Half Life Decay - Wikipedia
Half-Life: Decay (azərb. Parçalanma) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir.
Half-Life: Blue Shift | |
---|---|
| |
Hazırlayan | Gearbox Software |
Yayımlayan | Sierra Entertainment |
Seriya | Half-Life |
Buraxılış tarixi |
|
Janrlar | Birinci-şəxs atıcı |
Yaş reytinqləri | ESRB: M |
Dizaynerlər | Rendi Piçford[2] |
Ssenaristlər |
Metyu Armstrong Brian Hess Rendi Piçford |
Texniki məlumat | |
Platformalar | PlayStation 2 |
Mühərrik | GoldSrc |
Oyun rejimləri | Kooperativ oyun |
Daşıyıcılar | CD |
İdarəetmə | Qeympad |
Rəsmi saytı |
Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır.
Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı. Ancaq o "idarəetmə ilə mümkün çətinliklər" üzündən çıxmadı.[3] Decay həmçinin Steam onlayn-yükləmə sistemi tərəfindən də dəstəklənmir. Ancaq 23 sentyabr 2008-ci ildə bir qrup fanat tərəfindən oyun uğurla PC-yə portlaşdırılır.[4]
Oyun prosesi
redaktəHalf-Life: Decay-ın Half-Life seriyaları arasında ən əsas unikallığı onun kooperativ rejimi dəstəkləməsidir. Oyunu birgə keçmək imkanı var. İki oyunçu Cina Kros və Kolet Qrini idarə edir və oyun "split screen" (bölünmüş ekran) rejimində keçir. Oyunun özündə də bəzən elə yerlər və hadisələr baş verir ki, onları keçmək üçün mütləq iki personajın iştirakı lazımdır.
Decay-ın bir fərqliliyi də ondadır ki, bu dəfə baş qəhrəmanları ayrıca aktyorlar səsləndirirdilər. Oyunçunun hərəkətindən asılı olaraq qəhrəmanlar müxtəlif frazalar deyirlər. Half-Life dünyasının bütün digər oyunlarda yaradıcılar qəsdən qəhrəmana heç bri səs vermirdilər ki, oynayan maksimal videooyun ab-havasına "daxil olsun".
Decay hər missiyanı keçdikdən sonra qiymətləndirmə sisteminə malikdir. Qiymətlər atəş dəqiqliyi, düşmən öldürülməsi və alınmış zədələr əsasında F-dən ("dəhşət") А-ya ("əla") kimidir. Əgər hər iki personaj bütün missiyaları А qiyməti ilə keçsə sonda "Xen Attacks" adlı mərhələ açılır. Burada hər iki oyunçu iki nəfət vortiqonla oynayır.
Silah
redaktəOyunçuya Half-Life-da olan bütün silahları seçməyə imkan verilir. Burada yalnız qaus silahı, arbalet və kvant dağıdıcısı yoxdur. "Xen Attacks" əlavə mərhələsində, vortiqontlarla oynayanda silah uzaqdan elektrik zərbəsi, yaxından isə cırmaq olur. Bu arada vortiqont hər dəfə elektrik zərbəsi endirəndə öz canını da doldurur.
Süjet
redaktəBaş qəhrəmanlar Cina Kros və Kolet Qrin — Qara Meza tədqiqat mərkəzinin əməkdaşlarıdır. Onlar Qordon Frimanın təcrübə zamanı istifadəyi etdiyi təchizata və Doktor Rozenberqin alimlərinin təhlükəsizliyinə cavabdehdirlər. Həmin alimlər Half-Life üçün ikinci əlavə Blue Shift-də əsas personajlardan biri olurlar.
Oyundakı hadisələr Half-Life ilə eyni zamanda başlayır. Cina Kros Frimana insidentin əsas səbabkarı olan test üçün nümunə gətirir. Kaskad rezonansından sonra Friman kimi onlar da öz həyatları uğrunda mübarizə aparmalı olurlar. Kros və Qrin doktor Rozenberqə yuxarıya çıxmağı və Qara Mezadan təxliyə üçün hərbiçiləri çağırmağa yardım edirlər (sonradan doktor hərbiçilər tərəfindən əsir götürülür və artıq Blue Shift-də Barni Kalhaun tərəfindən xilas edilir). Sonra onlar doktor Kellerin başçılığı altında kommunikasiya peyki hazırlayıb ona xüsusi avadanlıq qoşurlar ki, məhz bunu da Friman orijinal Half-Life-da fəzaya buraxır və kaskad rezonansının effektini az da olsa azaldır.
