Hesen Kardanov - Wikipedia
Həsən Kardanov (tam adı: Həsən Yakuboviç Kardanov, rus. Хасан Якубович Карданов; 23 fevral 1923, Çeqem, Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 20 yanvar 2019, Nalçik) — Kabarda əsilli SSRİ və Rusiya bəstəkarı, RSFSR xalq artisti, İkinci Dünya müharibəsi iştirakçısı.
Həsən Kardanov | |
---|---|
rus. Хасан Карданов | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 fevral 1923 |
Doğum yeri |
|
Vəfat tarixi | 20 yanvar 2019 (95 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Kabardalı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 1954–1990 |
Təhsili |
|
Mükafatları |
|
Bioqrafiya
redaktəHəsən Yakuboviç Kardanov 23 fevral 1923-cü ildə SSRİ-nin RSFSR-nın KBMV-nın Birinci Çeqem kəndində (indiki Çeqem şəhəri) anadan olmuşdur. Məktəbdə təhsil alarkən Kardanovda musiqiyə maraq yaranmışdır. O, xalq musiqi alətləri orkestrında iştirak etmiş, müxtəlif xalq musiqi alətlərini ifa etməyi öyrənmişdir.[1] 1937-ci ildə atasının ölümündən sonra Nalçik şəhərindəki bir internatda təhsil almağa başlamışdır.[2]
1942-ci ildə cəbhəyə getmişdir. O, Mius cəbhəsində pulemyot-minomyot heyətinin komandiri olmuşdur. 18 fevral 1943-cü ildə ağır yaralanan Kardanov sağaldıqdan sonra Ukrayna cəbhəsində vuruşan Konstantinov adına əlahiddə tank əleyhinə qırıcı artilleriya alayına göndərilmiş, orada «RP-12» hərbi radiostansiyanın radio kəşfiyyatı üzrə zabit olmuşdur. O, alayın bir üzvü olaraq Qafqazda, Ukraynada, Belarusda, Polşada və Çexoslovakiyada vuruşmuşdur. Kardanov 1943-cü ildə keçirilən Tehran konfransında təhlükəsizlik xidmətinin bir üzvü olmuşdur. Müharibə sona çatdıqdan sonra o Çeqem Rayon Hərbi Komissariatında çalışmışdır.[3]
Kardanov 1949–1954-cü illərdə Leninqrad Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil almışdır. 1954–1957-ci illərdə Nalçik şəhərində yerləşən Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının xalq incəsənət evində çalışmışdır. 1967–1971-ci illərdə Kabarda-Balkariya radiosunun xorunun incəsənət üzrə rejissoru olmuşdur.[4] 1962–1968-ci illərdə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikası Bəstəkarlar İttiaqının sədri, daha sonra isə konsultantı olmuşdur.[5]
Kardanov qırx illik yaradıcılıq fəaliyyətində müxtəlif janrlarda 400-dən çox əsərin müəllifi olmuşdur. O, Kabarda-Balkariya Respublikasının Dövlət Himninin bəstəkarıdır.[6]
Mükafat və titullar
redaktə- Vətən Müharibəsi ordeni[3]
- "Şərəf nişanı" ordeni[3]
- 15 hərbi medal[3]
- Kabarda-Balkariya MSSR-nın əməkdar incəsənət xadimi
- Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının İncəsənət Sahəsi üzrə Dövlət Mükafatı (1974).
- RSFSR əməkdar incəsənət xadimi (29.06.1982)[7]
- RSFSR xalq artisti (1990)
- III dərəcəli Şərəf ordeni (2006)
- "Kabarda-Balkariya Respublikası qarşısında xidmətlərinə görə" orden (2018)
Əsərləri
redaktə- «Mədinə» operası (M. Balov ilə, Nalçik, 1970)
- «Batır ayının oğlu» musiqili komediyası (1971)
- «Polumulla» operettası (1975)
Solist, xor və orkestr üçün
redaktə- Kantatalar: «Aydın dostluq» (sözləri: M. Alhasov, 1956), «Xoşbəxt diyar» (sözləri: M. Əhmədova, 1957), «Bayram kantatası» (sözləri: M. Qettuyev, 1969).
- Oratoriyalar: «Ölməz Lenin» (sözləri: M. Txamokova, 1969), «Oktyabr işığı» (sözləri: X. Xavpaçeva, 1977).
- Rekviyemlər: «Atalar oyanın» (sözləri: M. Txamokova, 1969).
- Balladalar: «Xatırla, əsgər» (1971), «İtkin düşmüş» (1971).
- Xor və orkestr üçün: «Marux aşırımının qəhrəmanlarının balladası» (1964).
- Orkestr üçün «Doğma yurda» (1954), «Kənddə axşam» (1959), «Balkar mövzuları üzrə fantaziya» (1958), «Üç rəqs» (1958).
- Rapsodiyalar: I (1960), II (1964), III (1970), IV (1972).
- Poemalar: «Xoşbəxtlik vadisi» (1961), «Pioner» (1963), «Mənim Kabarda-Balkariyam» (1967), «Mənim yurdum» (1971).
- Süitalar:: I (1964), II (1977).
- Üverturalar: «Gənclik» (1968), «Bayram» (1971), «Ciqitlər» rəqsi (1972), «Fantaziya» (1973), «Leztinka konserti» (1973).
- Sur və simfonik orkestr: «Konsert» (1977).
- Simli kvartet: I (1964), II (1976).
- Pianino üçün: «Uşaqların albomu» (1973).
Ədəbiyyat
redaktə- «Хасан Карданов. Талант души» (2006).
İstinadlar
redaktə- ↑ "Карданов, Хасан Якубович - Песни : Для пения (соло, анс., хор) с сопровожд. фп. и без с". search.rsl.ru. Российская государственная библиотека. 3 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
- ↑ "Хасан Карданов". musictime.ru. Music Time. 11 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
- ↑ 1 2 3 4 "Патриарх кабардинской музыкальной культуры" (PDF). Кабардино-Балкарская Правда. 22 fevral 2008. 2016-09-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 yanvar 2019.
- ↑ "Классику национальной музыки Хасану Карданову – 95 лет". admnalchik.ru. Официальный сайт городского округа Нальчил, КБР, 23/02/2018. 23 fevral 2018. 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
- ↑ "Хасан Якубович Карданов". biografija.ru. Биографии. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
- ↑ "Хасан Карданов". records.su. Каталог советских пластинок. 2017-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
- ↑ RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 29 iyul 1982-ci il tarixli fərmanı.