Hesen Feyziyev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həsən Feyziyev (10 sentyabr 1936, Tahirli, Astraxanbazar rayonu – 26 noyabr 2024[1]) — Tanınmış alim, Azərbaycan Respublikasının əməkdar müəllimi, texnika elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü.
Həsən Feyziyev | |
---|---|
Doğum tarixi | 10 sentyabr 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 26 noyabr 2024[1] (88 yaşında) |
Atası | Qulu |
Elm sahəsi | Texnika elmləri |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | |
Təhsili | |
Tanınmış yetirməsi | Mərdan Cəlilov |
Mükafatları |
Həyatı
redaktəHəsən Qulu oğlu Feyziyev 1936-cı il sentyabrın 10-da Azərbaycan Respublikasının Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı Energetika Texnikumuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) daxil olmuş, 1957-ci ildə oranı "İstilik Energetikası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində təhsilini davam etdirərərk, 1962-ci ildə "Elektrik stansiyalarının istilik energetik qurğuları" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmən ildən AzNKİ-nin "Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları" kafedrasında assistent, 1967-ci ildən baş müəllim, 1970-ci ildən isə dosent vəzifələrində çalışmışdır. Həsən müəllim 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "İstilik qaz təchizatı və ventilyasiya" kafedrasına müdir seçilmiş, 1981-ci ildən 2012-ci ilədək isə "İstilik təchizatı və istilik texnikası" kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi məsləhətçidir.
Həsən müəllim Türkiyə, Kipr və İsrail dövlətlərinə elmi konfrans və müşavirələrə dəvət olunmuş və elmi məruzələrlə çıxış etmişdir.
Professor Feyziyev bir neçə ixtisaslaşdırılmış Elmi Şuranın, AAK-nın Ekspert Şurasının üzvi və bir neçə birdəfəlik İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur.
Professor Həsən Feyziyev suyun emal texnologiyası sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeniliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış alimdir.
Ailəsi
redaktəAiləlidir, üç övladı vardır.
Elmi fəaliyyəti
redaktə1969-cu ildə Moskvada, VODGEO Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1980-ci ildə Moskvada, Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1982-ci ildə professor elmi adına layiq görülmüşdür.
Həsən müəllimin elmi işlərini şərti olaraq üç istiqamətə bölmək olar:
Birinci istiqamətə dəniz suyunun duzsuzlaşdırılması və şirinləşdirilməsi üzrə dünyada analoqu olmayan gördüyü elmi işlər aiddir.
İkinci istiqamətə istilik elektrik stansiyalarının, istilik təchizatı sistemlərinin istilik sxemləri üzərində apardığı elmi-tədqiqat işlərini, təklif və tədqiq etdiyi yeni səmərəli istilik sxemlərini aid etmək olar.
Üçüncü istiqamətə isə şirin suların ekoloji təmiz və iqtisadi səmərəli emalı üzrə apardığı elmi işləri və işlədiyi axıntısız texnologiyaları aid etmək olar.
Hazırda dəniz suyunun şirinləşdirilməsi üçün geniş yayılmış mövcud termiki və əks-osmos membran üsullarında əsas problem istilikötürmə səthlərində və membranlarda ərpin çökməsidir.
Buxarlandırıcılarda və əks-osmos qurğularında ərpin əmələ gəlməsinin qarşısını tamamilə almaq üçün ion mübadilə üsulu ilə yumşaltmadan istifadə etmək labüd olur. Burada isə əsas problem dəniz suyundakı codluq ionlarının qatılığının çox olması səbəbindən, ionitlərin regenerasiya prosesi üçün çoxlu miqdarda duzun tələb olunmasıdır. Bu sahədə vaxtilə Azərbaycanda və ondan kənarda böyük miqyaslı elmi işlər görülməsinə baxmayaraq problemin səmərəli həlli yolu tapılmamışdır. Təklif edilən bütün texnologiyalarda kənardan duz gətirilməsi lazım olmuşdur. Lakin prof. Feyziyevin təklif etdiyi və dünyada analoqu olmayan texnoloji sxem ilə işləyən dəniz suyunun duzsuzlaşdırılması qurğusunda bu məsələlər müvəffəqiyyətlə öz həllini tapmışdır. Feyziyevin təklif etdiyi "maqnezium-natrium kationlaşma" və "genişləndirilmiş" üsul ilə kationitlərin regenerasiya prosesi üçün dəniz suyunun özündən alınan duzların miqdarı nəinki kifayət etmiş və artıq da qalmışdır. Həmin texnologiyalar birinci dəfə Neft Daşlarında sonra isə "Şimal" DRES-də və 1 saylı Sumqayıt istilik elektrik mərkəzində tətbiq edilmişdir. "Şimal" DRES-də məhsuldarlığı 1200 t/sutka olan sənaye qurğusunun işi Azərenerjisazlama tərəfindən sınaqdan çıxarılmış və təsdiqlənmişdir. Dəniz suyunun dərin yumşaldılmasının səmərəli üsulla mümkünlüyü onun ənənəvi qurğulardakından yüksək temperaturda, özü də daha böyük buxarlanma dəfəliyi ilə buxarlandırılmasına imkan verir və bu da prosesin səmərəliliyinin yüksəlməsinə səbəb olur. Bu zaman adi poladlardan hazırlanan buxarlandırıcılardan istifadə etmək imkanı yaranır.
Qısa müddətdə istilik energetikası müəssisələri üçün su hazırlığının axıntısız və az axıntılı texnologiyalarının işlənməsi istiqamətində dünyada analoqu olmayan çoxsaylı ixtiraları ilə universitetə şöhrət gətirmişdir. Həsən müəllim 270-dən çox elmi əsərin, o cümlədən 46 ixtiranın və patentin, 7 monoqrafiyanın və 10 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi ilə Bakı, Moskva və Nijni-Novqorod şəhərlərində 27 nəfər texnika elmləri namizədi və texnika elmləri doktoru hazırlanmışdır. Onun rəhbərliyi ilə aparılan elmi-tədqiqat işləri öz əhəmiyyətinə görə YUNESCO-nun, keçmiş SSRİ Ali Təhsil və Energetika Nazirliklərinin, Dövlət Elm və Texnika Komitəsinin və Azərbaycan Respublikası Ali Təhsil Nazirliyinin aktual elmi proqramlarına daxil edilmiş, AzMİU SSRİ Energetika Nazirliyinin əmri ilə axıntısız su hazırlama texnologiyaları üzrə "Aparıcı Müəssisə" elan edilmişdir.
Hazırda Rusiyanın Taqanroq, Tambov və Biysk şəhərlərində onun ixtira etdiyi ikiselli-əksaxınlı süzgəclər istehsal edilir. Bu süzgəclərin ilk nümunələri Minsk şəhərində 3 saylı İstilik Elektrik Mərkəzində (İEM) məhsuldarlığı 540 və 1470 m³/saat olan qurğularda quraşdırılmış və hazırda da yüksək səmərə ilə istismar olunur.
Aparılan elmi işlərin səmərəliliyini yüksəltmək və tətbiqini sürətləndirmək məqsədilə keçmiş SSRİ Energetika Nazirliyi Azərbaycan İnşaat Mühəndisləri institutunda Həsən müəllimin rəhbərliyi ilə, "Su hövzələrinin istilik təchizatı sistemlərinin tullantılarından mühafizəsi" adlı sahə elmi-tədqiqat laboratoriyası təşkil etmişdir. SSRİ Energetika Nazirliyi tərəfindən Həsən müəllimin ixtiraları əsasında yeni texnologiyaların tətbiq dairəsini genişləndirmək üçün, AzMİU və Nazirliyin bir sıra aparıcı institutlarının iştirakı ilə hazırlanmış, layihə institutları və istismar müəssisələri üçün nəzərdə tutulmuş beş növ metodiki və texniki göstərişlər buraxmışdır. Həmin metodiki göstərişlər normativ sənədlərdir və keçmiş SSRİ məkanında hal-hazırda da istifadə edilir. Onun təklif etdiyi texnologiyalar əsasında 100-dən artıq qurğu layihələndirilmiş, onlarla qurğu isə tikilərək yüksək iqtisadi və ekoloji səmərə ilə istismara verilmişdir.
