Huseyn Cavid Film 1988 - Wikipedia
Hüseyn_Cavid_(film,_1988) - Haqqında Məlumat
Hüseyn Cavid | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Tofiq Mütəllimov |
Ssenari müəllifi | Tofiq Mütəllimov |
Operator | Rəfael Salamzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1988 |
Texniki məlumatlar |
2 hissə 540 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəFilm Azərbaycanın görkəmli sənətkarı, şair-dramaturq Hüseyn Cavidə ithaf edilmişdir. Taleyi böyük faciələrlə üzləşən şairin həyat və yaradıcılığının mühüm səhifələri filmin əsas süjet xəttini təşkil edir. Kinolentdə Cavidin olmazın müsibətlərə düçar olmuş ailəsi barədə, əsərlərinin səhnə taleyi haqında söhbət gedir.
Filmdə ədibin cənazəsinin Bakıya gətirilməsi, Naxçıvanda torpağa tapşırılması da əksini tapmış, dramaturqun "Topal Teymur", "İblis", "Ana" əsərlərindən fraqmentlər verilmişdir.
Film haqqında
redaktəFilm Azərbaycan Ali Təhsil Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Tofiq Mütəllimov
- Ssenari müəllifi: Tofiq Mütəllimov
- Operator: Rəfael Salamzadə
- Səs operatoru: Şamil Kərimov
Sponsor
redaktə- Azərbaycan Ali Təhsil Nazirliyi