Giorgi Mesvildisvili - Wikipedia
Giorgi Meşvildişvili (13 may 1992, Tbilisi) — 2012–2018-ci illərdə Gürcüstanı, 2023-cü ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Giorgi Meşvildişvili | |||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||||||||
Tam adı | Giorgi Kaxa oğlu Meşvildişvili | ||||||||||||||||||||||
Vətəndaşlığı |
Gürcüstan → Azərbaycan |
||||||||||||||||||||||
Doğum tarixi | 13 may 1992 (32 yaş) | ||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||
Boyu | 184 sm. (5 ft 6 in) | ||||||||||||||||||||||
İdman növü | Güləş | ||||||||||||||||||||||
Karyera illəri | 2004— | ||||||||||||||||||||||
Məşqçisi | Georgi Qoxşelidze | ||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktə2012–2013
redaktəGiorgi Meşvildişvilinin beynəlxalq turnirlərdə debütü 2012-ci ilin 4-10 sentyabrda Tailandın Pattaya şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[2] Həmin turnirdə Meşvildişvili uğursuz çıxış etdi və turniri 22 güləşçi sırasında 14-cü pillədə başa vurdu.[2] Həmin il o, həm də Ermənistanın Vanadzor şəhərində 1988-ci il Seul Olimpiadasının gümüş medalçısı olmuş Stepan Sargsyanın şərəfinə baş tutan beynəxalq turnirin bürünc medalına sahib oldu.[3]
2013-cü ildə Giorgi Meşvildişvili cəmi bir beynəlxalq turnirdə — 6-17 iyulda Rusiya Federasiyasının Kazan şəhərində baş tutan XXVII Universiada Oyunlarında mübarizə apardı.[4] Universiadanın təsnifat mərhələsində Meşvildişvili Polşa nümayəndəsi Radoslav Baran üzərində birinci hissədəcə vaxtından əvvəl 8:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[5] Bu mərhələdə onun rəqibi ABŞ güləşçisi Tayrel Forçun oldu.[5] Bu görüşdə Meşvildişvili rəqibinə 0:2 (0:6, 0:2) hesabı ilə məğlub oldu.[5] Rəqib 1/4 final mərhələsində məğlub olduğu üçün Meşvildişvili bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və Universiada Oyunlarını 8-ci pillədə başa vurdu.[5]
2013-cü il ərzində Gürcüstanı Avropa və Dünya Çempionatlarında 18 yaşlı Qeno Petriaşvili təmsil etdi. Petriaşvili sərbəst güləş üzrə Gürcüstan yığmasında Meşvildişvilinin əsas rəqibi hesab olunurdu. Gənc Qeno Petriaşvili həmin il Avropa və Dünya Çempionatlarını bürünc medallarla başa vurdu və məşqçilərin etimadını doğrultdu.
Giorgi Meşvildişvilinin 2014-cü ildə birinci turniri 8-10 fevralda Fransanın Paris şəhərində baş tutan FILA Qızıl Qran-Pri beynəlxalq turniri oldu.[6] Cəmi altı güləşçinin mübarizə apardığı və güclü rəqiblərin olmadığı turnirdə Meşvildişvili yarım-final mərhələsində Belçika nümayəndəsi Murad İstapayev üzərində birinci hissədəcə vaxtından əvvəl 10:0 hesabı ilə qələbə qazandı və final görüşünə vəsiqə qazandı.[7] Həlledici görüşdə isə o, bir il əvvəl Universiada Oyunlarında məğlub olduğu ABŞ güləşçisi Tayrel Forçun ilə üz-üzə gəldi.[7] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Meşvildişvili rəqibinə 2:0 (4:2, 3:0) hesabı ilə qalib gəldi və FILA Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[7]
https://wrest.info/forum/threads/vii-mt-pamjati-dmitrij-korkin-2014-jakutsk.2596/
2021
redaktəGiorgi Meşvildişvili 2021-ci ilin sonlarında Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən sərbəst güləş üzrə Azərbaycan Çempionatına dəvət edildi[8]. Həmin turnirin final görüşünə qədər bütün rəqiblərinə qalib gələn Meşvildişvili həlledici görüşdə də Rahid Həmidlidən üstün oldu və Azərbaycan Çempionatının qızıl medalına sahib oldu.[8] Həmin il sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri, Dünya və Avropa Çempionatlarında yeddi dəfə medallara sahib olmuş Camaləddin Məhəmmədov idmanla vidalaşdı və buna görə də sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçiləri yeni güləşçi axtarışda idilər. Ümumi nəticədə Azərbaycan Güləş Federasiyası Giorgi Meşvildişvili Azərbaycan yığmasının heyətinə dəvət etdi. Həmin il olimpiadanın finalçısı olan Qeno Petriaşviliyə rəqabətdə məğlub olduğunu anlayan Giorgi Meşvildişvili bu dəvəti qəbul etdi. Amma Azərbaycan və Gürcüstanın güləş federasiyaları arasında yaşanan hüquqi prosedurların yubanması nəticəsində Meşvildişvili 2023-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.
2023
redaktəGiorgi Meşvildişvilinin sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətində birinci turniri 1-5 fevralda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turniri oldu.[9] Turnirin 1/8 final mərhələsində onun rəqibi Polşa nümayəndəsi Robert Baran idi. Həmin görüşdə Meşvildişvili rəqibi üzərində 7:0 hesabı ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə o, ABŞ güləşçisi Hayden Zillmer ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Meşvildişvili rəqibinə 5:4 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Bolqarıstan nümayəndəsi Georgi İvanov oldu. Bu görüşdə Meşvildişvili rəqibi üzərində "tuş"la inamlı qələbə qazandı (14:2) və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi İran güləşçisi Əmir Hüseyn Zari oldu. Amma Giorgi Meşvildişvili yarım-final mərhələsində zədə aldığına görə həmin görüşdə çıxış edə bilmədi və bununla da Zagreb Open beynəlxalq turnirini gümüş medalla başa vurdu.
Meşvildişvilinin növbəti turniri 2-5 martda Bolqarıstanın Sofiya şəhərində baş tutan D. Kolov & N. Petrov Turniri oldu.[10] Təsnifat mərhələsindən azad olan Meşvildişvili 1/4 final mərhələsində Azərbaycan nümayəndəsi Rahid Həmidli ilə üz-üzə gəldi. Həmin görüşdə Meşvildişvili rəqibi üzərində vaxtından əvvəl 10:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi ABŞ güləşçisi Ti Valz oldu. Bu görüşdə də Meşvildişvili rəqibi üzərində vaxtından əvvəl 11:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, İran nümayəndəsi Mustafa Təqani ilə üz-üzə gəldi. Final görüşündə rəqibinə 7:2 hesabı ilə qalib gələn Giorgi Meşvildişvili D. Kolov & N. Petrov Turnirinin qalibi oldu.
qeydlər
redaktəGiorgi Meşvildişvili 2014-cü ildə Rusiyada Dmitri Korinin xatirəsinə həsr olunnan beynəlxalq turnirin qalibi oldu.[11]
Giorgi Meşvildişvili 2015-ci ildə Polşada baş tutan U23 Avropa Çempionatının gümüş medalına[12] sahib olsa da, il ərzində üç beynəlxalq turniri medalsız başa vurdu.[13][14][15]
2016-cı ildə Ermənistanda baş tutan Stepan Sarqsyanın xatirəsinə həsr olunan beynəlxalq turnirinin bürünc medalına[16] sahib olan Giorgi Meşvildişvili, 2017–2018-ci illərdə də nüfuzlu beynəlxalq turnirlərdə, o cümlədən Dünya və Avropa Çempionatlarında mübarizə aparmadı.[17][18][19][20][21][22][23] Həmin illərdə Gürcüstan yığmasının lideri Qeno Petriaşvili idi.
Apreldə isə Giorgi Meşvildişvili Avropa Çempionatlarında debüt elədi. Zaqreb şəhərində (Xorvatiya) baş tutan turnirin bürünc medal uğrunda görüşündə İtaliya nümayəndəsi Abraham Konyedoya 8:4 hesabı ilə qalib gələn Giorgi Meşvildişvili Avropa Çempionatının bürünc medalına sahib oldu.[24] İyulda Polşada Poland Open beynəlxalq turnirinin gümüş medalına sahib olan Giorgi Meşvildişvili sentyabrda Belqrad şəhərində baş tutan Dünya Çempionatını 12-ci pillədə başa vurdu.[1]
Giorgi Meşvildişvili 2024-cü ilin fevralında Rumıniyanın Buxarest şəhərində Avropa Çempionatını bürünc medalla başa vurdu. Apreldə isə o, Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[25][26]
Nəticələri
redaktəGənclərin Dünya Çempionatı | Tailand | 96 Kg. | |||
Stepan Sargsyan Turniri | Ermənistan | 120 Kg. | |||
Universiada Oyunları | Rusiya | 120 Kg. | |||
Fransa Qran-Prisi | Fransa | 125 Kg. | |||
Dmitri Korin Turniri | Rusiya | ||||
Taxti Cup | İran | ||||
A. Medved Turniri | Belarus | ||||
U23 Avropa Çempionatı | Polşa | ||||
Əli Əliyev Turniri | Rusiya | ||||
Stepan Sarqsyan Turniri | Ermənistan | ||||
G. Kartozia — V. Balavadze Turniri | Gürcüstan | ||||
Poland Open | Polşa | ||||
Stepan Sarqsyan Turniri | Ermənistan | ||||
Alaniya Turniri | Rusiya | ||||
D. Kunayev Turniri | Qazaxıstan | ||||
Kiyev Turniri | Ukrayna | ||||
D. Kolov — N. Petrov Turniri | Bolqarıstan | ||||
Zagreb Open | Xorvatiya | ||||
D. Kolov & N. Petrov Turniri | Bolqarıstan | ||||
Avropa Çempionatı | Xorvatiya | ||||
Poland Open | Polşa | ||||
Dünya Çempionatı | Serbiya | ||||
Zagreb Open | Xorvatiya | ||||
Avropa Çempionatı | Rumıniya | ||||
Polyá Imre & Varga János Turniri | Macarıstan |
Dövlət təltifləri
redaktə- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — Azərbaycan Prezidenti İlham Əliyevin 13 avqust 2024-cü il tarixli Sərəncamına əsasən XXXIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Meşvildişvili Giorgi Kaxa oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[27]
Görüşlərinin nəticələri
redaktə • Qəl. — Qalib gəldi • Məğ. — Məğlub oldu |
||||||
Zagreb Open | Robert Baran | 1/8 final mərhələsi | ||||
Hayden Zillmer | 1/4 final mərhələsi | |||||
