Gilemeyveli Qaracohre - Wikipedia
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — bitkilər aləminin i̇ynəyarpaqlılar dəstəsinin qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür.
Giləmeyvəli qaraçöhrə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: Növ: Giləmeyvəli qaraçöhrə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ümumi yayılması
redaktəRusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır.
Azərbaycanda yayılması
redaktəŞamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir.
Bitdiyi yer
redaktəTək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir.
Təbii ehtiyati
redaktəAzərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri
redaktəTəbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir. Saplaqların uzunluğu 1–2 mm-dir. Bitkinin cavan zoğları yaşıl rəngdə və elastikdir. İynəyarpaqları 1,0-2,5 sm uzunluğunda olub, tünd yaşıl rəngdə, ucu sivri və alt hissəsində stoma zolağı yoxdur. Yarpağın üst tərəfi tünd, alt tərəfi isə solğun yaşıl rəngdədir. Yarpaq saplaqları qısadır. Giləmeyvəli qaraçöhrə sıx çətirli, həmişəyaşıl iynəyarpaqlı, ikievli ağac və ya koldur. Azərbaycanda xalq arasında bu bitkiyə Avropa qaraçöhrəsi, "çürüməyən ağac" və ya "qırmızı ağac" da deyilir.
Bitkinin cavan yaşlarında gövdəsinin qabığı nazik, qırmızımtıl-boz, hamar olur, yaşlaşdıqca qalınlaşıb və üzərində çatlar əmələ gəlir. Erkək hamaşçiçəklərin uzunluğu 5 mm-ə qədər olub, kürəvaridir. Toxumları 6–8 mm uzunluqda, 4–5 mm enində qırmızı, şirəli, giləşəkilli, yumurtaşəkillidir, təpə hissəsi sivridir, lətli qatla örtülür. Yetişmiş toxumları qaidə hissəsində lətli, şirin, qırmızı rəngli toxumaltı əmələ gəlir. Toxumlarının üstü qırmızı şirəli giləyəbənzər lətli qatla örtülür. Buna görə də həmin növ giləmeyvəli qaraçöhrə adlanır.
Bitmə və iqlim şəraitindən asılı olaraq aprel-may aylarında tozlanır, meyvələri oktyabr ayında yetişir.
Bioloji, ekoloji və fitosenolojixüsusiyyətləri:
redaktəMart-aprel aylarında, yuxarı dağ qurşaqlarında bəzən mayda tozlanır. Toxumları elə həmin il avqust-sentyabr aylarında (bəzən oktyabr ayında) yetişir. Toxumla, qələmlərlə, basdırmaqla və calaq edilməklə çoxaldılır; kötüyündən pöhrə verir və bu xüsussiyyətini qocalana qədər mühafizə edir. Tozlanması entomofildr. Toxumları quşlar və gəmirici heyvanlar tərəfindən yayılır. Mezofitdir, havanın rütubətliyinə tələbkardıt. Kölgəyə, şaxtaya və küləyə davamlıdır. Torpağa qarşı çox tələbkardır, çürüntüsü çox olan təzə, qalın əhəngli torpaqlarda daha çox yayılmışdır. Aşağı dağ qurşağından yuxarı dağ qurşağınadək, dəniz səviyyəsindən 1900 m-ə qədər yüksəkliklərdə bitir. Adətən enliyarpaqlı meşələrdə tək—tək və quruplarla dağınıq halda yayılaraq, ikinci və ya üçüncü mərtəbə əmlə gətirir. Fıstıq meşələrinin bəzi tiplərində (Fagetum taxosum) kol şəklini alır və meşəaltı bitki rolunu oynayır. Çox az hallarda edifikator olur (qaraçöhrə - fıstıq meşəliyi). Göbələk xəstəliklərinə qarşı davamlıdır, köklərində endotrof mikoriza əmələ gəlir.
Təbii ehtiyatın dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
redaktəMədəni şəraitdə Nəbatat bağlarında və parklarda becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəAzərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.
Zəruri qoruma tədbirləri
redaktəYeni yasaqlıqların yaradılması vacibdir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Taxus baccata subsp. eubaccata Pilg.
- Taxus communis J.Nelson
- Taxus lugubris Salisb.
- Taxus pectinata Gilib.
Heterotipik sinonimləri
redaktə- Cephalotaxus adpressa Beissn.
- Cephalotaxus brevifolia Beissn.
- Cephalotaxus tardiva Siebold ex Endl.
- Taxus adpressa Carrière
- Taxus adpressa adpressa-stricta Carrière
- Taxus aurea K.Koch
- Taxus baccata var. adpressa-aurea A.Henry
- Taxus baccata adpressa-pendula V.Gibbs
- Taxus baccata var. albovariegata Späth
- Taxus baccata f. aurea (J.Nelson) Pilg.
