Hans Yurgen Stumpf - Wikipedia
Hans-Yurgen Ştumpf (alm. Robert Ritter von Greim; 15 iyun 1889[1], Kolobjeq, Prussiya – 9 mart 1968[1], Frankfurt-Mayn, Hessen) — alman pilot, hər iki dünya müharibəsinin iştirakçısı, 26 aprel-24 may 1945-ci ildə Lüftvaffenin nümayəndəsi, aviasiya general-polkovniki (19 iyul 1940).
Hans-Yurgen Ştumpf | |
---|---|
alm. Hans-Jürgen Stumpff | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1889[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1968[1] (78 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Üçüncü Reyx |
Qoşun növü | Lüftvaffe, Heer (Vermaxt), Almaniya İmperiyası ordusu |
Xidmət illəri | 1906-cı ildən |
Rütbəsi | general-polkovnik |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHans-Yurgen Ştumpf 1907-ci il aprelin 1-də fanen kursantı kimi 12-ci Qrenadyor alayına daxil olub. 1908-ci il noyabrın 19-da o, isə leytenant rütbəsi alıb. 1912-ci ildə Şpandaudakı silah zavoduna göndərilib. Ştumpf 1912-ci il oktyabrın 1-dən — 12-ci Qrenadyor alayında batalyon adyutantı kimi xidmət edib.
Ştumpf Birinci Dünya müharibəsi iştirakçısıdır. O, müharibənin ilk vaxtlarında, 1914-cü il avqustun 24-də ağır yaralanır. 1914-cü il sentyabrın 1-dən öz alayının ehtiyat taborunun taqım komandiri, 1915-ci ilin yanvar-may aylarında 254-cü ehtiyat alayının taqımında xidmət edib. Hans-Yurgen Ştumpf 1915-ci il mayın 20-dən — 187-ci piyada briqadasının adyutantı olub.
Hans-Yurgen Ştumpf Baş qərargah zabiti kimi təhsil almış və 3 noyabr 1916-cı ildə sahə Baş Qərargahına keçirilmişdir. Hərbi fərqlənməyə görə 1-ci və 2-ci dərəcəli Dəmir Xaç ordenləri ilə təltif edilmişdir. 1916-cı il avqustun 18-də Hauptman rütbəsinə layiq görülüb.
Ordudan tərxis olunduqdan sonra Reyxsverdə saxlanıldı. 1919-cu il oktyabrın 1-dən İmperator Müharibə Nazirliyinin şöbə müdirinin adyutantı olub.
Ştumpf 1922-ci il oktyabrın 1-dən 8-ci piyada alayının komandiri, 1924-cü il oktyabrın 1-dən 1-ci diviziyanın qərargahında xidmətə başlayıb.
1927-ci il fevralın 1-dən Ştumpf quru qoşunları komandanının adyutantı, 1929-cu il fevralın 1-dən Hərbi Nazirliyinin Kadrlar İdarəsinin müşaviri, 1932-ci il oktyabrın 1-dən şöbə müdiri vəzifəsini icra edib.
Hans-Yurgen Ştumpf 1933-cü il iyulun 1-dən bərpa olunmuş İmperiya Hərbi Hava Nazirliyinin kadr məsələləri ilə məşğul olan şöbə rəisi rütbəsi ilə Hərbi Nazirlikdə xüsusi təyinatlı kimi xidmət göstərib. 1933-cü il sentyabrın 1-də Reyx Hərbi Hava Nazirliyinə keçirilib və Reyx Hərbi Hava Nazirliyinin Kadrlar İdarəsinin rəisi təyin edilib.
O, yeni yaradılan Hərbi Hava Qüvvələrində (Lüftvaffe) kadrların seçilməsinə rəhbərlik edib və yarandığı ilk illərdə Lüftvaffenin kadr siyasətinə rəhbərlik edib. Yurgen Ştumpf 1 iyun 1937-ci ildən Lüftvaffe Ali Komandanlığının (OKL) Baş Qərargah rəisi təyin olunub.
İkinci Dünya müharibəsi illərində
redaktə1939-cu il fevralın 1-də o, vəzifəsini general Hans Yeşonnekə təhvil verdi və Reyxin hava hücumundan müdafiəsinin rəisi təyin edildi. Onun vəzifələrinə Reyxin ərazisində düşmən aviasiyasına qarşı mübarizə aparmaq üçün bütün tədbirlərə rəhbərlik etmək daxil idi. 1940-cı il yanvarın 12-dən Qərbdə 1-ci Hava Donanmasının komandanı təyin olundu.[3]
10 may 1940-cı ildə hava hücumundan müdafiə rəisi olaraq qalaraq, Almaniyanın şimalında hava təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş 5-ci Hava Donanmasına rəhbərlik etdi. Norveçə qarşı əməliyyatda iştirak etmişdır. Norveçin işğalından sonra onun hava donanmasının qərargahı Osloya köçürülmüşdür.
Ştumpfın hava donanması "Britaniya uğrunda döyüş"ün başlamasına səbəb olan "Qartal Günü" əməliyyatında iştirak edib. 15 avqust 1940-cı ildə Ştumpfun hava donanması Böyük Britaniyanın şimal-şərq sahillərində 34 qırıcının dəstəyi ilə 100-ə yaxın bombardmançıdan ibarət reyd keçirdi. Təyyarələr gözlənilmədən Britaniya eskadrilyaları tərəfindən hücuma məruz qaldı. Stumpf 30-a yaxın bombardmançı itirdi, ingilislər bir dənə də olsun təyyarə itirmədi. Bundan sonra Stumpfın donanması bir daha Britaniya uğrunda döyüşlərə cəlb olunmadı.
Hans-Yurgen Ştumpf 18 sentyabr 1941-ci ildə "Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı ilə təltif edildi.[4]
1941–1943-cü illərdə Ştumpfın təyyarələri Sovet-Alman cəbhəsinin şimalında fəaliyyət göstərərək Finlandiya qoşunlarına dəstək verirdi. Murmansk və Kareliya şəhərlərində hava hücumları həyata keçirirdi. O, bütün Şimal Donanmasını havadan batıracağını lovğalıqla bəyan edirdi. Ştumpf hava donanmasının ən əhəmiyyətli uğuru PQ-17 Arktik konvoyunun məhv edilməsi idi.
Hans-Yurgen Ştumpf 27 noyabr 1943-cü ildə vəzifəsindən uzaqlaşdırılaraq Hava qüvvələrinin ehtiyatına göndərildi və 23 dekabr 1943-cü ildə onu Reyxin Hava Hücumundan Müdafiə İdarəsinin rəisi general-polkovnik Hubert Veyze əvəz etdi.
Ştumpf 6 yanvar 1944-cü ildən Hərbi Hava Qüvvələri Mərkəzinin komandanı təyin olundu. Mövcud qüvvələrin Reyx ərazisinə Müttəfiqlərin hava hücumlarının qarşısını ala bilmədiyi məlum olduqdan sonra, komandanlığı 5 fevral 1944-cü ildə Ştumpfa həvalə edilmiş Reyx Hava Donanması yaradıldı. Qərbdəki bütün Luftvaffe qüvvələri Ştumpfa tabe edildi.
Feldmarşal Robert fon Qreym Luftvaffe Baş Komandanı təyin edildikdən sonra 8 may 1945-ci ildə onun müavini və Luftvaffe Baş Qərargahının rəisi oldu.
9 may 1945-ci ildə feldmarşal Vilhelm Keytel və general-admiral Hans Georq fon Frideburq ilə birlikdə Üçüncü Reyxin qeyd-şərtsiz təslim olması Aktını (kapitulyasiya) imzaladı.[5]
Hans-Yurgen Ştumpf 1945-ci il mayın 23-də müttəfiqlər tərəfindən həbs edildi. İngiltərə hərbi tribunalı tərəfindən mühakimə olundu, lakin 1947-ci ilin oktyabrında bəraət aldı.
Mükafatları
redaktə- "Dəmir xaç" ordeni, (1914) 2-ci və 1-ci dərəcə;
- Hərbi xidmətə görə ordeni, qılınclarla 4-cü dərəcə (Bavariya krallığı);
- Fridrix Xaçı (Anqalt Hersoqluğu);
- Hanzey xaçı (Hamburq);
- Hanzey xaçı (Lübek);
- Hərbi Fəxri Xaç, hərbi fərqlənmə ilə 3-cü dərəcəli (Avstriya-Macarıstan);
- Hərbi Xidmətlərə görə ordeni, Cəngavər Xaçı (Bolqarıstan);
- Qara rəngdə "Yaralanmaya görə" döş nişanı (1918);
- 4-cü, 3-cü, 2-ci və 1-ci dərəcəli "Vermaxtda uzun xidmətə görə" medalı;
- "13 mart 1938-ci il xatirəsinə" medalı;
- "Praqa qalası" lentli "1 oktyabr 1938-ci il xatirəsinə" medalı;
- Dəmir Xaç kəməri (1939) 2-ci və 1-ci dərəcə;
- "Dəmir xaç" ordeninin Cəngavər dəmir xaçı (18 sentyabr 1941);
- Ulduzlu və Qılınclı Finlandiya Böyük Xaçının Ağ Gül Ordeni (Finlandiya);
- "Verrmaxtberixt"də iki qeyd;
- Qızıl və brilyantdan hazırlanmış "Pilot Müşahidəçi" nişanı.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Hans-Jürgen Stumpff // Munzinger Personen (alm.).
- ↑ https://ww2gravestone.com/people/stumpff-hans-jurgen/.
- ↑ Matikkala 2017, p. 516.
- ↑ Scherzer 2007, p. 734.
- ↑ "королевские тигры в берлине, 1945. schwere SS-Panzer-Abteilung 503". www.vn-parabellum.com. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
Ədəbiyyat
redaktə- Ralf Schumann: Generaloberst Hans-Jürgen Stumpff. In: Mars – Jahrbuch für Wehrpolitik und Militärwesen. 6 (2000), S. 258–271. (alm.)
- Matikkala, Antti. Kunnian ruletti: Korkeimmat ulkomaalaisille 1941–1944 annetut suomalaiset kunniamerkit [The Roulette of Honour: The Highest Finnish Orders to Foreigners 1941–1944] (fin). Helsinki: Suomalaisen Kirjallisuuden Seura. 2017. ISBN 978-952-222-847-5.
- Scherzer, Veit. Die Ritterkreuzträger 1939–1945 Die Inhaber des Ritterkreuzes des Eisernen Kreuzes 1939 von Heer, Luftwaffe, Kriegsmarine, Waffen-SS, Volkssturm sowie mit Deutschland verbündeter Streitkräfte nach den Unterlagen des Bundesarchives [The Knight's Cross Bearers 1939–1945 The Holders of the Knight's Cross of the Iron Cross 1939 by Army, Air Force, Navy, Waffen-SS, Volkssturm and Allied Forces with Germany According to the Documents of the Federal Archives] (alman). Jena, Germany: Scherzers Militaer-Verlag. 2007. ISBN 978-3-938845-17-2.