Həsən müəllimin təklif etdiyi texnologiyalar Moskva şəhərindəki 21 saylı İEM-də, Nijni-Novqorod şəhərindəki Qorki Avtomobil Zavodunun İEM-ində, Kstovo şəhərinəki Novoqorkovsk İEM-ində, Kazan şəhərindəki 1, 2 və 3 saylı İEM-lərdə, Karmanovsk DRES-ində, Novosalavat İEM-ində, Minsk 3 və 5 saylı İEM-lərdə, Tümen şəhəri 2 saylı İEM-də, Novosibirsk 2 saylı İEM-də, Saransk İEM-də, Sumqayıt 1 saylı İEM-də, Şirvan DRES-ində və s. yerlərdəki suhazırlama qurğularında böyük iqtisadi və ekoloji səmərə ilə tətbiq edilmişdir. Həmin qurğularda istifadə edilən reagentlərin xüsusi sərfi və axıntı sularının miqdarı mövcud analoji qurğulara nisbətən iki və daha çox dəfə azalmış, istifadə edilən ionit materialların mübadilə tutumları bir-neçə dəfə yüksəlmişdir. Bu qurğuların işini əks etdirən eksponatlar Respublika, Ümumittifaq və Beynəlxalq sərgilərdə nümayiş etdirilmiş, dəfələrlə qızıl və gümüş medallara, başqa mükafatlara, o cümlədən keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medallarına, Macarıstan Xalq Respublikasında keçirilən "Azərbaycanda yenilikçilər" sərgisinin medalına layiq görülmüşdür. Bu ixtiralar SSRİ vaxtında və hal-hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Çin Xalq Respublikasında, Türkiyədə, İran İslam Respublikasında, İsraildə, Rusiya Federasiyasında, Ukrayna və Belorusiya Respublikalarında və digər ölkələrdə tətbiqini tapmışdır.
Mükafatları
redaktəHəsən müəllim çoxsaylı ixtiralarına görə iki dəfə "SSRİ İxtiraçısı" medalı ilə təltif edilmiş və Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.[2]
Yubileyinə Həsr Olunmuş Beynəlxalq Elmi-Praktik Konfranslar
redaktə- 2006-cı il oktyabrın 10-da Memarlıq və İnşaat Universitetində anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyinə həsr olunmuş "İstilik energetika qurğularının tullantılarından ətraf mühitin mühafizəsinin mühəndis problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.[3]
- 2016-cı il dekabrın 15-də Memarlıq və İnşaat Universitetində anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş "İstilik energetika qurğularının tullantılarından ətraf mühitin mühafizəsinin mühəndis problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.[4]
Elmi əsərləri
redaktəElmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 270 elmi əsər dərc etdirmişdir. O cümlədən 46 ixtiranın müəllifidir, 7 monoqrafiya, 10 metodik göstərişi çap olunmuşdur. O, "İstilik təchizatı" dərsliyinin müəllifidir.
Kitabları
redaktə7 monoqrafiyası və 10 metodik göstərişi çap olunmuşdur:
- Высокоэффективные методы умягчения и обессоливания воды. М., Энергоатомиздат, 1988, 192 səh.
- Технические указания по бессточной схеме умягчения воды. МИНЭНЕРГО СССР, ГЛАВНИИПРОЕКТ ВНИПИЭНЕРГОПРОМ, МОСКВА, 1981, 28 səh.
- Передовой опыт подготовки морской воды для нужд нефтяной промышленности. АзНТО НТП Типография "Красный Восток", 1974, 32 səh.
- Об опреснении морской воды. Типография "Красный Восток", г. Баку, 1972, 32 səh.
- Методические указания к выполнению дипломной работы "Теплоснабжение района города". Баку, изд. ИГАНА, 1988, 59 səh.
- Методические рекомендации к курсовой работе по дисциплине "Теплогенерирующие установки". Баку, изд. ИГАНА, 1986, 51 səh.
- Технические указания по проектированию обессоливающих установок с сокращенными расходами реагентов и сокращенными стоками. Минэнерго СССР, ГЛАВНИИПРОЕКТ, ВНИПИЭНЕРГОПРОМ Москва, 1985.
- Методические указания по проектированию обессоливающих установок с сокращенными расходами реагентов и сокращенными стоками. Москва, СПО Союзтехэнерго 1987, 64 səh.
