Gunehir - Wikipedia
Günəhir - Haqqında Məlumat
Günəhir — Azərbaycan Respublikasının Lənkəran rayonunun Qəgiran inzibati ərazi vahidində kənd.[1]
Günəhir | |
---|---|
38°49′00″ şm. e. 48°36′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 313 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 944 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4240 |
Əhalisi
redaktəƏhalisi 944 nəfərdir.[2]
Toponimiyası
redaktəTədqiqatçılara görə, oykonim bir qədər təhrifə uğramış, əslində Quynahir olmalıdır. Talış dilində quynahir "qatı, sıx duman" deməkdir. Kəndin ərazisi ilin çox vaxtı dumanlı, çənli olduğundan belə adlandırılmışdır. [3]
Tarixi
redaktə25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Bəliton, Horavenc və Şivlik kəndləri Günəhir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bəliton kəndi olmaqla Bəliton kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
- ↑ "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
Həmçinin bax
redaktə Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |