Huququn Aliliyi - Wikipedia
Hüququn aliliyi — hüququn cəmiyyətdə ali mövqedə olması, xüsusilə də fərdi və institusional davranışa təsir etməsi, eləcə də hökumət də daxil olmaqla cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə hüquq normalarına tabe olması.[2] "Hüququn aliliyi" ifadəsi hər hansı xüsusi hüquq norması ilə bağlı deyil və siyasi situasiyalarla əlaqədar işlədilir.
Bu ifadənin istifadəsi XVI əsr Britaniyasına qədər gedib çıxır. XVII əsrdə isə şotland ilahiyyatçısı Samuel Rezerford bu ifadədən kralların ilahidən gələn hüquqlarını tənqid edərkən istifadə etmişdir.[3] Con Lokk yazırdı ki, cəmiyyətdəki azadlıq hər kəsə tətbiq olunan və qanunverici orqan tərəfindən yaradılan qanunlara hər kəsin tabe olması deməkdir; bu zaman şəxs onun azadlığı üzərində istər dövlət, istərsə də şəxsi məhdudiyyətlərdən qurtulmuş olur. "Hüququn aliliyi" daha sonra XIX əsrdə Britaniyalı hüquqşünas Albert Venn Daysi tərəfindən geniş istifadə olunmağa başladı. Halbuki, ifadə özü olmasa da, prinsip etibarilə qədim mütəfəkkirlər tərəfindən elmə gətirilmişdir. Məsələn, Aristotel yazırdı ki, "Hər hansı vətəndaş tərəfindən idarə edilməkdənsə, qanuna tabe olmaq daha məqsədəuyğundur".[4]
Hüququn aliliyi konsepsiyasına görə, hüquq normalarını yaradanlar, hüquq-mühafizə orqanları və hakimlər də daxil olmaqla hər kəs qanunun tələblərinə tabe olmalıdır. Bu mənada o, idarəçilərinin hüquqdan üstün olduğu monarxiya və oliqarxiya ilə ziddiyyət təşkil edir. Hüququn aliliyinə riayət edilməməsinə həm demokratik dövlətlərdə, həm də monarxiyalarda rast gəlinə bilər; məsələn, belə ki, qanunun normalarının inkar edilməsi, onlara laqeyd münasibət göstərilməsi hallarında dövlətin hüququ bərpa mexanizmləri kifayət qədər effektiv olmadıqda hüququn aliliyi daha çox pozulur.
Tarixi
redaktə"Hüququn aliliyi" ifadəsi müasir dövrdə Albert Venn Daysi[5][6] sayəsində məşhurluq qazansa da, bu hüquqi konsepsiyanın inkişafı qədim tarixə malikdir və Qədim Yunanıstan, Çin, Mesopotamiya, Hindistan və Roma da daxil olmaqla bir çox qədim sivilizasiyalara gedib çıxır.[7]
Antik dövr
redaktəQərbdə qədim yunanlar ilk növbədə ən yaxşı hökumət formasını ən yaxşı insanlar tərəfindən idarə olunan hökumət kimi qiymətləndirirdilər.[8] Platon ideal və qanundan üstün olan hökmdar-filosof tərəfindən idarə edilən monarxiya quruluşunu müdafiə edirdi.[8] "Qanunlar" dialoqunda[9] Platon yazırdı: "Hansı dövlətdə qanun kiminsə təsiri altındadır və heç bir qüvəsi yoxdur, fikrimcə, həmin dövlətin məhvi çox da uzaq deyil; lakin qanunun hakimlər üzərində hökmran, hakimlərin isə onun qulları olduğu yerdə dövlətin xilasını və tanrıların dövlətə verə biləcəkləri bütün rifahı görürəm."[10]
