Hesen Xan Erfe - Wikipedia
Ərfəüddövlə Həsən xan Mirzə Rza xan oğlu (1895[1], Tiflis – 1983[1], Monte Karlo) — Azərbaycan əsilli general, İran ordusunun Baş Qərargah Rəisi və Pəhləvi sülaləsi zamanı diplomat.[2]
Həsən xan Ərfə | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Monte Karlo, Monako |
Vətəndaşlığı | İran |
Həyat yoldaşı | Hilda Bevicke |
Uşağı | Leyla Ərfə |
Atası | Mirzə Rza xan Ərfəüddövlə |
Anası | Lüdmila Jervis |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İran Silahlı Qüvvələri |
Xidmət illəri | 1914-1947 |
Rütbəsi | General |
Vəzifəsi | İran ordusunun Baş Qərargah Rəisi |
Döyüşlər |
Kürd üsyanı Sovet-Britaniya işğalı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHəsən xan Ərfə 1895-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O zaman Tiflis şəhəri Rus imperiyasının bir hissəsi idi. Onun anası ingilis-rus qarışığı idi.[3] Anası Lüdmila Jervisin atası britaniyalı diplomat, anası isə məşhur rus zadəgan ailələrindən olan Demidovlardan olmuşdur. Atası Mirzə Rza xan Ərfəüddövlə Tiflisdə Qacar dövlətinin baş konsulu kimi fəaliyyət göstərən diplomat olmuşdur. Mirzə Rza xan Ərfəüddövlə sonradan Qacar dövlətinin Osmanlı və Rusiyada səfiri kimi də fəaliyyət göstərmişdir.
1900-cü ildə valideynləri ayrıldıqdan sonra Həsən və anası Parisə köçmüşdür. Atası isə keçmiş həyat yoldaşının və oğlunun Avropadakı evlərini onlar üçün təmin etmişdir.
1923-cü ildə Hilda Bevicke ilə ailə həyatı qurmuşdur. Hilda ilə Monakodakı Sergey Pavloviç Diaqilevin Rus Baletində tanış olmuşdu. Hilda bu teatrda çalışan britaniyalı balerina idi. Bu evlilikdən Leyla adlı bir qızı olmuşdur.
1979-cu il İran İslam inqilabından sonra İranı tərk etmiş, 1983-cü ildə Monakoda Monte Karlo şəhərində vəfat etmişdir.[3]
Təhsili
redaktəHəsən xan ilk təhsilini şəxsi müəllimlərdən almışdır. Sonradan isə İsveçrədə, Parisdə və Monakoda özəl məktəblərdə təhsil almışdır. 1914-cü ildə o, İran İmeriya Qvardiyasına qoşulmuş və bu qurum onun I Dünya müharibəsinin əvvəllərində İsveçrə ordusunda süvari zabit kimi təlim görməsinə sponsorluq etmişdir.
Mənşəyi
redaktəHəsən xanın ata tərəfdən söykökü İrəvan şəhərinə gedib çıxır. Onun atası Mirzə Rza xan öz dövrünün tanınmış ictimai xadimlərindən və diplomatlarından olmuşdur. General-mayor rütbəsi və bir çox digər rəsmi titulları olan Mirzə Rza xan 1846-cı ildə Təbrizdə anadan olsa da, onnu atası Mirzə Şeyx Həsən İrəvani İrəvan şəhərində anadan olmuş və sonradan İrana köçmüşdür.[2] 1895-ci ildə ona fəxri titul kimi verilən Ərfəüddövlə adını soyad kimi götürmüşdür. Mirzə Rza xanın Borjomidə tikdirdiyi ev hal-hazırda Borjomi şəhərinin simvollarından biridir.[4][5]
Fəaliyyəti
redaktə1920-ci ildə İran jandarmasına, sonradan isə orduya qoşulmuşdur. O, Cənubi Azərbaycandakı, Kürdüstandakı, Luristandakı üsyanlar əleyhinə olan kompaniyalarda iştirak etmişdir. 1920-ci illərdən etibarən vəzifə pillələrində sürətlə irəliləməyə başlamışdır.
Pəhləvilər dövründə
redaktəHəsən xan Rza xanla ilk dəfə 1921-ci ildə görüşmüşdür. Həmin dövrdə Rza xan hələ Müdafiə naziri idi və onlar 1921-ci il kürd üsyanına qarşı əməliyyatda idilər. Rza xanın güclü xarakteri Həsən xana çox təsir etmiş və onu ölənə qədər Pəhləvilərin dəstəkçisinə çevrirmişdi.
1926-ci ildən etibarən qısa müddətlik Londonda hərbi attaşe kimi çalışmışdır. Sonradan 1927-1929-cu illərdə Parisdəki Qərargah Kollevində təhsil almışdır. Bu təhsilindən sonra polkovnik-leytenant rütbəsinə yüksəlmiş və yeni yaradılan Pəhləvi Süvari Mühafizə Alayının komandiri təyin edilmişdir. Qısa müddətdə bu alayı peşəkar və intizamlı alaya çevirə bilmişdir.
