Hesensucay - Wikipedia
Həsənsu çayı - Kürün sağ qoludur. Ermənistandan və Azərbaycanın Ağstafa rayonu ərazisindən (25 km məsafədə) axır.
Həsənsuçay | |
---|---|
Ölkə | |
Keçdiyi ərazilər | Azərbaycan |
Mənsəbi | Kür |
Uzunluğu | 71 km |
Su sərfi | 17,9 m³/s |
Hövzəsinin sahəsi | 352 km² |
Ümumi məlumat
redaktəUzunluğu 71 km, hövzəsinin sahəsi 352 km²-dir. Başlanğıcını Murquz silsiləsinin şimal yamacından (2660 m) alır. Axımı qar (20%), yağış (32%) və yer-altı (48%) sulardan əmələ gəlir. Yağış suları çayda böyük daşqınlar əmələ gətirir. Çayın orta illik su sərfi 2,16 kub m/san-dir. Bunun da 45%-i yazda, 30%-i yayda, 15%-i payızda, 10%-i isə qışda keçir. İntensiv suvarma dövründə keçən axım illik axımının 10-12%-ni təşkil edir. Suyu az (93 mq/kub m) lillənməyə malikdir. Orta illik asılı gətirmələr sərfi 0,13 kq/san-dir. Çayın suyu orta minerallaşmaya (300-400 mq/l) malik olmaqla hidrokarboiatlı-kalsiumludur.
Həsənsuçaydan suvarma işlərində geniş istifadə edilir.