Hesenaga Mustafayev - Wikipedia
Həsənağa (Həsən) Hacıağa oğlu Mustafayev (1 avqust 1896, Bakı – 22 aprel 1971, Bakı) — Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR əməkdar artisti (1940).
Həsən Mustafayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr rəssamı |
Təhsili |
Bakı Rəssamlıq Məktəbi (1925), Moskva Ali Bədii-Texniki Emalatxanası (1931) |
Mükafatları |
Həyatı
redaktəAzərbaycan səhnəqrafiyasının ali təhsil almış ilk peşəkar rəssamlarından olan Həsənağa Mustafayev 1 avqust 1896-cı ildə Bakıda anadan olub. O, yeddinci sinifdən sonra 1922–1925-ci illərdə Bakı Rəssamlıq Məktəbində, 1926–1931-ci illərdə isə Moskva Ali Bədii-Texniki Emalatxanasında təhsil almışdır. 1933–1937-ci illərdə Moskvada SSRİ Böyük Teatrında rəssam işləmiş, 1937-ci ilin sonlarında Bakıya qayıtmışdır. Burada o əvvəlcə Azərbaycan Dövlət Opera və Balet Teatrında, sonra isə Gənc Tamaşaçılar Teatrında mürəkkəb quruluşlu tamaşalara bədii quruluş vermişdir.[1]
Həsənağa Mustafayev Azərbaycan təsviri sənətində ilk dəfə olaraq ofort ("Mənzərə", "Arabaçı"), ksiloqrafiya ("Üzüm yığımı"), linoqravüra ("Xalçatoxuyanlar", "Zorxana") texnikalarını tətbiq etmişdir. Onun adı bəzi afişa və proqramlarda sadəcə "Həsən" kimi qeyd olunub.[1]
Həsənağa Mustafayev 22 aprel 1971-ci ildə Bakıda vəfat etmişdir.[1]
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 dekabr 1938
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940
Rəssamı olduğu tamaşalar
redaktə- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rəssamı olduğu tamaşalar
Tamaşa | Müəllif | Tarix |
---|---|---|
Vətən | Abdulla Şaiq | 1942 |
Lənkəran xanının vəziri | Mirzə Fətəli Axundov | 1943 |
Aydın | Cəfər Cabbarlı | 1944 |
Məlik Məmməd | Əyyub Abbasov | 1944 |
Aqil və Sərvinaz | Əyyub Abbasov | 1956 |
Ana | Abdulla Şaiq | 1945 |
Bir saatlıq xəlifə | Abdulla Şaiq | 1956 |
Qaraca çoban | Əbdüləzəl Dəmirçizadə | 1946 |
Durna qatarı | İsgəndər Coşqun | 1958 |
Yanmış planetin sərvətləri | Novruz Gəncəli | 1963 |
- Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii tərtibatını işlədiyi operettalar
Tamaşa | Müəllif | Tarix |
---|---|---|
Lənkəran xanının vəziri | Bəstəkar Niyazi[a] | 1939 |
Malinovkada toy | Boris Aleksandrov | 1939 |
Beş manatlıq gəlin | Məmməd Səid Ordubadi, Səid Rüstəmov | 1940 |
Evliykən subay | Zülfüqar Hacıbəyov | 1941 |
Xəsis | qeyd[b] | 1958 |
- Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrında rəssamı olduğu tamaşalar
Tamaşa | Müəllif | Tarix |
---|---|---|
Məlik Məmməd | Əyyub Abbasov | 1946 |
Rus məsələsi | Konstantin Simonov | 1946 |
Pəri cadu | Əbdürrəhim bəy Haqverdiyev | 1947, 1956 |
Qərq edilmiş daşlar | İlo Mosaşvili | 1953 |
1905-ci ildə | Cəfər Cabbarlı | 1955 |
Toy | Sabit Rəhman | 1955 |
Çiçəkli dağ | Məmmədhüseyn Təhmasib | 1956 |
Qeydlər
redaktə- ↑ Mirzə Fətəli Axundovun eyniadlı əsəri əsasında
- ↑ Mirzə Fətəli Axundovun eyniadlı əsəri əsasında. Libretto müəllifi Şəmsi Bədəlbəyli, bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev
İstinadlar
redaktə- ↑ 1 2 3 Rəhimli, 2017. səh. 62–63
Ədəbiyyat
redaktə- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. 622 с.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.
- "Һ. А. Мустафајев". № 96 (14701). Коммунист. 24 апрел 1971-ҹи ил.