Haci Seyid Nesrulla Xan Debiresseltene - Wikipedia
Hacı_Seyid_Nəsrulla_xan_Dəbirəssəltənə - Haqqında Məlumat
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai (1861-1933) — İranın ictimai-siyasi xadimi.
Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə | |
---|---|
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Qacarlar dövləti |
Vəfat tarixi |
Həyatı
redaktəHacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai 1861-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atası Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Nəsrulla xanı sarayına dəvət etmişdi. Münşibaşı vəzifəsində çalışmışdı. Şah Tehrana gedəndən sonra onu dövlət torpaqlarının (xalisəcat) rəisi vəzifəsinə təyin etmişdi. Əvvəlcə Nasirəssəltənə ləqəbini daşıyırdı. Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə 1933-cü ildə vəfat edib.
Ailəsi
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.