Hafiz Baxseliyev - Wikipedia
Hafiz Baxşəliyev (1 aprel 1980, Naxçıvan) — Azərbaycan idmançısı, dünya və Avropa çempionu. Kikboksinq üzrə Avropa çempionatının gümüş (2006), dünya çempionatının bürünc (2007) mükafatçısı, üç qat dünya çempionudur (2004, 2006, 2008).[1]
Hafiz Baxşəliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | İqtisadiyyat |
Təhsili | Təfəkkür Universiteti |
Fəaliyyəti | kikboksçu |
Fəaliyyət illəri | 1997-ci ildən bu günə kimi |
Həyatı
redaktəHafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1986–1996-cı illərdə orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsinin məzunu olub. 2000–2001-ci illərdə hərbi xidmətdə qulluq etmişdir.
Fəaliyyəti
redaktəKikboksinqə 1997-ci ildə başlayıb. 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə dünya, avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısı olmuşdur. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarda Azərbaycanı ilk dəfə təmsil etmişdir. 2005-ci ildə "Россия против Мир" peşəkar kikboks yarışında dünyanın ən güclü kikboksçuları arasında rinqə çıxmış və bütün yarışda rus idmançısına yeganə qalib gələn idmançı olmuşdur. 2009-cu ildən Londonda (Böyük Britaniya) yaşayır. 2011-ci ildə idmandan uzaqlaşsa da, 2017-ci ildə yenidən döyüşmək qərarı alır.
Uelsin paytaxtı Kardiff şəhərində peşəkarlararası Avropa çempionu titulu uğrunda ispan idmançısı İsmail Berqamini nakautla məğlub edib və Böyük Britaniyada Avropa kəmərini qazanıb.[2]
Hafiz Baxşəliyev xaricdə Azərbaycan və Qarabağla bağlı təşkil olunan diaspor tədbirlərində və tez-tez İngiltərədə keçirilən nüfuzlu idman yarışlarında fəxri qonaq qismində iştirak edir.[3] O, 2017-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasında Sərbəst İnformasiya Resurslar şöbəsinin rəhbəri, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürklə birgə Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyini yaradıb.[4]
2016-ci ildə Londonda "Qafqaz" İdman Klubunu yaradaq, "ermənilərin kluba girişi qadağandır" sözlərinə Parisdə nəşr olunan "Nouvelles Armenie" jurnalı öz səhifəsində yer ayırmışdı.[5]
Nəticələri
redaktə- 7 dəfə Azərbaycan çempionu
- 2010 – Britaniya çempionu
- 2004, 2006, 2008 – Dünya çempionu
- 2003, 2008, 2017 – Avropa çempionu
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 48. ISBN 978-9952-441-07-9.
- ↑ "Kikboksçumuz Britaniyada Azərbaycan bayrağını dalğalandırdı". 2017-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
- ↑ "Hafiz Baxşəliyev Londonda fəxri qonaq qismində idmançıya kəməri təqdim etdi". 2017-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
- ↑ "İngiltərədə yaşayan tanınmış idmançı Hafiz Baxşəliyev ictimai birlik yaratdı". 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
- ↑ "Fransada nəşr olunan erməni jurnalı azərbaycanlı idmançıdan yazdı". 2016-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.