Romalı siyasi xadim Siseron isə tez-tez qeyd edirdi ki, "Biz hamımız azad olmaq üçün qanunların köləsiyik."[11] Roma Respublikası dövründə mübahisəli magistratlar xidmət illəri başa çatdıqda mühakimə edilirdilər. Roma İmperiyası zamanında isə suveren şəxsi immunitetə (legibus solutus) malik olsa da, şikayəti olanlar iddia qaldıra bilərdilər.[5]
Çində e.ə. III əsrdə leqizm məktəbinin nümayəndələri hüquqdan idarəçilik aləti kimi istifadə etməyi dəstəkləyirdilər, lakin onlar "hüququn aliliyi" əvəzinə "hüquq vasitəsilə alilik" tezisini müdafiə edirdilər; bu isə aristokratların və imperatorun hüquqdan yuxarı mövqedə qəbul edilməsi mənasına gəlirdi.[12] Bunun əksinə, Daosizmin Huan-Lao məktəbi təbii hüququ müdafiə edərək hüquqi pozitivizmi inkar edir, hətta hökmdarın da hüquqa tabe olmalı olduğunu iddia edirdi.[13]
Son zamanlar Bibliyanın Qərb Konstitusiya hüququna təsirini yenidən nəzərdən keçirmək üçün səy göstərilir. Əhdi-Ətiqin ikinci kitabında kralın üzərində müəyyən məhdudiyyətlər qoyulur: bu məhdudiyyətlər kralın xanımlarının və öz şəxsi məqsədləri üçün əldə edə biləcəyi atların sayı ilə bağlıdır. Professor Bernard M. Levinsona görə, "Bu qanunvericilik öz dövründə o qədər utopik idi ki, onun heç bir zaman tətbiq edilməyəcəyi düşünülürdü..."[14]
Orta əsrlər
redaktəİslam hüququnda hüququn aliliyi VII əsrdə formalaşdırılmışdır: heç bir məmur, hətta xəlifə belə qanundan üstün olduğunu iddia edə bilməzdi.[15] Lakin burada dünyəvi hüquq deyil, Şəriət hüququ formasında İslam dini hüququ nəzərdə tutulurdu.[16]
IX əsr Anqlosaks kralı Böyük Alfred krallığın qanununu hazırladı və Bibliyanın əmrlərinə əsaslanan bir məcəllədə topladı. O, həmin qanunun varlı və ya kasıb, dost və ya düşmən olmasından asılı olmayaraq hər kəsə tətbiq edilməsini tələb edirdi. Bu da çox güman ki, Levitin 19:15-ci hissəsindən götürülmüşdü: "Qərarlarınızda haqsızlıq etməyin. Yazıq adamlara mərhəmət göstərməyin, varlılara isə (varlı olduqlarına görə) hörmət etməyin. Yoldaşınızı mühakimə edərkən dürüst davranın."[17]
1215-ci ildə arxiyepiskop Stefan Lenqton İngiltərədəki baronları bir araya toplayıb vergi qarşılığında Böyük Azadlıqlar Xartiyası ilə keçmiş azadlıqlarını da qoruyub saxlayaraq, Kral Conu və gələcək hökmdarları və magistratları hüququn aliliyinə tabe olmağa məcbur etdi.[18][19] Konstitusiyanın təməlini qoyan bu ideyalar daha sonra ABŞ Konstitusiyasında əks olunmuşdur.
