Hacibeyovlar - Wikipedia
Hacıbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Hacıbəyovlar | |
---|---|
| |
Titul | Ruhani, Bəy |
Əcdadı | Molla Hacı bəy Qarabaği |
Mənşəyi | Şuşa, Qarabağ |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Torpaqları | İsfancıq kəndində mülk |
Dini fəaliyyəti | ruhani |
Qarabağın qədim və məşhur soylarından biri.
Soyun yaranması
redaktəHacıbəyovların ulu babası Molla Hacı bəy Qarabağidir. O, Şuşa şəhərində sayılıb-seçilən, savadlı bir alim idi. Məhəllələrin dini işləri ilə məşğul olurdu. Molla Hacı bəyin Məhəmməd bəy adlı oğlu var idi. Qızı Bəşirət xanım Nəsib bəy Yusifbəylinin nənəsidir.
Məhəmməd bəy 1814-cü ildə Şuşada anadan olmuşdu. O, mədrəsə təhsili almış və Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hərəmi Bikə ağanın sarayında mirzə işləmişdi. Məhəmməd bəy göstərdiyi xidmətlərinə görə xan Vərəndə mahalının İsfəhançıq kəndinin bir hissəsini ona bağışlamışdı.
Molla Məhəmməd bəyin Qəhrəman bəy, Əbdüləziz bəy, Əbdülhüseyn bəy və Hacı bəy adlı oğulları vardı. Molla Hacı bəyin törəmələri Hacıbəyov soyadını daşıyırlar.
Soyun tanınmış nümayəndələri
redaktə- Mirzə Əbdülhüseyn bəy Hacıbəyov — Xurşidbanu Natəvanın darğası.
- Zülfüqar bəy Hacıbəyov — Azərbaycan və sovet bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atası.
- Üzeyir bəy Hacıbəyov — Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.
- Soltan Hacıbəyov — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964), SSRİ xalq artisti (1973). O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru.
- Osman Hacıbəyov — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1969).
- Niyazi — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə Lenin ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982).
- Çingiz Hacıbəyov — dirijor, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1960).
- Ceyhun Hacıbəyli — yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor, etnoqraf.
- İsmayıl Hacıbəyov — Azərbaycan bəstəkarı, dosent (1994), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2000), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1984), "Humay" mükafatı laureatı (1994).
Qalereya
redaktə-
Üzeyir bəy Hacıbəyov atası ilə Şuşada, 1890-cı il.
-
Üzeyir bəy Hacıbəyov Məleykə xanımla, 1910 год
-
Hacıbəyovlar ailəsi, Şuşa, 1910-cu il.
Nəsil ağacı
redaktəHacıbəy Hacıbəyov | Əbdülhüseyn bəy Hacıbəyov (1842–1901) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsmayıl bəy Hacıbəyov (1879–1921) | Sayad Hacıbəyova (1872–1954) | Abuhəyat Hacıbəyova (1880–1951) | Zülfüqar Hacıbəyov (1884–1950) | Üzeyir Hacıbəyov (1885–1948) | Ceyhun Hacıbəyov (1891–1962) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Soltan Hacıbəyov (1919–1974) | Osman Hacıbəyov (1924–1979) | Camal Paşayev (1895–1953) | Niyazi Tağızadə- Hacıbəyov (1912–1984) | Çingiz Hacıbəyov (1913–1971) | Ceyhun Hacıbəyov (1919–1941) | Timuçin Hacıbəyov (1921–1993) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsmayıl Hacıbəyov (1949–2006) | Cəmil Paşayev (1926–1978) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Hacıbəyovlar, "Soy" dərgisi, 5 (25), Bakı, 2009. səh.13-25.