Hafize Esgerova - Wikipedia
Hafizə Əsgərov Hüseyn qızı (d.1950-ci ildə 20 mart Cəbrayıl rayonunun Soltanlı kəndi) coğrafiya elmlər doktoru, Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti.
Hafizə Əsgərova | |
---|---|
Hafizə əsgərova Hüseyn qızı | |
Doğum tarixi | |
Doğum yeri | Soltanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Hüseyn Əsgərov |
Elmi dərəcəsi | dosent |
Elmi adı | coğrafiya elmlər doktoru |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Həyatı
redaktəƏsgərova Hafizə Hüseyn qızı 1950-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1967-ci ildə ADPU-nun Coğrafiya fakültəsinə qəbul olmuş, 1971-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi fəaliyyəti
redaktə1971-ci ildən 1979-cu ilə kimi təyinatla Xırdalan şəhərində 2 saylı orta məktəbdə müəllim işləmiş, 1979-cu ildə Pedoqoji Universitetin coğrafiya fakültəsində ümumi coğrafiya kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ildən kafedrada müəllim, baş müəllim işləmişdir. 1999-cu ildə AMEA ak H.Əliyev adına Coğrafiya İnstitutunun “Fiziki coğrafiya” şöbəsinin “landşaftşünaslıq” bölməsində “Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi Kiçik Qafqazın şimal-şərq və Ceyrançöl alçaq dağlığı timsalında” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adını almışdır.[1]
Elmi əsərləri
redaktəO, bir ixtisasçı kimi səhralaşma sahəsi üzrə 34 məqalə, 4 tezis çap etdirmişdir, 4 tədris proqramı, 2 metodik göstərişin müəllifidir.
- “Landşaftın geokimyası” kursunun proqramı. Pedaqoji universitet və institutlarda magistr hazırlığı üçün. Bakı, ADPU, 2005, səh 24-28.
- Landşafşünaslığın əsasları. Dünyanın landşaftları. Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün. Bakı, ADPU, 2004, səh 1-16.
- Mövsümü çöl təcrübələrinin aparılmasına dair metodik göstəriş. Bakı, ADPU, 2006, səh 1-20.
- Landşaftşünaslıqdan çöl-tədqiqat işlərinin aparılmasına dair metodik vəsait. Bakı, ADPU, 2008, 50 səh.
- Ümumi coğrafiyadan dövlət imtahanı proqramı. Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün. Bakı, ADPU, 2008, səh 3-17.
- Coğrafiya ixtisasından “Seçmə fənn” üzrə (Səhralaşma qlobal ekoloji problem kimi). Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqram. Bakı, ADPU, 2009, səh 1-14.
- Monitorinq, Azərbaycan təbiəti. Elmi-metodik məcmuə. Bakı, 1982. №6(34), səh.30-32, (həmmüəlliflər A.Əsgərov).
- Landşaftda antropogen təsir və səhralaşma. Azərbaycan təbiəti jurnalı. Bakı, “Kommunist”, 1990, № 5, səh 25-27.
- Bitki indikasiyası və səhralaşma. “Azərbaycan təbiəti” jurnalı. Bakı, “Azərbaycan”, 1991, № 9, səh 23-24.
- Pleystosendə Azərbaycan ərazisinin səhralaşma prosesinin paleofitocoğrafi üsulla öyrənilməsi. Pedoqoji universitetin “Xəbərləri”. Təbiət elmləri seriyası. Bakı, ADPU, 1993, № 1-2, səh 262-268.
Kitabları
redaktə- H.Əsgərova. “Landşaftın səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi (Kiçik Qafqazın şimal-şərq yamacı və Cöyrançöl alçaq dağlığı timsalında)” Bakı – 2012, 180səh [2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəHafizə Hüseyn qızı Əsgərova Arxivləşdirilib 2017-08-17 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ B.Budaqov Azərbaycan coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh.308-309
- ↑ "Hafizə Hüseyn qızı Əsgərova". 2017-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.