Hesen Ehmedov - Wikipedia
Həsən Əbdüləli oğlu Əhmədov (15 dekabr 1906, Ağdü, Zəngəzur qəzası – 1981) - geologiya-mineralogiya üzrə elmlər doktoru (1956), AMEA-nın həqiqi üzvü (1967). [1]
Həsən Əhmədov | |
---|---|
Həsən Əbdüləli oğlu Əhmədov | |
Doğum tarixi | 15 dekabr 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 1981 |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi dərəcəsi | |
Partiyası |
Həyatı
redaktəHəsən Əhmədov 15 dekabr 1906-cı ildə Zəngəzur qəzasının Sisyan rayonunun Aqudi kəndində anadan olmuşdur. O, 1933-cü ildə Dövlət Neft və Sənayə Universitetinin Geoloji-kəşfiyyat fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirmişdir.[1]
Əmək fəaliyyəti
redaktəHəsən Əhmədov ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki o, "Azneft" Birliyində Çöl Partiyasının geoloqu kimi fəaliyyət göstərmişdir. 1942-ci ildə "Azneftkəşfiyyat" trestinin geoloji-kəşfiyyat kontorunun direktoru vəzifəsini icra edən Əhmdəov burada struktur-xəritələmə, qazmanın analizi və nəticələrinin ümumiləşdirilməsi işi ilə məşğul olmuşdur. O, əvvəlcə 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji Kəşfiyyat İdarəsinin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş, daha sonra 1951-ci ildə həmin idarənin direktoru olmuşdur.[1]
1955-1965-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İnstitutunun direktoru olan Həsən Əhmədov 1965-1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat Geofizika İnstitutunun Azərbaycan filialının direktoru olmuşdur. 1977-1981-ci illərdə yenə həmin filialda Geoloji-geofiziki tədqiqatlar laboratoriyasının müdiri vəzifəsini icra etmişdir.[1]
Həsən Əhmədov 1968-ci ildə Türkiyədə dörd ay müddətində rəsmi geoloji məsləhətçi kimi fəaliyyət göstərmiş və Türkiyənin 7 illik geoloji planını hazırlamışdır.[1]
Elmi fəaliyyəti
redaktəHəsən Əhmədovun fəaliyyətində Qobustan-Şamaxı neftli-qazlı rayonunun öyrənilməsinə əsas yer tutur. Onun tədqiqatlarının nəticələri "Qobustanın geologiyası və neft-qazlılığı" monoqrafiyasında əks olunmuşdur. Həsən Əhmədovun eləm verdiyi töhfələrdən biri də Azərbaycanın Mezozoy çöküntülərinin öyrənilməsi ilə bağlı olmuşdur. O, 1974-cü ildə "Azərbaycanın Mezozoy çöküntüləri və onların neftqazlılıq perspektivliyi" monoqrafiyasına görə akademik İ.M.Qubkin adına mükafata layiq görülmüşdür.[1]
Həsən Əhmədov 1947-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1956- cı ildə elmlər doktoru elmi dərəcələrini almışdır. 1964-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmişdir. 160 elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifi olan Həsən Əhmədovun elmi rəhbərliyi altında 30-dan çox elmlər doktoru və fəlsəfə doktoru hazırlanmışdır. Həmçinin alim Azərbaycan Neft və Qaz Sənayesinin Elmi-Texniki Cəmiyyətinin sədri vəzifəsini icra etmişdir.[1]
Vəfatı
redaktəHəsən Əhmədov 9 iyul 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]
Mükafatları
redaktə- "Əmək rəşadəti" medalı;
- "Əməkdə fərqlənməyə görə" medalı;
- Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə iki dəfə "Şərəf" ordeni;
- Üç dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı;[1]