Oyunun sonunda hər iki personaj fəzaarası dəliyi qapatmaq üçün yerini dəyişən mayak buraxırlar. Bu zaman onları gözlənilmədən müxtəlif yerlərə atmağa başlayır. Yerdəyişmə zamanı onlar doktor Rozenberqi, Barni Kalhaunu görürlər. Nəhayət uğurla doktor Kellerin yanına qayıdırlar. Keller uğurlu əməliyyat ilə təbrik edir və deyir ki, onlar müvəqqəti harmonik reflüksə (ing. harmonic reflux) düşmüşdülər. Bu üzdən də iki axın arasında qalmışdılar. Bununla da oyun sona çatar. Qəhrəmanların Opposing Force-ın axırında işə salınmış nüvə partlayışından sonra sağ qaldıqları bilinmir. Süjetə əsasən hər iki personajın son taleləri naməlumdur.
Hissələr
redaktə- 1: Accident (azərb. İnsident) — Cina Kros və Kolet Qrin doktor Riçard Keller və doktor Rozenberqin başçılığı ilə Zen dünyasından olan kristalı test kamerasına gətirir və antimass-spektometri Qordon Friman üçün hazırlayırlar. Təcrübə zamanı kaskad rezonansı baş verir. Cina və Kolet dağılmış Qara Mezada teleportasiya olunan aqressiv gəlmələrlə vuruşaraq Keller və Rozenebrqin yanına gəlirlər. Rozenberq hesab edir ki, yuxarıya çıxıb yardım çağırmaq lazımdır. Keller isə fəzaarası dəliyi bağlanması üçün əlindən gələni etmək istəyir.
- 2: Hazardous Cours (azərb. Riskli gediş) — Cina və Kolet doktor Rozenberqi artıq təhlükəli olan Qara Mezanın təlim kompleksi ilə qatar bölməsinə aparır. Bura yuxarı səthə çıxmaq üçün ən qısa yoldur.
- 3: Surface Call (azərb. Yuxarıdan çağırış) — Yuxarıya çıxdıqdan sonra doktor Rozenberq Qara Mezanın personalını kompleksdən təxliyəsi üçün HECU hərbiçilərini köməyə çağırmaq istəyir. Bunun üçün o, lazımı tezlikdə siqnallar yollamalıdır. Cina və Kolet peyk mərkəzinə çatır və peyki lazımı tezliyə kökləməlidirlər. Siqnalı ötürdükdən sonra Rozenberq yuxarıda hərbiçilərin gəlişini gözləyir, Cina ilə Kolet isə doktor Kellerin yanına, Qara Mezaya qayıdırlar.
- 4: Resonance (azərb. Rezonans) — Fəzaarası dəliyi qapatmaq üçün əvvəlcə gərək boğucu sahəni yandırasan. Bu kaskad rezonansının yenidən baş verməməsi üçün lazımdır. Doktor Keller Cina və Koleti boğucu şlüzları yandırmaq üçün yollayır. Öz missiyaları zamanı qəhrəmanlar kompleksə teleportasiya olan gəlmələrlə rastlaşır və başlarının üzərindən sürətlə hərəkət edən və hərbiçilərinin əraziyə gəldiklərini bildirən çoxlu sayda helikopter görürlər.
- 5: Domestic Violence (azərb. Ev təzavüzü) — Fəzaarası dəliyin qapadılması üçün xüsusi hazırlanmış avadanlıqla bərabər peykin orbitə buraxılması üçün lazımı kodlar tələb olunur. Bu kodlar Qara Mezanın xüsusi mühafizəçi heyətindədir. Doktor Keller ilə Cina və Koletlə birlikdə Mərkələ 3-ə gəlir və sağ qalmış mühafizəçiləri axtarır. Ancaq axtarış zamanı aydın olur ki, mərhələnin bütün heyəti kompleksə gəlmiş HECU xüsusi təyinatlıları tərəfindən məhv edilib. Onlar mərhələdəki hərbiçilər ilə döyüşərək sağ qalmış və yaralı mühafizəçinin Kellerin yanına gətirirlər.
- 6: Code "Green" (azərb. Kod "Yaşıl") — Kros və Qrin Qara Mezanın hava idarəsi binasına gəlir və burada əraziyə atılan hərbiçilərə vuruşaraq, peyki buraxmaq üçün komsik fəza monitorinqinə lazımı kodları ötürürlər.