1481-ci ildə II Ferdinandın hakimiyyəti dövründə Kataloniya Ümumi Məhkəməsi tərəfindən Nəzarət Konstitusiyası (kat. Constitució de l'Observança) qəbul edildi; sənəd məmurlar da daxil olmaqla kralın səlahiyyətlərinin Kataloniya Krallığının qanunlarına tabe olmasını nəzərdə tuturdu.[20]
Erkən müasir dövr
redaktə"Hüququn aliliyi" ifadəsinin ingilis dilində məlum ilk istifadəsi təxminən b.e.1500-cü ilə təsadüf edir.[21] Bu ifadəyə həmçinin 1610-cu ildə İcmalar Palatası tərəfindən I Ceymsə yazılmış ərizədə rast gəlmək olar.[22]
Müvafiq ifadədən istifadə edən və onun başlıca nəzəri əsaslarını verən ilk müasir müəlliflərdən biri də Samuel Rezerford olmuşdur (Lex, Rex; 1644).[3] Əsərin adı latın dilində olub "Qanun kraldır" deməkdir. Bununla da müəllif ənənəvi ifadəni ("Rex lex" - "Kral qanundur") yenisi ilə əvəz edir.[23] Ceyms Harrinqton əsasən Aristotelin Siyasət əsərinə əsaslanan Okeana (1656) əsərində yazırdı ki, hökumət formaları arasında "Şəxslərin deyil, Qanunların İmperiyası" "Qanunların deyil, Şəxslərin İmperiyası" ilə müqayisədə daha üstündür.[24]
Prinsip Monteskyö tərəfindən Qanunların ruhu (1748) əsərində də müzakirə edilmişdir.[25] "Hüququn aliliyi" ifadəsi Samuel Consonun Lüğət (1755) əsərində də mövcuddur.[26]
1776-cı ildə ABŞ dövlətinin qurulduğu dövrdə heç kəsin qanundan üstün olmaması fikri olduqca məşhur idi. Məsələn, Tomas Peyn Sağlam fikir (1776) pamfletində yazırdı ki, "Amerikada qanun kraldır. Mütləq hökumətlərdə Kral qanundur, odur ki, azad dövlətlərdə qanun kral olmalıdır; başqa cür olmamalıdır."[27] 1780-ci ildə Con Adams "şəxslərin deyil, qanunların hökuməti"ni yaratmaq məqsədilə bu prinsipi Massaçusets Konstitusiyasında təsbit etmişdi.[28]
Britaniya, Fransa və ABŞ-nin təsiri ilə hüququn aliliyi prinsipi digər dünya ölkələrinə də yayılmış oldu.[29][30]
Dövlətlər üzrə
redaktəAvropa
redaktəİnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının preambulasında "vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinin ümumi irsinə malik olan Avropa ölkələrinin hökumətləri" ifadəsi qeyd edilir.[31]
Fransa və Almaniyada hüququn aliliyi konsepsiyaları (müvafiq olaraq Etat de droit və Rechtsstaat) konstitusiyanın aliliyi və əsas hüquqların dövlət orqanlarından, xüsusilə də qanunverici orqandan qorunması kimi prinsiplərlə oxşarlıq təşkil edir.[32][33] Fransa hüququn aliliyi məsələsindəki fikirlərin öncüllərindən biri idi.[34] Alman təfsiri daha çox "sərtdir", lakin Fransa və Birləşmiş Krallığdakı təfsirlərə oxşardır.[35][36]
Finlandiya Konstitusiyası "dövlət orqanlarının səlahiyyətlərinin icrası qanuna əsaslanmalıdır. Dövlət fəaliyyətinin bütün növlərində qanunlara ciddi əməl olunmalıdır." ifadəsini qeyd etməklə əslində hüququn aliliyini açıq-aşkar tələb edir.
Amerika
redaktəABŞ
redaktəBirləşmiş Ştatların bütün dövlət məmurları, o cümlədən prezident, Ali Məhkəmənin hakimləri, dövlət hakimləri və qanunverici hakimiyyətin nümayəndələri və Konqresin bütün üzvləri ilk növbədə Konstitusiyaya əməl etməlidirlər. Bu isə hüququn aliliyinin hər hansı liderin aliliyindən üstün olduğunu göstərir.[37]
Asiya
redaktəŞərqi Asiya mədəniyyətləri iki fəlsəfi məktəbin təsirinə məruz qalmışdır: xeyirxah liderlərin idarəçiliyini dəstəkləyən Konfutsiçilik və hüquqa ciddi bağlılığı təbliğ edən Leqizm. Bu fəlsəfi məktəblərdən birinin digəri üzərində hökmranlığı əsrlər boyu dəyişmişdir. Tədqiqatlardan birinin nəticəsinə görə, Şərqi Asiyada yalnız Cənubi Koreya. Sinqapur, Tayvan, Yaponiya və Honkonq hüququn tələblərinə riayət edən cəmiyyətlərə malikdirlər.[38]
İstinadlar
redaktə- ↑ Cole, John et al. (1997). The Library of Congress Arxivləşdirilib 2020-07-06 at the Wayback Machine, W. W. Norton & Company. p. 113
- ↑ Oxford English Dictionary online (accessed September 13, 2018; spelling Americanized). The phrase "the rule of law" is also sometimes used in other senses. See Garner, Bryan A. (Editor in Chief). Black's Law Dictionary, 9th Edition, p. 1448. (Thomson Reuters, 2009). ISBN 978-0-314-26578-4. Black's provides a five definitions of "rule of law": the lead definition is "A substantive legal principle"; the second is the "supremacy of regular as opposed to arbitrary power".
