Hebbab Ibn El Eratt - Wikipedia
Həbbab ibn əl-Əratt (587, Nəcd – 658[1], Kufə, ərəb. خبّاب بن الأرت) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Yəhya, Əbu Abdullah, Əbu Məhəmməd və ya Əbu Əbd-Rəbbihi ləqəblərini daşıyırdı.
Həbbab ibn əl-Əratt | |
---|---|
ərəb. خباب بن الأرت | |
Doğum tarixi | 587 |
Doğum yeri | |
Vəfat tarixi | 658[1] |
Vəfat yeri | |
Fəaliyyəti | əsgər |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəBənu Təmim qəbiləsindən olmuşdur. Kiçik yaşlarından əsir düşmüş, Məkkəyə gətirilmişdir. Xuza qəbiləsindən olan Ümmü Ənmarın qulu olmuşdur.
Həbbab 15 yaşında İslamı qəbul etmişdir. O, İslamı qəbul edən altıncı şəxs olur. Sahibəsi və digər Məkkəli müşriklər tərəfindən işgəncələrə məruz qalan ilk müsəlmanlardan biri idi. Şüheyb ər-Rumi, Bilal Həbəşi, Əmmar ibn Yasir, Süməyyə binti Həyat kimi o da Məkkəli olmadığı və heç bir Məkkəli ailənin və ya qəbilə himayəsində olmadığı üçün Həbbabın mövqeyini çətinləşdirirdi. Onların hamısı imanlarına görə müxtəlif ağrılı işgəncələrə məruz qalır, lakin fikirlərindən əl çəkmirlər. Həbbabın bədəninə qaynar daşlar və dəmir vurulur, lakin o, müqavimət göstərir və İslamdan imtina etmir. Həbbabın bədəni işgəncə ilə eybəcər hala salınmışdır.
622-ci ildə Həbbab digər müsəlmanlarla birlikdə Məkkədən Mədinəyə hicrət edir. Orada müsəlman cəmiyyətinin möhkəmlənməsində iştirak edir. Xəlifələr Əbu Bəkr və Ömərin dövründə xilafət düşmənləri ilə döyüşlərdə iştirak etmişdir. 658-ci ildə 63 yaşında vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 Али-заде А. Хаббаб ибн Арат (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.