Huquqi Doktrina - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hüquqi doktrina (lat.doktrina-təlim nəzəriyyə) elmin müxtəlif sahələri üzrə problemlərə dair nəzəiyyə, bilik sistemidir. Hüquqi doktrinanın hüququn mənbəyi qismində çıxış etməsi üçün zəruridir; Hüquqi doktrinaya ünvanlanan belə tələb onun hüquqyaratma prosesinki rolundan, hüququn mənəvi əsası qismindəçıxış etməsindən irəli gəlir. Hüquqi doktrina hüququn mənbəyi kimi hələ qədim dövrlərdə tanınmışdı. Qədim Romada məşhur hüquqşunasların rəyləri həm hüquqyaratmada həm də hüquq tətbiqetmədə artıq dərəcədə mühüm əhəmiyyət kəsb etmişlər, Məhkəmə prosesində işlərə baxılması zamanı həlledici amil roluna malik idilər. Qədim Roma tarixi bildirirki,426-cı ildə hüquqşünaslardan iqtibas gətirmə haqqında xüsusi qanunla beş ən məşhur və nüfuzlu hüquqşunasın (Papinian, Pavel, Ulpian, Qay, Modestin) irəli sürdükləri müddəalara hüquqi qüvvə verilmişdir Roma hüquqşünaslarının əsərləri məşhur Yustinian Məcəlləsinə onun tərkib hissəsi qismində daxil edilmişdir. Baş verən mübahisələr səs çoxluğu ilə həll olunurdu, əks halda, yəni ümumi bir rəyə gəlinmədikdə Papinianın rəyinə üstünlük verilirdi. Doktrinaların əhəmiyyəti roman-german hüquq sistemli ölkələrdə (Fransa, İsveçrə, Almaniya, Avstriya və.s) onların hüququn mənbələri iyeyarxiyasında ilkin mənbə statusunda olmaları ilə bağlıdır. Bir məqam da nəzərə almaq lazımdır ki, Qədim Roma hüquqi konsepsiyalarının qəbul edilməsi şərtləndirilmişdir. Sonrakı dövrlərdə doktrinanın hüququn mənbəyi kimi daxil olduğu dünya ölkələrinin hüquq sistemindən asılı olaraq müxtəlif əhəmiyyətə malik olması qeyd olunur. Belə ki, anqlisakson (ümumi) hüquq sisteminin yaranması ilə presedent hüququn formalaşdığı dövrdə hüquqi doktrina mənbələr sistemində kifayət qədər mühüm yer tuturdu. Hazırda anqlisakson hüquq sistemli ölkələrdə-İngiltərədə, ABŞ-də, Kanadada, Avstraliyada və.s bu mənbə öz əhəmiyyətini bütövlükdə itirməmiş, əvvəlki dərəcədə olmasada onlardan istifadə olunur. Nümunə olaraq ABŞ-də hələ 18-ci əsrin axırlarından başlayaraq görkəmli hüquqşünasların — Qlenvilin, Blekstonun əsərlərini anqlisakson hüququnun formalaşması və inkişafına, məhkəmədə işlərin baxılmasına təsir göstərmişdir. Hazırda Avstraliyada, İsveçrədə və diəgər ölkələrdə hüquq sahısində tədqiqat mərkəzləri qismində hüquq fakültəsi çıxış edir. Nümunə kimi Avstriyanın Vyana, İnsbruk, Qratsa universitetinin hüquq və dövlət elmlər fakültələrini göstərmək olar. Bu gün də hüquqi doktrinalar əhəmiyyəyini itirmir, bununla belə tədricən onların tətbiqi azalmağa doğru gedir.
Mənbə
redaktəMəsumə Məlikova Hüquq nəzriyyəsi, səh.152