- Taxus baccata aurea (J.Nelson) Carrière
- Taxus baccata subf. aureovariegata Pilg.
- Taxus baccata var. cavendishii Hornibr.
- Taxus baccata var. cheshuntensis Paul
- Taxus baccata var. dovastoniana Leight.
- Taxus baccata f. dovastoniana (Leight.) Rehder
- Taxus baccata var. dovastonii (Lindl. & Gordon) Paul
- Taxus baccata dovastonii Lindl. & Gordon
- Taxus baccata var. dovastonii-aurea Sénécl.
- Taxus baccata var. dovastonii-aureovariegata Beissn.
- Taxus baccata var. dovastonii-variegata Gordon
- Taxus baccata f. elegantissima (C.Lawson) Beissn.
- Taxus baccata var. elegantissima C.Lawson
- Taxus baccata elvastonensis Barron ex Gordon
- Taxus baccata var. erecta Loudon
- Taxus baccata f. erecta (Loudon) Pilg.
- Taxus baccata var. erecta-crowderi Blandy & Rosher
- Taxus baccata var. ericoides (Carrière) Paul
- Taxus baccata ericoides Carrière
- Taxus baccata f. ericoides (Carrière) Pilg.
- Taxus baccata f. expansa (Carrière) Rehder
- Taxus baccata expansa Carrière
- Taxus baccata var. fastigiata Paul
- Taxus baccata fastigiata (Paul) Jacob-Makoy
- Taxus baccata var. fastigiata-variegata Paul
- Taxus baccata var. glauca Jacques ex Carrière
- Taxus baccata gracilis-pendula Lauche
- Taxus baccata var. jacksonii Paul
- Taxus baccata linearis Carrière
- Taxus baccata f. linearis (Carrière) Pilg.
- Taxus baccata var. lutea Endl.
- Taxus baccata f. lutea Rehder
- Taxus baccata var. macrocarpa Lavallée
- Taxus baccata var. nana Paul
- Taxus baccata var. nidpathensis Paul
- Taxus baccata var. nigra Paul
- Taxus baccata f. pendula (J.Nelson) Pilg.
- Taxus baccata pendula Rinz
- Taxus baccata pendula-densa J.Dix
- Taxus baccata f. pendula-graciosa (Overeynder) Beissn.
- Taxus baccata pendula-graciosa Overeynder
- Taxus baccata var. pendula-overeynderi Fitschen
- Taxus baccata pendula-variegata (J.Nelson) Simon-Louis ex Beissn.
- Taxus baccata var. prostrata Bean
- Taxus baccata var. pyramidalis C.Lawson
- Taxus baccata f. pyramidalis (C.Lawson) Beissn.
- Taxus baccata var. recurvata Paul
- Taxus baccata repandens Parsons
- Taxus baccata f. repandens (Parsons) Rehder
- Taxus baccata semperaurea Dallim.
- Taxus baccata f. semperaurea (Dallim.) Rehder
- Taxus baccata f. stricta (C.Lawson) Rehder
- Taxus baccata subvar. stricta (C.Lawson) Jacob-Makoy
- Taxus baccata var. stricta (C.Lawson) Paul
- Taxus baccata stricta C.Lawson
- Taxus baccata f. variegata (Weston) Rehder
- Taxus baccata var. variegata Weston
- Taxus baccata f. xanthocarpa Kuntze
- Taxus baccifera Theophr. ex Bubani
- Taxus columnaris K.Koch
- Taxus communis aurea J.Nelson
- Taxus communis fastigiata-variegata J.Nelson
- Taxus communis pendula J.Nelson
- Taxus communis pendula-variegata J.Nelson
- Taxus disticha Wender. ex Henkel & Hochst.
- Taxus dovastonii Carrière
- Taxus elegantissima Carrière
- Taxus elvastonensis Beissn.
- Taxus empetrifolia Gordon
- Taxus erecta Carrière
- Taxus ericoides Carrière
- Taxus expansa K.Koch
- Taxus fastigiata Lindl.
- Taxus foxii Carrière
- Taxus hibernica Hook. ex Jacques
- Taxus horizontalis Carrière
- Taxus imperialis Gordon & Glend.
- Taxus jacksonii K.Koch
- Taxus marginata Carrière
- Taxus michelii Carrière
- Taxus microphylla Gordon & Glend.
- Taxus mitchellii Carrière
- Taxus monstrosa Gordon & Glend.
- Taxus nana Parl.
- Taxus parvifolia Wender.
- Taxus pendula Carrière
- Taxus pyramidalis Carrière
- Taxus recurvata C.Lawson
- Taxus sparsifolia Loudon
- Taxus tardiva (Siebold ex Endl.) C.Lawson
- Taxus variegata Carrière
- Taxus vellevette Jacques
- Taxus virgata Wall. ex Gordon & Glend.
- Verataxus adpressa (Carrière) Carrière
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1040.