Goranqalasi Dagi - Wikipedia
Goranqalası dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Bəysal qövsvari şaxəsinin qurtaracağında, Arpaçayın sol sahilində, Dizə kəndindən 1,5 km şimal-şərqdə dağ (hünd. 1131,4 m). Zirvəsi və cənub-qərb yamacı Alt Permin Kuberqandı və Murqab regiomərtəbələrinə aid Qızılqaya və Şahbulaq lay dəstələrinin əhəngdaşılarından, şimal-şərq yamacı isə Alt Karbonun Turne mərtəbəsinə aid Goranqalası lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən Münhbalaoğlu-Qabaqdağ sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində və yamaclarında çökmə süxurları yaran layvari dolerit və qabbro-dolerit kiçik intruziyaları açılır.[1]
Goranqalası dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Dərələyəz silsiləsi |
Mütləq hündürlüyü | 1131,4 m |
Yerləşməsi | |
39°36′19″ şm. e. 45°05′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.