Heqiqetin Agzi - Wikipedia
Həqiqətin ağzı | |
---|---|
Bocca della Verità | |
41°53′17″ şm. e. 12°28′54″ ş. u.HGYO | |
Ölkə | İtaliya |
Şəhər | Roma |
Yerləşir | 1632-ci ildən Romanın Müqəddəs Bakirə Məryəm kilsəsinin (it. Santa Maria in Cosmedin) girişində qoyulmuşdur. |
Tikilmə tarixi | e.ə. IV əsr |
Material | mərmər |
Rəsmi sayt | dpsusa.com |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məzmunu və tarixçəsi
redaktə"Həqiqətin ağzı" (it. Bocca della Verità) — üzərində Triton (və ya Okean) təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Təxminən e.ə. IV əsrə aiddir. XVII əsrdən etibarən Romanın Müqəddəs bakirə Məryəm (it. Santa Maria in Cosmedin) kilsəsinin girişində qoyulmuşdur. 1,75 m diametrə, 19 sm qalınlığa, 1200–1300 kq çəkiyə malik bu üzlük çox güman ki, hər hansısa fəvvarənin bir hissəsi olmuşdur. Orta əsrlərdən etibarən yalan detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər. Bir çox məşhur filmlərin ("Roma tətilləri"-(ing. "Roman Holiday")-Uilyam Uayler (baş rollarda: Qreqori Pek, Odri Hepbern), "Şirin həyat"-(it. "La Dolce Vita")-Federiko Fellini (baş rolda: Marçello Mastroyanni), "Dəlicəsinə vurulmuş"-(it. "Innamorato pazzo")-Kastellano, Pipolo (baş rollarda: Adriano Çelentano və Ornella Muti) rejissorları "Həqiqətin ağzı"na dəfələrlə müraciət etmişlər.
Mənbələr
redaktə- Falk Spirallo Reiseführer Rom, Auflage 2007
- Rom, DuMont Reiseverlag, Auflage 2006
- Henze, Anton Kunstführer Rom, Auflage 1994 ISBN 3-15-010402-5