Hasima Adasi - Wikipedia
Haşima[1] yap. 端島 — Sakit okeanın Şərqi Çin dənizidə Naqasaki şəhərindən 15 km aralıda yerləşir. Bəzən Qunkancima (yap. 軍艦島)<.[2] adlandırılır, bu isə adanın quruluşu ilə əlaqədardır. Ada hərbi "Kreyser" gəmisini xatırladır[3][4].
Haşima adası | |
---|---|
yap. 端島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,063 km² |
Uzunluğu |
|
Eni | 0,16 km |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
32°37′39″ şm. e. 129°44′18″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 1484 ing. • rus. • fr. |
Coğrafiya
redaktəAdanın şərqindən qərbinə olan məsafə 160 metr, şimaldan cənuba isə 480 metr təşkil edir. Sahil xəttinin uzunluğu 1 kilometrdir.
Tarixi
redaktəAda XIX əsrin əvvələrinə qədər yaşılıqlarla örtülü olan və dəniz quşlarının yumurta qoyduğu adi ərazi idi. Bəzi hallarda isə ada Naqasakinin Takişima adasından olan balıqçıların əsas düşərgəsi rolunu oynayırdı. Kömürün aşkarlanması ilə isə vəziyyət tamamən dəyişmişdir. Adsya daimi yaşayan insanlar 1810-cu ildən ayaq basmışlar. Ada ilk əvvəl sadəcə qaya parcası olsa da sonradan sahəsi 0,063 km² qədər böyümüşdür. Artıq XX əsrin 30-cu illərində ada təkcə şaxtaları ilə deyil həm də hərbi zavodları ilə tanınırdı.
Haşimada kömür çıxarılması artıq 600 metr dərinlikdə həyata keçirilirdi. 1943–1945 illər ərzində kömürün çıxarılması Mitsubishi Corporation şirkəti tərəfindən həyata keçirilirdi. Onlar burada çinli və koreyalı əsrlərdən istifadə edirdilər. İş şəraitinin cətinliyi səbəbindən əsirlərin çoxu həlak olmuşdur. Əhalinin çox olduğu dövr ərzində burada 30 yaşayış binanı, 25 maqazim, məktəb, iki hovuz, xəstəxana və qəbistanlıq olmuşdur. 50 il ərzində dünyanın ən sıx məskunlaşılmış ərazi idi. Burada 1 km² əraziyə 5259 nəfər adam düşürdü. Adada ümumilikdə 139 100 nəfər insan yaşayırdı.
Kömür hasilatın 1974 ildən etibarən enməsi şaxtaların bağlanmasına gətirib çıxarır. Bundan bir necə həftə sonra ada tamamən boşalır və ruhlar şəhərinə çevrilir. Uzun illər ərzində adaya giriş qadağan edilmişdir. Bunun səbəbi kolleksiya yığanların qarşısının alınması olmuşdur.
Adaya olan marağı nəzərə alan Yaponiya hökuməti onu UNESCO Ümumdünya irsi siyahısına daxil edilməsini təklif etmişdir. Cənubi Koreya hökuməti buna qəti etirazını bildirmişdir[5][6]. Səbəb isə koreyalı əsirlərin çəkdiyi əzablardan dolayı olmuşdur. Bununla belə 2015 ildə isə 39-cu sesiyada ada siyahıya daxil edilmişdir. Hazırda ada trusitlər üçün açıqdır. Bununla belə müəyyən hissələrə buraxılışa icazə verilmir.
İncəsənətə
redaktə- 2009 ildə "İnsanlardan sonra həyat" adlı filmdə adanın tərk edilməsindən 35 il sonrakı vəziyyət göstərilir[7].
- 2011 ildə adada 007: "Skayfoll" koordinatları filminin müəyyən kadrları çəkilmişdir..
- 2013 ildə adada rejisor Piyapan Çupets "Haşima layihəsi" (tay ฮาชิมะ โปรเจกต์) adlı qorxu filmi çəkmişdir.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ MessyNessy. "«The Bond Villain's Lair: Skyfall's Abandoned Island»" (ingilis). 2012-11-20 tarixində arxivləşdirilib.
- ↑ Kawamoto, Yashuhiko. "Deserted 'Battleship Isle' may become heritage ghost ship," Arxivləşdirilib 2010-08-09 at the Wayback Machine The Japan Times. February 17, 2009.
- ↑ "Battleship island – a symbol of Japan's progress or reminder of its dark history?". The Guardian. 2015-07-03. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-12.
- ↑ "Dark history: A visit to Japan's creepiest island". CNN. 2013-06-13. 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
- ↑ "Japan, S. Korea agree to cooperate on respective World Heritage site candidacies". The Asahi. 2015-06-22. 2015-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ "Japan, Korea Breakthrough: Japanese Repenting 'Forced' Korean Labor On UNESCO Heritage Sites". Forbes Asia. 2015-07-06. 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ "Centro de la imagem" (PDF). MX: Conaculta. 2009. 2009-08-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-01-08.
- Brian Burke Gaffney. "«Hasima: The Ghost Island»«The population of Hashima reached a peak of 5,259 in 1959»" (ingilis). 2012-11-20 tarixində orijinalından (
) arxivləşdirilib.