Hebibulla Xan Konsul - Wikipedia
Həbibulla xan — İranın Azərbaycan Xalq Cümhuriyyətində konsulu.[1]
Baş verən hadisələr
redaktə1918-ci ilin iyulunda, Qafqaz İslam Ordusunun hərbi uğurları şəraitində ölkənin türk-müsəlman əhalisinin nifrətini qazanmış S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti istefa verməyə məcbur oldu. Hakimiyyətə keçən daşnak və eser-menşeviklərdən ibarət "Sentrokaspi diktaturası" ingilislərdən gözlənilən köməyi ala bilmədi. Qafqaz İslam Ordusuna müqavimət göstərə bilməyən "Sentrokaspi diktaturası" əlverişli təslim şərtlərinə nail olmaq üçün bu zaman İranın Bakıdakı konsulu olan Həbibulla xanı vasitəçi seçdi. Sentyabrın 1-də İran konsulu Bakını müdafiə edən Qərb cəbhəsinin komandanı ilə birlikdə Beşinci Qafqaz firqəsinin qərargahına getdi. Bakının təslim şərtlərinin müzakirəsi zamanı "Sentrokaspi" hökumətinin, İran, ABŞ, İsveç və Danimarka konsullarının və bir ingilis zabitinin də iştirak etdiyi beynəlxalq heyətin yaradılması təklifi irəli sürüldü. Türk qayməqamı Rüşdi bəy Bakıya gələrək, buradan sülh heyəti ilə geri qayıtdı. Bakıdan gələn heyətlə şəhərin qeyd-şərtsiz təslim edilməsi, dövlət əmlakının təhvil verilməsi, türk, Avstriya və alman əsirlərinin azad olunması şərtilə saziş bağlandı. Bağlanmış saziş və Qafqaz İslam Ordusunun sürətli hücumu erməni birliklərini tələm-tələsik gəmilərə dolub şəhəri tərk etməyə məcbur etdi. Təslim aktı nəticəsində tərəflər arasında küçə döyüşlərinin baş verməməsi Bakını genişmiqyaslı dağıntılardan xilas etdi.[1]
Ədəbiyyat
redaktə- Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993
- Yüceer Nəsir, Birinci dünya müharibəsində osmanlı ordusunun Azərbaycan və Dağıstan əməliyyatı, B., 1999
İstinadlar
redaktə- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 449. ISBN 9952-417-14-2.