Gencineyi Funun - Wikipedia
"Gəncineyi-fünun" — Cənubi Azərbaycanda nəşr olunmuş jurnallardan biri[1][2].
Gəncineyi-fünun | |
---|---|
Baş redaktor | Məhəmmədəli Tərbiyət |
Yaranma tarixi | 1902 |
Ünvan | Təbriz |
Tarixi
redaktəH.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə birgə Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Məhəmmədəli Tərbiyət tərəfindən çap olunmuşdur[1].
1902-ci ildə Təbrizdə nəşr olunan "Gəncineyi-fünun" tək Cənubi Azərbaycanda deyil, həmçinin bütün İranda ilk elmi-ədəbi jurnal hesab olunur[3].
Məhəmmədəli Tərbiyət 1921-1925-ci illərdə Cənubi Azərbaycanın maarif naziri vəzifəsini daşıdığı zaman, ölkəyə maarif və mədəniyyətin qorunmasına böyük qayğı göstərir. Həmin illərdə Təbrizdə "Gəncineyi-fünun" jurnalının nəşrini bərpa edir[3].
Fəaliyyəti
redaktəBu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi[1].
Jurnalda nəşr olunan yazılar dörd mövzu ətrafında birləşirdi[3]:
- Elm və texnika ilə bağlı yeniliklər.
- İncəsənətdən, tarix və ədəbiyyatdan bəhs edən "İncəsənət bələdçisi". Bu rubrikanı Məhəmmədəli Tərbiyət hazırlayırdı.
- "Qədim mədəniyyətlər, sivilizasiyalar". Bu bölmədə Avropanın tarixçi alimlərinin (xüsusilə fransız Qustav M.Bonun) əsərlərindən örnəklər verilirdi. Həmin əsrələri Həsən Tağızadə çevirir və onların çox zaman geniş şərhini hazırlayırdı.
- Bədii əsərlərdən edilmiş tərcümə nümunələri sonuncu bölmədə yerləşdirilirdi. Macəra ədəbiyyatını, xususilə fransız yazıçısı Jül Vernin əsərlərini tanınmış şair Mirzə Yusif xan Etisamimülk (görkəmli şairə Pərvin Etisaminin atası) çevirirdi.
İstinadlar
redaktə- ↑ 1 2 3 Ülviyyə Tahirqızı. Güney Azərbaycan mətbuatı Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. anl.az, 15.05.2014, "Xalq cəbhəsi" qəzeti, səh. 11 (az.)
- ↑ Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Bakı: "Elm", 2009, səh. 27. (az.)
- ↑ 1 2 3 Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Bakı: "Elm", 2009, səh. 28. (az.)