Gendemian Sulh Muqavilesi - Wikipedia
Gendemian sülh müqaviləsi — Rusiya ilə Xivə xanlığı arasında bağlanmış sülh müqaviləsi.
Sülh müqaviləsinin imzalanması
redaktə1873-cü ilin iyun ayında Xivə xanlığı rus qoşunları tərəfindən işğal edildikdən sonra 24 avqust 1873-cü ildə Rusiyanın Türküstan general-qubernatoru K. F. Kaufman və Xivə xanı II Səid Məhəmməd-Rahim arasında Gendemian sülh müqaviləsi imzalanmışdır. Bu müqavilənin adı onun imzalandığı yerin — Xivə xanının yay iqamətgahı yerləşən Gendemian bağının adı ilə əlaqədar olmuşdur.
Sülhün şərtləri
redaktəGendemian sülh müqaviləsini imzalamaqla Xivə xanı özünün Rusiyanın vassalı olduğunu etiraf edirdi. Müqavilənin mətnində qeyd olunurdu ki, xan özünü "Ümumrusiya imperatorunun itaətkar nökəri" hesab edir.
Gendemian sülh müqaviləsinə əsasən Xivə xanlığı müstəqil xarici siyasətdən imtina edir, Rusiya hakimiyyətinin razılığı və icazəsi olmadan heç bir hərbi əməliyyata başlamamağı öhdəsinə götürürdü. Xanlığın Amudərya çayının sağ sahilindəki torpaqları Rusiyanın tərkibinə birləşdirilirdi. Rus tacirləri xanlığın ərzisinə gömrüksüz mal gətirmək və ticarət etmək hüququ alırdılar. Xanlıqda quldarlıq və qul ticarəti ləğv olunurdu. Sulh müqaviləsinə əsasən xan "əbədi olaraq quldarlığı və insan ticarətini ləğv etmək" öhdəliyinı yerinə yetirməli idi. Xivə xanı, həmçinin, rus hökumətinə 20 il müddətinə 2,2 milyon manat təzminat ödəmək öhdəliyini də öz üzərinə götürüdü.
Mənbə
redaktə- История дипломатии. В пяти томах. Том 2. М.: Государственное издательство политической литературы, 1963. С. 63–67.