Hann Alone - Wikipedia
Hann (Alone) (hanqıl: 한(一)) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış sinql. 14 avqust 2018-ci ildə rəqəmsal sinql kimi buraxılmışdır. Mahnının klipi 14 avqustda yayımlanmışdır.
"Hann (Alone)" | ||||
---|---|---|---|---|
(G)I-dle tərəfindən ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 14 avqust 2018 | |||
Müddət | 3:25 | |||
Prodüser | ||||
Sözlərin müəllifi | Soyon | |||
Leybl | Cube Entetainment | |||
(G)I-dle sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
"Hann (Alone)" — YouTube platformasında
|
Buraxılması
redaktəMahnı 14 avqust 2018-ci ildə "Cube Entertainment" tərəfindən Melon və iTunes kimi bir neçə platformada rəqəmsal sinql kimi buraxılmışdır.[1][2] Mahnının klipi həmin gün buraxılmışdır. Klip 22 avqust 2019-cu ildə 100 milyon YouTube baxışı keçmiş,[3] qrupun 100 milyon baxışı keçən ikinci klipi olmuşdur.[4] Soyonun əqrəb səhnəsi "2018-ci ilin K-popun Ən Vəhşi Klip Anları" siyahısında 10-cu yerdə göstərilmişdir.[5]
Musiqi və sözlər
redaktəMahnının sözləri qrup üzvü Soyon tərəfindən yazılmışdır.[6] Mahnı dans-pop və hauz[7] janrlarındadır. Sözləri keçmiş sevgilisini unutmağa çalışan biri haqqındadır.[3]
Qəbul
redaktə"Hann (Alone)" "Gaon" rəqəmsal hit-paradında 14-cü yerdə debüt etmiş, növbəti həftə 8-ci yerə yüksəlmişdir.[8][9] "Billboard Korea"nın K-pop Hot 100 hit-paradında 20-ci yerdə debüt etmişdir.[10][11] "US Billboard"un Dünya Rəqəmsal Mahnılar hit-paradında 2-ci yerdə debüt etmiş, 1000-dən çox nüsxəsi satılmışdır.[12][13]
Mahnı "Dazed"in "2018-ci ilin ən yaxşı 20 K-pop mahnısı" siyahısında 3-cü yerdə göstərilmişdir.[14] "Idolator" və "The Young Folks" tərəfindən 2018-ci ilin ən yaxşı K-pop mahnılarından biri adlandırılmışdır.[15][16]
Veriliş | Tarix | İst. |
---|---|---|
Show Champion | 29 avqust 2018 | [17] |
The Show | 4 sentyabr 2018 | [18] |
M Countdown | 6 sentyabr 2018 | [19] |
İstinadlar
redaktə- ↑ "한(一)". Melon (koreya). 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.
- ↑ "Hann (Alone) - Single by (G)I-DLE". iTunes. 14 August 2018. 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.
- ↑ 1 2 "Rookie K-Pop Girl Group (G)I-dle Returns With 'Hann (Alone)': Watch the Music Video". Billboard. 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.
- ↑ "(여자)아이들 '한(一)' 뮤비 1년 만에 1억뷰 돌파" (koreya). EDaily. 22 August 2019. 22 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2024.
- ↑ "K-Pop's Fiercest Music Video Moments of 2018". Refinery29. December 27, 2018. 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ "한(一)". Melon (koreya). 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.
- ↑ "(G)IDLE - Hann (Alone) album information". Cube Entertainment. August 14, 2018. October 3, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 4, 2020.
- ↑ "국내 대표 음악 차트 가온차트!". Gaon Chart. 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-23.
- ↑ "34th Week of 2018 - Digital Chart". Gaon Chart. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-30.
- ↑ "빌보드 코리아". billboard.co.kr. 2018-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.
- ↑ "KPOP HOT 100 - The Week of September 3, 2018~September 9". billboard.co.kr. 2018-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.
- ↑ "World Digital Song Sales : Aug 25, 2018 | Billboard Chart Archive". Billboard. 2018-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.
- ↑ "(G)I-DLE Hit New Peak on World Digital Song Sales Chart With 'Hann (Alone)'". Billboard. 2019-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.
- ↑ "The 20 best K-pop songs of 2018". Dazed. January 25, 2018. April 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2018.
- ↑ "From Monsta X To iKON, The 10 Best K-Pop Songs Of 2018". JawaPos. December 31, 2018. İstifadə tarixi: December 12, 2019.[ölü keçid]
- ↑ De La Rosa, Mansanares. "The 20 Best K-Pop Singles of 2018". The Young Folks. December 27, 2018. April 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 30, 2018.
- ↑ "[뮤직] (여자)아이들, '한'으로 1위…확실히 증명한 실력". SportsTvNews (koreya). 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-30.
- ↑ "[종합] '더쇼' (여자)아이들, MXM·이달의 소녀 누르고 1위...NCT드림 컴백". xportsnews.com (koreya). September 4, 2018. September 4, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 4, 2018.
- ↑ "'엠카운트다운' (여자)아이들, 신화 꺾고 1위…선미·남우현 컴백 [종합]". mydaily.co.kr (koreya). 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-06.