- ↑ 1 2 Rutherford, Samuel. Lex, rex: the law and the prince, a dispute for the just prerogative of king and people, containing the reasons and causes of the defensive wars of the kingdom of Scotland, and of their expedition for the ayd and help of their brethren of England, p. 237 Arxivləşdirilib 2020-01-24 at the Wayback Machine (1644): "The prince remaineth, even being a prince, a social creature, a man, as well as a king; one who must buy, sell, promise, contract, dispose: ergo, he is not regula regulans, but under rule of law...."
- ↑ Aristotel, Siyasət 3.16
- ↑ 1 2 Wormuth, Francis. The Origins of Modern Constitutionalism, p. 28 (1949).
- ↑ Bingham, Thomas. The Rule of Law, p. 3 (Penguin 2010).
- ↑ Black, Anthony. A World History of Ancient Political Thought (Oxford University Press 2009). ISBN 0-19-928169-6
- ↑ 1 2 David Clarke, "The many meanings of the rule of law Arxivləşdirilib 2016-04-08 at the Wayback Machine" in Kanishka Jayasuriya, ed., Law, Capitalism and Power in Asia (New York: Routledge, 1998).
- ↑ O.E.Leyst. Siyasi və hüquqi təlimlər tarixi ("Zertsalo" nəşriyyatı 2006) ISBN 5-8078-0113-X
- ↑ Cooper, John et al. Complete Works By Plato Arxivləşdirilib 2022-04-15 at the Wayback Machine, p. 1402 (Hackett Publishing, 1997).
- ↑ In full: "The magistrates who administer the law, the judges who act as its spokesmen, all the rest of us who live as its servants, grant it our allegiance as a guarantee of our freedom."Cicero. Murder Trials. Penguin Classics. Michael Grant tərəfindən tərcümə olunub. Harmondsworth: Penguin. 1975. səh. 217. Original Latin: "Legum ministri magistratus, legum interpretes iudices, legum denique idcirco omnes servi sumus ut liberi esse possimus.""Pro Cluentio". The Latin Library. 53:146. 25 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2018.
- ↑ Xiangming, Zhang. On Two Ancient Chinese Administrative Ideas: Rule of Virtue and Rule by Law Arxivləşdirilib 2017-06-17 at the Wayback Machine, The Culture Mandala: Bulletin of the Centre for East-West Cultural and Economic Studies (2002): “Although Han Fei recommended that the government should rule by law, which seems impartial, he advocated that the law be enacted by the lords solely. The lords place themselves above the law. The law is thereby a monarchical means to control the people, not the people's means to restrain the lords. The lords are by no means on an equal footing with the people. Hence we cannot mention the rule by law proposed by Han Fei in the same breath as democracy and the rule of law advocated today.”
Bevir, Mark. The Encyclopedia of Political Theory Arxivləşdirilib 2017-03-14 at the Wayback Machine, page 162.
Munro, Donald. The Concept of Man in Early China Arxivləşdirilib 2017-03-14 at the Wayback Machine. p. 4.
Guo, Xuezhi. The Ideal Chinese Political Leader: A Historical and Cultural Perspective Arxivləşdirilib 2017-03-14 at the Wayback Machine. p. 152. - ↑ Peerenboom, Randall. Law and morality in ancient China: the silk manuscripts of Huang-Lao. SUNY Press. 1993. səh. 171. ISBN 978-0-7914-1237-4. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
- ↑ Levinson, Bernard. "The First Constitution: Rethinking the Origins of Rule of Law and Separation of Powers in Light of Deuteronomy Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine", Cardozo Law Review, Vol. 27, No. 4, pp. 1853–1888 (2006).
- ↑ Weeramantry, Christopher (1997). Justice without Frontiers Arxivləşdirilib 2018-09-25 at the Wayback Machine, p. 132 Martinus Nijhoff Publishers.
