Gulxani Penah - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996).
Gülxani Pənah | |
---|---|
Şükürova Gülxani Vaqif qızı | |
Təxəllüsü | Pənah |
Doğum tarixi | |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
İxtisası | filologiya |
Həyatı
redaktə1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979–1985).
1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır.
G. Şükürova 1985–89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989–92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992–93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993–99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000–2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir.
1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir.
İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir. "Göydən ulduzları gözlə dərərdik" (1996), "Yurd yanğısı" (1998), "Oğuz şəhidləri, itkinləri" (2000), "Bura Vətəndir (2001), "Qarabağ dərdi" (2006), "Dədə Şəmşir harayı" (2006) və s. kitablarında toplanan milli vətənpərvərlik ruhunda yazdığı şeirlər, poemalar, hekayələr və dram əsərlərin müəllifidir.
Gülxani Pənah Bakı Dövlət Universitetinin aspiranturasını bitirmiş və "İlyas Əfəndiyevin yaradıcılığında folklor motivləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda doktorluq işi üzərində çalışır.
Gülxani Pənah həm də tədqiqatçıdır. XVIII əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış Mücrim Kərim Vardaninin həyat və yaradıcılığını ilk dəfə geniş şəkildə tədqiq etmiş və "Mücrim Kərim Vardaninin həyat və yaradıcılığı" monoqrafiyasını yazmışdır. Eyni zamanda o, folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsində bir sıra elmi monoqrafiyaların müəllifidir. "Sənətkar və poeziya" (1998), "Fikrət Qocanın yaradıcılıq yolu" (2006), "Yazıçı və folklor" (2007), "Alim, vətəndaş E. Əlibəyzadə-80" (2005), "Fikrət Sadığın poetikası" (2007), "Tədqiqatçı alim, folklorşünas Rüstəm Rüstəmzadə" (2007) və s.monoqrafiyaları nəşr olunmuşdur.
Bir sıra folklorşünasların elmi-ədəbi fəaliyyətini araşdırmış, üzə çıxarmışdır. "Xalq ədəbiyyatına dair araşdırmalar" (2006), "Xalq ədəbiyyatının tədqiqinə dair" (2007) kitablarını tərtib etmiş, geniş ön söz yazmış və nəşr etdirmişdir.
Ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində çoxlu sayda məqalələri müxtəlif qəzet və curnallarda dərc edilmişdir. "Ədəbi mühit və müasirlərimiz" II cildlik kitabları nəşrə hazırdır.
"Xocalı, ay Xocalı", "El bir olsa…", "Sınaq" dram əsərləri Milli dram teatrında tamaşaya qoyulmaq üçün müsabiqədən keçsə də, maddi imkansızlıq çətinliklər yaratmışdır.
Gülxani Pənah respublikanın ictimai həyatında yaxından iştirak edir, Respublika Ziyalı Qadınlar Birliyinin idarə heyətinin üzvü olmuş, Müstəqil Azərbaycan Respublikası ilk qadınlar qurultayına, Yazıçılar birliyinin qurultaylarına, Müəllimlər qurultayına nümayəndə seçilmişdir.
Təhsilin müasir problemləri ilə bağlı metodik məqalələrlə, bədii-publisistik yazılarla mətbuatda tez-tez çıxış edir. Respublikada "Təhsilin hümanistləşdirilməsi ili", "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirələr"də fəal iştirak etdiyinə, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bir sıra əhəmiyyətli ideya və təkliflər irəli sürdüyünə, müasir təlim metodlarının təcrübədə tətbiqinə, bu baxımdan elmi-nəzəri və praktik əhəmiyyətli məruzələrinə və fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Birinci dərəcəli Diplomuna, Bakı şəhər Baş Təhsil İdarəsinin Diplomuna və bir sıra Fəxri fərmanlara layiq görülmüşdür. Kitabları "Qızıl qələm", "Rəsul Rza", "Cəlaləddin Rumi" mükafatlarına, Azərbaycan Müdafiə Nazirliyinin, Sərhəd Qoşunları Komandanlığının və s. fəxri fərmanlarına, birinci dərəcəli diplomlarına layiq görülmüşdür.
Əsərləri ölkə daxilində, türk, rus, fars, ingilis, alman və s. dillərində nəşr olunub.
2004-cü ildən "İskit" Beynəlxalq İctimai Birliyinin prezidenti, "İskit" jurnalının baş redaktorudur.
Çap olunmuş kitabları
redaktə- Göydən ulduzları gözlə dərərdik. "Dünya" nəşriyyatı, Bakı, 1996, 156s.
- Yurd yanğısı. "Şur" nəşriyyatı, Bakı, 1998, 160s.
- Oğuz şəhidləri, itkinləri. "Mütərcim" nəşriyyatı, Bakı, 1999, 295s.
- Bura Vətəndir. "Azər" nəşriyyatı, Bakı, 2001, 415s.
- Bizim sərhədçilər. "Azər nəşriyyatı", Bakı, 2002. 196 səh.
- Günah. "Azər nəşriyyatı", Bakı, 2002. 270 s.
- "Dədə Şəmşir harayı", UniPrint. Bakı, 2007.
- Qarabağ dərdi. Çinar –çap. Bakı 2005, 400 səh.
Çap olunmuş elmi monorqafiyaları
redaktə- "İlyas Əfəndiyevin yaradıcılığında folklor" (namizədlik dissertasiyası). Bakı. 2006.
- Alim-vətəndaş Elməddin Əlibəyzadə-80. Adiloğlu. Bakı 2006. 476 səh.
- Anar və Folklor. "Elm". Bakı 2007. 288səh.
- Fikrət Qocanın yaradıcılıq yolu. Bakı. 356 səh.
- Folklorşünas, tədqiqatçı alim- Rüstəm Rüstəmzadə. UniPrint. Bakı 2007.
- "Fikrət sadığın poetikası" UniPrint. Bakı 2007.
- Xalq ədəbiyyatına dair araşdırmalar. Rüstəm Rüstəmzadə. (toplayanı, tərtib edəni, G. Pənah) UniPrint. Bakı 2007. 245 s.
- El ədəbiyyatı, sənətkar və sənət məsələləri. Rüstəm Rüstəmzadə. (toplayanı, tərtib edəni, G. Pənah), UniPrint. Bakı 2007, 304 s.
- Gülxani Pənah, Mir Jəlalın elmi nəzəri görüşləri, "Poeziya günü" nəşrlər evi, Bakı. 2009. 524 səh.