Hakan Yavuz - Wikipedia
Hakan Yavuz (1964, Bayburt) — türkiyəli siyasi elmlər üzrə mütəxəsis və tarixçi. O, müasir islam və Türk araşdırmaları üzrə ixtisaslaşmışdır.[1]
Hakan Yavuz | |
---|---|
Doğum tarixi | 1964 |
Doğum yeri | |
Milliyyəti | Türk |
Atası | Kazım Yavuz |
Elm sahələri | tarix, politologiya |
İş yeri | Yuta Universiteti |
Təhsili |
|
Üzvlüyü | Türk Araşdırmaları Layihəsi |
Həyatının erkən dönəmi və təhsili
redaktəHakan Yavuz 1964-cü ildə Türkiyədə dünyaya gəlmişdir. Atası Kazım Yavuz siyasi aktivist olmaqla birlikdə, Van Kənd İnistitutunu bitirmiş müəllim idi. Həmçinin o, kənd təsərrüfatı iqtisadiyyatını və infrastrukturunu inkişaf etdirmək üçün bir çox layihəyə rəhbərlik etmişdi. Yavuz bakalavr təhsilini 1987-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində bitirmişdir. Magistr dərəcəsini Viskonsin-Miluoki Universitetində almışdır. 1989-cu ildə bir semester boyunca öz magistr dissertasiyasına görə Yerusəlim Yəhudi Universitetində keçirmiş və Maykl Oakeşott və Maykl Velzerin əsərlərinin müqayisəli təhlilini etmişdir. Öz doktorantura təhsilini 1998-ci ildə Viskonsin-Medison Universitetində bitirmişdir. O, MakArtur Fondundan iki il təqaüd almaqla islamın Özbəkistanın Fərqanə vadisində və şərqi Türkiyədə yerliləşmə prosesini araşdırmışdır.[1] Onun doktorantura mövzusu "Türkiyədə islami siyasi kimlik" adlanmaqla birlikdə, 2003-cü ildə Oksford Universiteti Nəşriyyatı tərəfindən nəşr edilmişdir.[2]
Akademik fəaliyyəti
redaktəYavuz akademik işinə 1996-cı ildə Bilkənd Universitetində başlamışdır. Bu zaman o, öz doktorantura dissertasiyasını bitirmə mərhələsində idi. Bir il burada çalışdıqdan sonra o, Yuta Universitetində dosent olaraq işləməyə başlamışdır. O, burada həm siyasi elmlər, həm də Orta Şərq Mərkəzində olmaqla iki işdə işləmişdir. Notr Dam Universitetində Beynəlxalq Sülh Araşdırmaları Kroc İnistitutununun araşdırmaçısı olaraq çalışmış, 2000-2001-ci illərdə bir illik İrvayn Kaliforniya Universitetində araşdırmaçı olaraq işləmişdir. Bosniyanın Sarayevo Universitetində, Tokioda Vaseda Universitetində, Bişkekdə Manas Universitetində, Budapeştdə Mərkəzi Avropa Universitetində qonaq müəllim olaraq dərslər keçmişdir.[1]
Yavuz 2009-cu ildən Amerika Türk Koalisiyası tərəfindən maliyyələşdirilən Türk Araşdırmaları Layihəsini idarə edir və əsas məqsədlərindən biri erməni soyqırımının ənənəvi şərhini rədd etməkdir. Yavuz bildirir ki, "soyqırım olmamışdır, lakin daha çox erməni provokasiyalarına, işğalçı rus ordusu tərəfindən hərəkət edən gerilla taktikalarına və üsyanlara Anadolunun müxtəlif yerlərində yerlilərin cavablar olduğunu" yazırdı.[3]
30 noyabr 2022-ci ildə "Springer International Publishing"də Qarabağ münaqişəsi ilə bağlı kitabı çapdan çıxmışdır. Michael M. Gunter ilə birgə redaktoru olduğu kitabın adı "The Karabakh Conflict Between Armenia and Azerbaijan Causes & Consequences" dey keçməkdədir.[4]
Əsərləri
redaktəKitabları
redaktə- Erdoğan: The Making of an Autocrat (Edinburgh University Press, 2021).[5]
- Islamic Political Identity in Turkey (Oxford University Press, 2003; 2005).[6]
- Secularism and Muslim Democracy in Turkey (Cambridge: Cambridge University Press, 2009).[7]
- Toward and Islamic Enlightenment: The Gülen Movement (New York: Oxford University Press, 2013).[8]
Redaktoru olduğu kitablar
redaktəYavuz üç cildlik Osmanlı imperiyasının süqutu kitabının redaktorlarından biridir:
- Peter Sluglett ilə, War and Diplomacy: The Russo-Turkish War of 1877-1878 and the Treaty of Berlin (Salt Lake City: The University of Utah Press, 2011).[9]
- İsa Blumi ilə, War and Nationalism: The Balkan Wars, 1912–1913, and Their Sociopolitical Implications (Salt Lake City: The University of Utah Press, 2013).[10]
- Feroz Ahmad ilə, War and Collapse: World War I and the Ottoman State (Salt Lake City: The University of Utah Press, 2015).[11]
Onun digər redaktoru olduğu kitablar:
- Bayram Balci ilə. Turkey’s July 15th Coup: What Happened and Why? (Salt Lake City: The University of Utah Press, 2017).[12]
- The Emergence of a New Turkey: Democracy and AK Parti (Salt Lake City: The University of Utah Press, 2006).[13]
- John Esposito ilə, Turkish Islam and the Secular State: The Gülen Movement (Syracuse University Press, 2003).
- Ahmet Erdi Özturk ilə, Islam, Populism and Regime Change in Turkey: Making and Re-making the AKP (Routledge, 2020).
- The Karabakh Conflict Between Armenia and Azerbaijan Causes & Consequences (Springer International Publishing, 2022)[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 "M HAKAN YAVUZ - Home - Faculty Profile - The University of Utah". faculty.utah.edu. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
- ↑ Islamic Political Identity in Turkey. Religion and Global Politics. Oxford, New York: Oxford University Press. 2003-08-28. ISBN 9780195160857. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
- ↑ Mamigonian, Marc A. "Academic Denial of the Armenian Genocide in American Scholarship: Denialism as Manufactured Controversy". Genocide Studies International. 9 (1). 2015: 61–82. doi:10.3138/gsi.9.1.04.
- ↑ 1 2 "The Karabakh Conflict Between Armenia and Azerbaijan. Causes & Consequences". springer.com. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2023.
- ↑ Yavuz, M. Hakan. Erdoğan: The Making of an Autocrat. Edinburgh: Edinburgh University Press. May 2021. ISBN 9781474483261. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
- ↑ Yavuz, M. Hakan. Islamic Political Identity in Turkey. Oxford: Oxford University Press. ISBN 9780195160857. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
- ↑ "Secularism and Muslim Democracy in Turkey". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
- ↑ "Toward an Islamic Enlightenment". 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
- ↑ "War and Diplomacy: The Russo-Turkish War of 1877-1878 and the Treaty of Berlin".
- ↑ "War and Nationalism: The Balkan Wars, 1912–1913, and Their Sociopolitical Implications". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
- ↑ "War and Collapse, World War I and the Ottoman State". 2019-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
- ↑ "Turkey's July 15th Coup; What Happened and Why". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
- ↑ "The Emergence of a New Turkey: Democracy and the AK Parti".[ölü keçid]