Georgi İvanov | 1/2 final mərhələsi | |||||
Əmir Hüseyn Zari | gümüş medal qazandı | |||||
D. Kolov & N. Petrov Turniri | Rahid Həmidli | 1/4 final mərhələsi | ||||
Ti Valz | 1/2 final mərhələsi | |||||
Mustafa Təqani | qızıl medal qazandı | |||||
Avropa Çempionatı | Qennadi Çudinoviç | 1/8 final mərhələsi | ||||
Taha Akgül | 1/4 final mərhələsi | |||||
Abraham Konyedo | bürünc medal qazandı | |||||
Poland Open | Georgi İvanov | I mərhələ | ||||
Qennadi Çudinoviç | II mərhələ | |||||
Niholaz Qvazdovxsi | gümüş medal qazandı | |||||
Dünya Çempionatı | Georgi İvanov | 1/16 final mərhələsi | ||||
Taha Akgül | 1/8 final mərhələsi | |||||
Zagreb Open | Solomon Manaşvili | 1/8 final mərhələsi | ||||
Əmir Reza Məsumi | 1/4 final mərhələsi | |||||
Qivi Maçaraşvili | təsəlliverici gprüş | |||||
Mason Parris | bürünc medal uğrunda görüş | |||||
Avropa Çempionatı | Lyova Gevorgyan | 1/8 final mərhələsi | ||||
Azamat Xosonov | 1/4 final mərhələsi | |||||
Taha Akgül | 1/2 final mərhələsi | |||||
Murazi Mçedlidze | bürünc medal qazandı | |||||
Polyá Imre & Varga János Turniri | Konovan Smit | 1/4 final mərhələsi | ||||
Olimpiya Oyunları | Diaeldin Kamal | 1/8 final mərhələsi | ||||
Mönxtöriin Lxagvagerel | 1/4 final mərhələsi | |||||
Qeno Petriaşvili | 1/2 final mərhələsi | |||||
Robert Baran | bürünc medal qazandı |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 International Wrestling Database. "GIORGI MESHVILDISHVILI". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2022.
- ↑ 1 2 International Wrestling Database. "2012 // World Championship // Juniors // Freestyle // 96 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2012 // Stepan Sargsyan Tournament // Seniors // Freestyle // 120 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2013 // World University Games // Seniors // Freestyle // 120 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 Universiada 2013. "UNIVERSIADA KAZAN 2013 // WRESTLING // RESULTS BOOK" (PDF). www.universiade2013.sportresult.com (ingilis). 2022-08-04. 2024-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2014 // Golden Grand Prix // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 United World Wrestling. "2ND GOLDEN GRAND PRIX - PARIS (FRA) // RESULTS BOOK" (PDF). www.cdn.uww.org (ingilis). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "От Байрамова до Мешвилдишвили". www.azerisport.com ( (rus.)). 25.08.2024. 2024-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.
- ↑ International Wrestling Database. "2023 // Zagreb Open // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2023 // D. Kolov - N. Petrov Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2014 // Dmitri Korin Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // European Championship // U23 // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // Tahti Cup // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // Alexander Medved Prizes // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2015 // Ali Aliyev Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2016 // Stepan Sargsyan Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // G. Kartozia & V. Balavadze Price // Seniors // Freestyle // 97 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // Poland Open // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // Stepan Sargsyan Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // Alany Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2017 // International D. A. Kunaev Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2018 // International Kyiv Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2018 // D. Kolov - N. Petrov Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ International Wrestling Database. "2023 // European Championship // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ First News Media. "Азербайджанские борцы завоевали пять лицензий в Париж-2024 на турнире в Баку - ФОТО - ОБНОВЛЕНО". www.1news.az ( (rus.)). 25.04.2024. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
- ↑ Apasport.az. "Giorgi Meşvildişvili 5-ci lisenziyaya sahib çıxdı". www.apasport.az ( (az.)). 25.04.2024. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.04.2024.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Olimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 13 avqust 2024-cü il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 25.08.2024. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2024.