəti | hakim, politoloq, yazıçı, filosof, universitet müəllimi[d] |
Üzvlüyü |
Həyatı
redaktəHans Morgentau təhsilini Berlin, Frankfurt və Münhen Universitetlərində almış və bir müddət Almaniyanın hüquq sistemində çalışmışdır. 1932-ci ildə hüquqdan bir illik mühazirələr oxumaq üçün Cenevrəyə gedən Morgentau Almaniyada Hitlerin hakimiyyətə gəlməsi səbəbindən vətəninə geri qayıda bilməmiş, Cenevrədə qalmağa məcbur olmuşdur. 1935–1936-cı illərdə Madriddə dərs deyən Morgentau 1937-ci ildə Birləşmiş Ştatlara köçmüş və 1943-cü ildə naturalizasiya olmuşdur. Morgentau ABŞ-də Bruklin kollecində, Missuri və Çikaqo Universitetlərində və digər ali təhsil müəssisələrində dərs demişdir.
1948-ci ildə Morgentau indi beynəlxalq münasibətlər nəzəriyyəsində klassika hesab edilən Beynəlxalq Siyasət kitabını çap etdirmişdir. Bu kitab BM nəzəriyyəsində siyasi realizmin əsasını qoymuşdur.
Əsərləri
redaktəMorgentaunun digər məşhur əsərləri aşağıdakılardır:
- Elmi insan güc siyasətinə qarşı (1946)
- Dövlətlər arasında siyasət (kitab)
- Milli marağın müdafiəsinə (1951)
- Siyasətin dilemmaları (1958)
- Amerikan siyasətinin məqsədi (1960)
- İyirminci yüzillikdə siyasət (1962)
- Həqiqət və Güc (1970)
İstinadlar
redaktə- ↑ 1 2 Hans Joachim Morgenthau // Brockhauz Ensiklopediyası (alm.).