Haci Mirze Mehemmedrefi Tebatebai - Wikipedia
Hacı Mirzə Məhəmmədrəfi Mirzə Əliəsgər oğlu Təbatəbai (1838–1909) — İslam alimi, şair, ədib.
Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai | |
---|---|
fars. محمد رفیع طباطبایی میرزا | |
Digər adı | Nazimülüləma |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Qacarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, Qacarlar dövləti |
Vətəndaşlığı | Qacarlar dövləti |
Uşağı | İclaülmülk |
Milliyyəti | Türk |
Həyatı
redaktəHacı Mirzə Məhəmmədrəfi Təbatəbai Təbriz şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəsgər mustofvi (maliyyə müfəttişi) vəzifəsində çalışmışdı. Oğlu Məhəmmədrəfiyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi.
Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai bütün elmlərə vaqif olduqdan sonra dini işlərlə ilgilənmişdi. Nazimülüləma ləqəbini daşıyırdı.
Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai 1909-cu ildə Təbrizdə vəfat etdi. Qum şəhərində dəfn olundu.
Ailəsi
redaktəHacı Mirzə Məhəmmədrəfi Təbatəbainin Nəsrulla xan, İclaülmülk, Mirzə Əbdüləli xan, Mirzə Abdulla xan, Fətulla xan, Mirzə Mehdi xan adlı oğlanları vardı.
Şəcərəsi
redaktəHacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.