- ↑ Hallaq, Wael. The Impossible State: Islam, Politics and Modernity's Moral Predicament. Columbia University Press. 2013.
- ↑ Alter, Robert. The Five Books of Moses: A Translation with Commentary. W.W. Norton & Company. 2004. səh. 627. ISBN 978-0-393-01955-1.
- ↑ "Magna Carta (1215) translation, British Library". 2014-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-03.
- ↑ Magna Carta (1297) U.S. National Archives Arxivləşdirilib 2016-10-07 at the Wayback Machine.
- ↑ Ferro, Víctor: El Dret Públic Català. Les Institucions a Catalunya fins al Decret de Nova Planta; Eumo Editorial; ISBN 84-7602-203-4
- ↑ Oxford English Dictionary (OED), "Rule of Law, n.[ölü keçid]", accessed April 27, 2013. According to the OED, this sentence from about 1500 was written by John Blount: "Lawes And constitutcions be ordeyned be cause the noysome Appetit of man maye be kepte vnder the Rewle of lawe by the wiche mankinde ys dewly enformed to lyue honestly." And this sentence from 1559 is attributed to William Bavand: "A Magistrate should..kepe rekenyng of all mennes behauiours, and to be carefull, least thei despisyng the rule of lawe, growe to a wilfulnes."
- ↑ Hallam, Henry. The Constitutional History of England, vol. 1, p. 441 (1827).
- ↑ "The Rule of Law". The Constitution Society. 6 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 October 2014.
- ↑ Harrington, James. Toland, John (redaktor). The Oceana and other works (3). London: Millar. 1747. səh. 37 (Internet Archive: copy possessed by Con Adams).
- ↑ Tamanaha, Brian. On the Rule of Law Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, p. 47 (Cambridge University Press, 2004).
- ↑ Peacock, Anthony Arthur, Freedom and the rule of law Arxivləşdirilib 2022-01-30 at the Wayback Machine, p. 24. 2010.
- ↑ Lieberman, Jethro. A Practical Companion to the Constitution Arxivləşdirilib 2022-07-26 at the Wayback Machine, p. 436 (University of California Press 2005).
- ↑ Massachusetts Constitution, Part The First, art. XXX (1780).
- ↑ Winks, Robin W. World civilization: a brief history (2nd). San Diego, CA: Collegiate Press. 1993. səh. 406. ISBN 978-0-939693-28-3.
- ↑ Billias, George Athan. American constitutionalism heard round the world, 1776–1989: a global perspective. New York: New York University Press. 2011. 53–56. ISBN 978-0-8147-2517-7.
- ↑ [https://web.archive.org/web/20210120142221/https://www.echr.coe.int/documents/convention_aze.pdf Arxivləşdirilib 2021-01-20 at the Wayback Machine Avropa İnsan Hüquqları Konvensiyası]
- ↑ Pech, Laurent. "Rule of Law in France". Middlesex University – School of Law. 2006-09-10. SSRN 929099.
- ↑ Letourneur, M.; Drago, R. "The Rule of Law as Understood in France". The American Journal of Comparative Law. 7 (2). 1958: 147–177. doi:10.2307/837562. JSTOR 837562.
- ↑ Peerenboom, Randall. Rule of Law in France // Asian discourses of rule of law : theories and implementation of rule of law in twelve Asian countries, France and the U.S. (Digital printing.). RoutledgeCurzon. 2004. səh. 81. ISBN 978-0-415-32612-4. 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ Rule of Law in China: A Comparative Approach. Springer. 2014. 77–78. ISBN 978-3-662-44622-5. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ Zurn, Michael; Nollkaemper, Andre; Peerenboom, Randy, redaktorlar Rule of Law Dynamics: In an Era of International and Transnational Governance. Cambridge University Press. 2012. 116–117. ISBN 978-1-139-51097-4. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ Vile, Josh (2006). A Companion to the United States Constitution and its Amendments Arxivləşdirilib 2020-08-28 at the Wayback Machine. Greenwood Publishing Group. p. 80
- ↑ Chu, Yun-Han et al. How East Asians View Democracy Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, pp. 31–32.