Hafiz Ekberov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hafiz Əkbərov — rejissor və rejissor assistenti.
Hafiz Əkbərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Xanlarkənd, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
IMDb | ID5745758 |
Həyatı
redaktəHafiz Əkbərov 1 noyabr 1941-ci ildə Azərbaycan Respublikasının Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirib. 1962-ci ildə İncəsənət İnstitutuna daxil olub, 1968-ci ildə həmin Ali məktəbi bitirib. İnstitutda oxuyarkən Badamdar qəsəbəsindəki Mədəniyyət Evində bədii rəhbər vəzifəsində işləyib.
1968-ci ildən 1993-cü ilə qədər C.Cabbarlı adına "AzərbaycanFilm" Kinostudiyasında əvvəlcə rejissor assistenti, sonra isə multiplikasiya filmləri rejissoru vəzifəsində çalışıb. 1972-ci ildə Moskva şəhərindəki "SoyuzMultfilm" kinostudiyasında təkmilləşmə keçib.
1979-1982 illərdə Multiplikasiya Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb.
1989-1991 illərdə AzərbaycanFilm kinostudiyasının nəzdində "Azərbaycan" kooperativi yaradıb və bu illər ərzində bir neçə reklam və sənədli filmlər çəkib.
Filmoqrafiya
redaktə- Cırtdanın yeni sərgüzəşti (film, 1973)
- Çaqqal oğlu çaqqal (film, 1972)
- Cücələrim (film, 1975)
- Daş (film, 1977)
- Dınqıl, sazım, dınqıl (film, 1976)
- Günlərin bir günündə... (film, 1975)
- Kirpi balası və alma (film, 1977)
- Meşəyə insan gəlir (film, 1980)
- Pıspısa xanım və Siçan bəy (film, 1974)
- Sehrli ağac (film, 1980)
- Şah və xidmətçi (film, 1976)
- Şahzadə-qara qızıl (film, 1974)
- Talada ev (film, 1986)
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 313-318.