- 7: Crossfire (azərb. Çarpazlaşan atəş) — Cina və Kolet yadplanetlilər və hərbiçilərlə döyüşərək kanalizasiya sistemi ilə Qamma-laboratoriyasına gəlib çıxırlar. Orada onlar Zen dünyasından nümunələri təhlükəsiz olaraq Yerə ötürmək üçün alimlər tərəfindən istifadə olunan böyük mayakı tapırlar. Mayak kaskad rezonansını birdəfəlik qapatmağa qadir olduğu üçün onu yuxarı səthə çatdırırlar.
- 8: Intensity (azərb. Gərginlik) — Qamma-laboratoriyada Cina və Kolet doktor Kellerlə rastlaşırlar. Keller onları Zen gəlmələrinin tədqiqatı ilə məşğul olan aşağı laboratoriyalara yollayır. Orada çalışan alimlər gəlmələrin özləri tərəfindən öldürüldüyü üçün bütün texniki işlərin həlli qəhrəmanların üzərinə düşür.
- 9: Rift (azərb. Dəlik) — Cina Kros və Koelt Qrin mayakın olduğu əsas meydançaya çıxırlar. Keller idarəetmə mərkəzində qalır, Cina və Kros isə üç böyük kristalları istifadə edərək mayakı enerji ilə etməyə etməyə başlayırlar. Bu zaman meydançaya müxtəlfi saytda vortiqont və gəlmələrin piyadaçıları teleportasiya olunmağa başlayır. Gözlənilmədən portaldan zen dünyasının uçan skatı çıxır və fəzaarası dəlik qapanmasın deyə mayakı partlamağa çalışır. Skatı məhv etdikdən sonra Cina və Kolet bir müddət harmonik reflüksda qaldıqdan sonra yenidən doktor Kellerin yanına qayıdırlar. Keller fəzaarası dəliyin uğurla qapadıldığı haqda onlara xəbər verir.
- 9: Xen Attacks (azərb. Bonus missiyası: Zen hücumları) — X-8973 və R-4913 adlanan iki vortiqont Qara Mezada test üçün istifadə olunan kristalların nümunələri götürməli və onu liderləri Nihilanta gətirməlidirlər. Onlar nümunəni hərbiçilər tərəfindən ələ keçirilmiş yeraltı qarajların birində tapırlar.
PC üçün versiya
redaktəGearbox Software Half-Life: Decay-ın PC versiyasını hazırladığına baxmayaraq port buraxılmadı. Yaradıcıların səbəb kimi bəzi kompyuterlərdə oyun diarəetməsi ilə problem yaşanacağını gətirirdilər.[3] Və beləliklə Half-Life seriyasının çoxlu sayda fanatı bu add-onu oynamaqdan məhrum oldu.
Ancaq 2005-ci ilin oktyabr ayında Ukraynadan bir qrup entuziast Decay-ı PC-yə portlaşdırdıqlarını elan etdilər. Tezliklə onlar öz saytlarını, açdılar və bu saytı tamamilə Decay-ın portlaşdırılmasına həsr etdilər. 31 dekabr 2007-ci ildə portun beta-testi başladı.[5]
23 sentyabr 2008-ci ildə Half-Life: Decay-ın kompyuterə potlaşdırılması sona bitdi. Oyun Half-Life üçün modifikasiya kimi həm Steam həm də WON versiyası kimi yayımlandı.
Haqqında danışıldığı versiyanı həm şəbəkə vasitəsilə iki nəfər həm də tək oynamaq olar. Təknəfərli oyunda oyunçu müxtəlif tapmacaları keçmək üçün personajlar arası keçməli olur (defolt olaraq G düyməsi). İkinci personaj yerində durmaqda davam edir. Bu cür halların olmaması üçün fəaliyyətsiz personajı bot etmək düşünülürdü. Ancaq müxtəlif mürəkkəb çətinliklər üzündən final versiyaya bot əlavə olunmadı. Buna baxmayaraq fəaliyyətsiz qalan qəhrəmana düşmən yaxınlaşdıqda o, atəş açmağa başlayır (bu bəzən baş vermir). Qəhrəmanların biri öldükdə missiya yenidən başlayır.
Oyun tam olaraq PC versiyaya portlaşdırılıb.
PC versiyanın gizli kodu
redaktəƏlbəttə ki, Decay portlaşdırılmış versiyasında da "Xen Attack" adlı əlavə missiyası var və buradakı missiyanı heç bir xüsusi bal yığmamış oynamaq üçün PS2-versiyada coystik vasitəsilə kod yığmaq lazımdır. Bu üzdən Decay-da da portlaşdıranlar bu xüsusiyyəti daha çətin olsa da reallaşdırıblar.
