Hokumetde Suni Intellekt - Wikipedia
Hökumətdə süni intellekt — süni intellektin (Sİ) hökumətdə bir çox sahədə istifadəsini əhatə edən ifadə. Bu, dövlət siyasəti hədəflərinə çatmaq (təcili yardım xidmətləri, səhiyyə və rifah kimi sahələrdə), eləcə də ictimaiyyətə hökumətlə qarşılıqlı əlaqədə kömək etmək üçün istifadə edilir. "Harvard Business Review"a görə, "bütün dünyada aparılan ilkin təcrübələrlə süni intellektin dövlət sektoruna tətbiqi genişlənir və böyüyür".[1] Harvard Universitetinin Eş Demokratik İdarəetmə və İnnovasiya Mərkəzindən Hila Mehr qeyd etmişdir ki, hökumətdə süni intellekt yeni deyil, poçt xidmətləri 1990-cı illərin sonlarında məktubları avtomatik yönləndirmək məqsədilə zərflərdəki əlyazmanı tanımaq üçün maşın üsullarından istifadə edir.[2] Hökumətdə süni intellektdən istifadə əhəmiyyətli faydalar, o cümlədən xərclərə qənaət (məsələn, ofis işçilərinin sayını azaltmaqla) və korrupsiya imkanlarının azaldılması ilə nəticələnən səmərəlilik gətirir.[3]
Hökumətdə istifadəsi
redaktəHökumətdə süni intellektdən istifadə imkanları geniş və müxtəlifdir.[4] "Deloitte" hesab edir ki, "İdrak texnologiyaları nəhayət hökumət əməliyyatlarının hər bir aspektində inqilab edə bilər".
Mehr qeyd etmişdir ki, "Dövlət işində süni intellekt tətbiqləri özəl sektorda süni intellektin sürətlə genişlənməsi ilə ayaqlaşmasa da, dövlət sektorundakı potensial istifadə halları özəl sektordakı ümumi tətbiqləri əks etdirir".[2]
Süni intellektin dövlət siyasətinin məqsədlərinə töhfə verə biləcəyi bir sıra nümunələr var.[4] Bunlara daxildir:
- İş yerini itirdikdə, təqaüdə çıxdıqda, ailəni itirdikdə və uşaq doğulduqda müavinətlərin demək olar ki, dərhal, avtomatlaşdırılmış şəkildə alınması (beləliklə, bunun vətəndaşlardan heç bir hərəkət tələb etmədən həyata keçirilməsi)[5]
- Sosial sığorta xidmətlərinin göstərilməsi[6]
- Təcili çağırışların təcililiyinə görə təsnifləşdirilməsi[7]
- Xəstəliklərin aşkarlanması və yayılmasının qarşısının alınması[7]
- Dövlət qulluqçularına sosial ödənişlərin və immiqrasiya qərarlarının qəbulunda köməklik göstərilməsi[1]
- Girovla bağlı dinləmələrə qərar verilməsi[1]
- Səhiyyə ilə bağlı işlərin araşdırılması[1]
- Siyasətlərə dair ictimai rəy üçün sosial medianın monitorinqi[1]
- Fövqəladə halları müəyyən etmək üçün sosial medianın monitorinqi[1]
- Saxta müavinət iddialarının müəyyən edilməsi[1]
- Cinayətin proqnozlaşdırılması və optimal polis mövcudluğunun tövsiyə edilməsi[1]
- Tıxacların və avtomobil qəzalarının proqnozlaşdırılması[1]
- Yolun təmiri tələblərinin proqnozlaşdırılması[1]
- Sağlamlıq qaydalarının pozulmasının müəyyən edilməsi[1]
- Tələbələrə fərdi təhsilin verilməsi[1]
- İmtahan sənədlərinin qiymətləndirilməsi[1]
- Müdafiə və milli təhlükəsizliyə yardım
- Simptomlara əsaslanan sağlamlıq çatbotu "AI Vaid"-in diaqnozlar üçün hazırlanması[8]
Digər istifadələr
redaktəHökumətdə Sİ-nin digər istifadələrinə aşağıdakılar daxildir:[2]
- Tərcümə
- Avropa Komissiyasının Tərcümə üzrə Baş Direktorluğu və Florika Fink-Hoyyer tərəfindən hazırlanmış sinxron tərcümə.
- Sənədlərin tərtibi
Risklər
redaktəHökumətdə süni intellektdən istifadə ilə bağlı risklərə süni intellektin qərəzliliyə həssas olması,[2] Sİ tətbiqinin qərarlar qəbul etmə üsulunda şəffaflığın olmaması və hər hansı bu cür qərarlara görə məsuliyyət daxildir.[7]
İdarəetmədə və iqtisadi dünyada süni intellekt şirkətlərin texnologiyadakı artımlarla ayaqlaşmasını çətinləşdirə bilər. "Apple" və "Google" kimi iri ABŞ şirkətləri ən son və ən qabaqcıl texnologiyaları ilə bazara hakim ola bilirlər. Bu, onlara Sİ ilə rəqəmsal texnologiya sahələrində irəliləmək imkanı olmayan kiçik şirkətlər üzərində üstünlük verir.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Martinho-Truswell, Emma. "How AI Could Help the Public Sector". Harvard Business Review. 2018-01-26. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-31.
- ↑ 1 2 3 4 Mehr, Hila. "Artificial Intelligence for Citizen Services and Government" (PDF). ash.harvard.edu. August 2017. 2022-02-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-31.
- ↑ Mehr, Hila. "Artificial Intelligence for Citizen Services and Government" (PDF). ash.harvard.edu. August 2017. 2022-02-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-31.
- ↑ 1 2 Wirtz, Bernd W.; Weyerer, Jan C.; Geyer, Carolin. "Artificial Intelligence and the Public Sector—Applications and Challenges". International Journal of Public Administration. 42 (7). 2018-07-24: 596–615. doi:10.1080/01900692.2018.1498103. ISSN 0190-0692. 2020-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
- ↑ "Marten Kaevats on the 'invisible government'". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
- ↑ Zheng, Yongqing Yu, Han Cui, Lizhen Miao, Chunyan Leung, Cyril Yang, Qiang. Smarths: An AI platform for improving government service provision. 2018. OCLC 1125199733.
- ↑ 1 2 3 Capgemini Consulting. "Unleashing the potential of Artificial Intelligence in the Public Sector" (PDF). www.capgemini.com. 2017. 2019-01-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-31.
- ↑ "Health Chatbot". 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
- ↑ Handbook of Artificial Intelligence and Robotic Process Automation: Policy and Government Applications. Anthem Press. 2020. doi:10.2307/j.ctv20pxz2v. ISBN 978-1-78527-495-4. JSTOR j.ctv20pxz2v. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
Əlavə ədəbiyyat
redaktə- "Destination unknown: Exploring the impact of Artificial Intelligence on Government Working Paper". Centre for Public Impact (a BCG Foundation). İstifadə tarixi: 31 March 2019.
- Cornish, Lisa. "Bringing intelligence to government decision-making". The Mandarin. 5 December 2018. İstifadə tarixi: 12 January 2019.
- Garner, Catherine. "Demystifying artificial intelligence". The Canberra Times. 4 December 2018. 12 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2019.
- London, Dan. "Powering AI for government". CIO. 6 June 2018. İstifadə tarixi: 12 January 2019.
- "Hello, World: Artificial intelligence and its use in the public sector" (PDF). OECD Observatory of Public Sector Innovation. İstifadə tarixi: 20 December 2019.