- Методические указания по проектированию умягчительных установок с утилизацией засоленных стоков. М. ВНИПИЭНЕРГОПРОМ 1989, 53 səh.
- Методические указания по проектированию ТЭС с максимально сокращенными стоками. Разравотано в ВТИ и АзИСИ. Москва, Минэнерго СССР, 1991, 151 səh.
- Şəhər rayonunun istilik təchizatı. "İstilik-qaz təchizatı və ventilyasiya" ixtisası üzrə bakalavr pilləsi üçün metodik vəsait. Bakı, 2002, 63 səh.
- Mənim ömür kitabım. "MBM" MMC-nin mətbəəsi, Bakı ş., 2006, 200 səh.
- İstilik təchizatı. Dərslik. Azərbaycan Yazıçılar Birliyi "ЙУРД" НПБ, 2007, 582 səh.
- Высокоэффективные методы умягчения, опреснения и обессоливания воды. Типография "ТИ-МЕДИА" Баку, 2009, 441 səh.
- İstilik təchizatı sistemləri üçün su hazırlığı. "Tİ-MEDİA" şirkətinin mətbəsi. Bakı, 2012, 360 səh.
- Dəniz və duzlu suların şirinləşdirilməsi. Bakı, "Xəzər" Universitetinin nəşriyyatı, 2016, 266 səh.
İxtira və Patentləri
redaktə- Способ опреснения морской воды. А. С.№ 254399, 1969, № 32.
- Комбинированная паротурбинная и водоопреснительная установка. А. С. № 436918, 1974.
- Способ регенерации ионитных фильтров. А. С. № 482176, 1975, № 32.
- Установка термического умягчения морской воды. А. С. № 592758, 1978, № 6.
- Способ регенерации натрий-катионитных фильтов. А. С. № 644522,1979, № 4.
- Способ регенерации ионитных фильтров установки для обессоливания и умягчения воды. А. С. № 697170, 1979г, № 42.
- Способ подготовки ионитных фильтров, используемых для обессоливания к регенерации. А. С. № 638355, 1978, № 38.
- Способ обессоливания и умягчения воды. А. С. № 733293, 1978, ДСП (Т).
- Способ обессоливания и умягчения воды. А. С. № 839208, 1978, ДСП (Т).
- Способ обессоливания воды. А. С. № 643432, 1979, № 3.
- Способ регенерации ионитных фильтров. А. С. № 676311, 1979, № 28.
- Способ регенерации натрий-катионитных фильтров. А. С. № 700161, 1979, № 44.
- Способ умягчения морской воды. А. С. № 709550, 1980,. № 2.
- Способ умягчения воды. А. С. № 710963, 1980, № 3.
- Способ регенерации слабокислотных и полифункциональных катионитов. А. С. № 768458, 1980, № 37.
- Способ умягчения воды. А. С. № 776990, 1980, № 41.
- Способ бессточной обработки подпиточной воды теплосети. А. С. № 768764, 1980, № 37.
- Способ обессоливания воды. А. С. .№ 882149, 1980, ДСП (Т).
- Способ обессоливания воды. А. С. .№ 904278, 1980, ДСП (Т).
- Способ регенерации анионитных фильтров. А. С. .№ 814443, 1981, № 11.
- Способ глубокого химобессоливания воды. А. С. .№ 865825, 1981, № 10.
- Способ глубокого умягчения морской воды. А. С. .№ 865825, 1981, № 35.
- Способ регенерации анионитных и катионитных фильтров обессолива-ющей установоки. А. С. № 850599, 1981, № 28.
- Способ ступенчато-противоточного ионирования воды. А. С. № 1022948, 1981, № 22.
- Способ умягчения воды. А. С. № 952752, 1982, № 31.
- Способ умягчения воды для обессоливания и подпитки теплосети. А. С. № 939396, 1982, № 24.
- Способ обработки воды. А. С. № 916417, 1982, № 12.
- Способ обессоливания воды. А. С. № 906944, 1982, № 7.
- Способ обработки стоков катионитных фильтров в процессе обессоливания и умягчения воды. А. С. № 848891, 1982, № 29.
- Способ обессоливания и умягчения воды. А. С. № 939398, 1982, № 24.
- Способ термического обессоливания пресных вод. А. С. № 939397, 1982, № 24.