"Xen Attack" missiyasını blokdan çıxarmaq üçün "Domestic Violence" missiyasında bəzi hərəkətlər etmək lazımdır. İlk növbədə PlayStation 2 coystikinin altınişanlı kodunu bilmək lazımdır: hər iki düymə kodun düzülmə qaydasına uyğun olaraq mərhələlərdəki lağımlarda gizlədilib.
- Birinci lağım yaşayış bloklarının cənub qanadında yerləşir (South Wing, 301-306). Ümumi girişdə qazlı avtomat var ki, onu da sındırmaq lazımdır. İlk iki düymə onun içindədir.
- İkinci düymələri hovuzdan yuxarıdakı ventilasiya şaxtasına gedən qəfəsin sağında tapmaq olar.
- Sonuncu lağım yaşayış bloklarının şimal qanadında (North Wing, 307-312), Qordon Frimana məxsus №309 nömrəli otaqda yerləşir. Orada kranı açmaq lazımdır. Bundan dərhal sonra növbəti və sayca sonuncu düymələr güzgüdə əks olacaq.
Maraqlı faktlar
redaktə- Half-Life: Decay ilkin olaraq "Hazard Team" adlanırdı. Ancaq sonradan bu adın seriyada digər oyunların adlarına bənzəmədiyi üçün dəyişdirdilər. Oyun kartlarına aid bəzi faylların adlarda "ht" prefiksinə rast gəlmək olar.
- PS2 üçün Half-Life0da müxtəlif kodları yandırmağa imkan verən ekan menyusu mövcud idi. Sona çatdırılmamış iki kodu Decay-ı fərdi kompyuterə portlaşdıran komandanın lideri tərəfindən tapılmışdır.[6] Bu kodlardan biri 10 missiyaların hamısını, həmçinin "Xen Attacks" mərhələsini açırdı. İkinci kod özündə Half-Life: Uplink oyununun demo versiyasını açırdı. Ancaq onun işə düşməsi üçün PlayStation Magazine № 57 jurnalından Sony Underground Demo June 2002 diski tələb olunurdu. Bu Uplink-in yeganə rəsmən buraxılmış versiyası olub.
- "Domestic Violence" mərhələsində yaşayış bloklarının otaqlarında yaradıcıların adları yazılıb..
- G-Man Half-Life: Decay-da yalnız bir dəfə görünür: "Dual Access" missiyasında Cina və Kolet qeydiyyatlı skandan sonra şüşəli liftlə yuxarıya hərəkət edirlər. Bu zaman G-Man liftdə onların yanından aşağıya doğru hərəkət edir. "Domestic Violence" mərhələsindəki ikinci dəfə görünməyi rəsmi deyil və oyunu PC versiyaya portlaşdıran qrup tərəfindən əlavə olunmuşdur. Burada təsadüfən Qamma-laboratoriyasına teleportasiya olunan alim G-man-dan qarşısındakı düyməni sıxmağı xahiş edir ancaq o, öz qalstukunu düzəldərək uzaqlaşır.[7]
- Opposing Force-da xüsusi topdan istifadə edərək Zen dünyasının su ilə dolu hissəsinə düşmək olar. Orada Cina Krosun meyiti var. Bu o deməkdir ki, Cina Kros oyundakı məlum hadisələrdən sonra Zenə getmiş və oradan sağ qayıda bilməmişdir. Ancaq avto-nişanı aktiv etdikdə qurğu Cina Krosu canlı olaraq qeydə alır. Ola bilsin ki, Cina sağdır və orada sadəcə huşsuz vəziyyətdədir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Half-Life". IGN. 2009-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-23.
- ↑ "Half-Life Credits". Allgame. 2014-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-10-23.
- ↑ 1 2 Gearbox о Half-Life: Decay. Half-Life 2 Source.com (9 iyul 2006).
- ↑ ""IT'S RELEASED!!!", archive of news". Decay PC. 23 sentyabr 2008. 2012-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 января 2010.
- ↑ "Half-Life: Decay-ın beta buraxılışı". Half-Life Inside. 1 yanvar 2008. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 января 2010.
- ↑ "Cheats (for PS2 version of Half-Life)". Decay PC. 2008-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2010.
- ↑ "G-Man in dy_alien". Decay PC. 21 aprel 2010. 2012-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-27.
Xarici keçidlər
redaktə- Half-Life: Decay Windows port (ing.)
- Decay: Source – moddb.com