Ga Tebiet Qorugu - Wikipedia
Ga Təbiət Yasaqlığı — Kamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır.[1]
Ga Təbiət Yasaqlığı | |
---|---|
Réserve de faune du Dja | |
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi) |
|
Sahəsi | 5,260 km² |
Yaradılma tarixi | 1950 |
Yerləşməsi | |
3°01′00″ şm. e. 12°58′59″ ş. u.HGYO | |
Ölkə | Kamerun |
|
|
Rəsmi adı | Dja Faunal Reserve |
Tipi | Təbii |
Kriteriya | (ix), (x) |
Tarixi | 1987 (11-ci sessiya) |
İstinad nöm. | 407 |
Ölkə | Kamerun |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir.[1]
Tarix
redaktəGa Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır.[1] Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillası və şimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir.
Biomüxtəliflik
redaktəQoruqda 1500-dən çox məlum bitki növü, 107-dən çox məməli (meşə fili, Afrika meşə camışı və bəbir daxil olmaqla) və 320-dən çox quş növü vardır. Qoruq sərhədlərində nisbətən ənənəvi bir şəkildə yaşayan Baka xalqı məskunlaşır. Onlar sahəyə tanınmış bir mədəni dəyər verir və əkinçilik və peşəkar ov qadağan olmasına baxmayaraq onlara ənənəvi metodlardan istifadə edərək ov etməyə icazə verilir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Dja Faunal Reserve". UNESCO. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.