- Способ очистки воды. А. С. № 948892, 1982, № 29.
- Способ ионирования воды. А. С.№ 998372, 1983, № 7.
- Способ обессоливания воды. А. С.№ 1115375, 1983, ДСП(Т).
- Способ обработки воды. А. С.№ 1031094, 1983, ДСП(Т).
- Способ обработки воды. А. С. № 1141698, 1984, ДСП (Т).
- Способ регенерации катионитных и анионитных фильтров первой и второй ступеней в процессе обессоливания воды. А. С. № 1265150, 1986, № 39.
- Способ обессоливания воды. А. С. № 1343744, 1988.
- Способ очистки сточных вод. А. С. № 1225821, 1986, № 15.
- Способ регенерации анионитных фильтров химобессоливающей установки. А. С. № 1264966, 1986, № 39.
- Способ обработки стоков анионит- ных фильтров в процессе обессоливания и умягчения воды. А. С. № 1265149, 1986, № 39.
- Способ обессоливания воды. А. С. СССР № 1343744, 1988, (ДСП-Т-26).
- Способ регенерации водород катионитного фильтра первой ступени химобессоливания воды. А. С.№ 1673207, 1991, Б. И. № 32.
- Способ бессточной обработки подпиточной воды теплосети. А. С.№ 1701639, 1991, Б. И. № 48.
- Zəif və orta əsaslı anionitlərin regenerasiyası üsulu. Az. Respublikası Patenti (ixtira) İ20030003, 02.01.2003.
- Suyun yumşaldılması üsulu. Az. Respublikası Patenti (ixtira) a 20100204. 10.06.2014.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 Azərbaycanda tanınmış alim vəfat etdi.
- ↑ "Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
- ↑ "anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyinə həsr olunmuş "İstilik energetika qurğularının tullantılarından ətraf mühitin mühafizəsinin mühəndis problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans". 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
- ↑ "anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş "İstilik energetika qurğularının tullantılarından ətraf mühitin mühafizəsinin mühəndis problemləri" mövzusunda beynəlxalq elmi konfrans". 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
Xarici keçidlər
redaktə- https://azertag.az/xeber/ALIMIN_YUBILEYINA_HASR_OLUNMUS_BEYNALXALQ_ELMI_PRAKTIK_KONFRANS-357940
- https://azertag.az/xeber/AzMIU_da_beynelxalq_konfrans_kechirilir-1019658
- https://azertag.az/xeber/AZARBAYCAN_MEMARLIQ_VA_INSAAT_UNIVERSITETININ_AMAKDASLARINA_FAXRI_ADLARIN_VERILMASI_HAQQINDA__AZARBAYCAN_RESPUBLIKASI_PREZIDENTININ_SARANCAMI-343104
- http://www.anl.az/down/meqale/azerbaycan/2010/aprel/116992.htm
- http://anl.az/el/f/f.php.
- http://bsu.edu.az/az/news/dvlt_mkafatlar_komissiyasnn_mlumat
- http://www.azadinform.az/news/a-128823.html
- https://edu.gov.az/az/page/278/930
- http://jalilabad.cls.az/more/text/41447
- http://aquapro.az/%C5%9Firk%C9%99t-haqq%C4%B1nnda/8-s%C9%99hif%C9%99l%C9%99r/22-professor-c%C9%99lilov-m%C9%99rdan-f%C9%99r%C9%99c-o%C4%9Flu
- https://search.rsl.ru/ru/record/01001069042
- http://catalog.unatlib.org.ru/cgi-bin/1/cgiirbis_64.exe?LNG=&Z21ID=&I21DBN=IKNBU&P21DBN=IKNBU&S21STN=1&S21REF=5&S21FMT=fullwebr&C21COM=S&S21CNR=10&S21P01=0&S21P02=1&S21P03=A=&S21STR=Фейзиев,%20Гасан%20Кулу%20оглы
- http://teploazasu.narod.ru/002ru.html
- http://teploazasu.narod.ru/005ru.html
- http://euroasia-science.ru/ximicheskie-nauki/puti-povysheniya-effektivnosti-anionirovaniya-pri-ximobessolivanii-vody/ Arxivləşdirilib 2019-01-06 at the Wayback Machine