1932-ci ildə Rza şah tərəfindən Hərbi Akademiyanın rəhbəri təyin edildi və ona polkovnik rütbəsi verildi. 1934-cü ildə Rza şahın Türkiyə səfəri zamanı onu müşahidə etmişdir. 1936-cı ildə süvari və zirehli ordu hissələrinin müfəttişi təyin edilmiş, 1939-cü ildə isə general rütbəsinə yüksəlmişdir.
Birləşmiş Krallıq və Sovet İttifaqının İranı işğal etməsi zaman (1941 avqust) Rza şah onu Tehranın müdafiəsi üzrə komandan təyin etmişdi. İranın məğlub edilməsindən və Rza şahın qaçmasından sonra Rza şahın yerinə keçən oğlu Məhəmməd Rza şah (1941-1979) Həsən xanı hərbi kəşfiyyat üzrə komandan təyin etdi.
1942-1943-cü illərdə İran ordusunun qərargah rəisi vəzifəsində çalışmışdır. 1944-1946-cı illərdə isə bu vəzifəni ikinci dəfə yerinə yetirmişdir. Bu zaman Azərbaycan Milli Hökumətinə qarşı üsyanq aldırmış Şahsevən tayfalarını silahla təmin etmişdir.
1940-1950-ci illərdən etibarən siyasətə daxil olmuşdur. 1946-cı ilin əvvəllərində İran parlamentində Sovet işğalından BMT-ə ünvanlanan şikayət məktubunun deputatlar tərəfindən imzalanmasının təşkilatçısı olmuşdur. Məqsəd qoşunlarını Cənubi Azərbaycan ərazisindən çəkməsi üçün Sovet İttifaqına təzyiq etmək idi.
Siyasi fəaliyyəti
redaktəHəsən xanın hərəkətləri onu Sovet əleyhinə olan və Britaniyapərəst siyasi düşərgənin fikirləri ilə birləşdirirdi.
Sovetpərəst və anti-Britaniyaçı siyasətçilərin parlamentdə və mətbuatda onu qınamasından sonra baş nazir Əhməd Qəvam Həsən xanın aş Qərargah Rəisliyindən çıxarılmasını istədi. Nəticədə 1946-cı ildə o Həsən xan 7 aylıq həbs edilir. Sonradan isə günahsız olduğu elan edilir. Lakin ordudakı aktıv fəaliyyətini 1947-ci ilin mart ayında sonlandıraraq təqaüdə ayrılır. O, təqaüdə ayrılmasında özündən sonrakı Baş Qərargah rəisi Əli Rəzmaranı günahlandırırdı. Xüsusilə, Əli Rəzmaranın 1950-ci ildə baş nazir olmasından sonra onun siyasi rəqibləri ilə ittifaqlar qurmağa başladı. Lakin Rəzmaranın 1951-ci ildə qətlə yetirilməsindən sonra buna görə narahatlıq keçirməyə başladı. Çünki inanırdı ki, siyasi şiddətin yüksəlməsi ölkəni təhdid edir. Rəzmaranın qətlə yetirilməsindən sonrakı bir ay ərzində Hüseyn Əlanın qısa ömürlü hökumət kabinetində Yollar və Kommunikasiya naziri olaraq çalışdı. Sonra isə parlament Məhəmməd Müsəddiqi baş nazir olaraq seçdi. Həsən xan düşünürdü ki, Müsəddiq monarxiyaya və güclü orduya qarşıdır. Buna görə də, ona müxalif qruplara qoşuldu. bu qrupun adı Milli Hərəkat idi. Həsən xan bu qrupun qəzetində monarxiyanı və İslamı müdafiə edən xeyli məqalələr yazmışdır.
Uzun müddət Ariya partiyasının üzvü olmuşdur.[6]
Həsən xan Toiler partiyasından Müzəffər Baqeyi, qatı dindar Ayətullah Əbülqasım Kaşanı, küçə dəstələrinin rəhbəri Şaban Cəfəri də daxil olmaqla, müxtəlif siyasi qruplaşmalarla əlaqələrini qoruyub saxlaya bilmişdir.
Həsüən xan sonradan Müsəddiqi devirməy planlayan zabitlərin gizli Ana Vətəni Qoruma Komtəsinin üzvü oldu. 1953-cü ildə şahın real hakimiyyəti bərpa edildikdən sonra Həsən xan Türkiyədə (1958-1961), Pakistanda (1961-1962) səfir kimi çalışdı.
Səfir kimi çalışdıqdan sonra təqaüdə ayrıldı.
İstinadlar
redaktə- ↑ 1 2 Identifiants et Référentiels (fr.). ABES, 2011.
- ↑ 1 2 Ənvər Çingizoğlu. Qacarlar dövrünün diplomatları. Bakı: Mütərcim. 2012. səh. 334.
- ↑ 1 2 Azimi, F. "ARFAʿ, ḤASAN". Encyclopaedia Iranica. 18 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2016.
- ↑ "Тегюль Мари: Белое, красное, черное". 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-06.
- ↑ "Тегюль Мари". 2019-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-06.
- ↑ Rahnema, Ali. Behind the 1953 Coup in Iran: Thugs, Turncoats, Soldiers, and Spooks. Cambridge University Press. 54, 299. ISBN 1107076064.