Gultekin Qafarova - Wikipedia
Gültəkin Ələsgər qızı Qafarova (15 avqust 1961, Bakı – 12 yanvar 2009, Bakı) — tibb bacısı. "Florens Naytingel" medalı mükafatçısı.
Gültəkin Qafarova | |
---|---|
Gültəkin Ələsgər qızı Qafarova | |
Doğum tarixi | 15 avqust 1961 |
Doğum yeri | |
Vəfat tarixi | 12 yanvar 2009 (47 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
Həyatı və fəaliyyəti
redaktəGültəkin Qafarova 1961-ci ildə avqustun 15-də Bakı şəhərində anadan olmuşdur. 1995–1997-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 illik tibb bacıları kursunu fərqlənmə ilə bitirmişdir. 1978-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü olmuşdur.
1979–1988-ci illər ərzində AzQAC Nəsimi rayon bölməsində patronaj tibb bacısı vəzifəsində çalışmışdır.
1993–2001-ci illər ərzində AzQAC Nərimanov, 2002–2006-cı illərdə isə Qaradağ rayon bölməsində patronaj tibb bacısı vəzifəsində işləmişdir.
2006–2008-ci illər ərzində AzQAC Katibliyinin Sağlamlıq və qayğı şöbəsində baş tibb bacısı vəzifəsində çalışmışdır. Ayrı-ayrı illərdə o, Azərbaycan QAC-ın İcraiyyə Komitəsinin üzvü, müxtəlif konfrans və Baş Məclislərinin nümayəndəsi olmuşdur. Gültəkin Qafarova-Əsgərzadənin evdə qulluq sahəsində böyük təcrübəyə malik olduğundan o, 1996–2000-ci illər ərzində Cəmiyyətdə həyata keçirilən "Mərhəmət"adlı layihəyə cəlb olunmuşdur. Layihə çərçivəsində Gültəkin Qafarova-Əsgərzadə fəal iştirakçılarından biri olmuşdur. Gültəkin Qafarova-Əsgərzadə tərəfindən apardığı fəaliyyətinə dair dövri mətbuatda və jurnallarda, bir çox məqalə dərc olunmuş, müxtəlif telekanallarda televiziya süjeti hazırlanmış, radio müsahibəsi lentə yazılmışdır.
Mükafatları
redaktəAzQAC-də göstərdiyi fəaliyyət müddətində Gültəkin Qafarova-Əsgərzadə bir çox təlim, seminar, konfransda iştirak edərək, "Fəxri Fərmanlar", diplom və tərifnamələrlə təltif olunmuşdur: "Почетная Грамота"(1988), Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Fəxri Fərman"ları (1995, 2001, 2005), "Sosial iş, nəzəriyyə və təcrübə" Azərbaycan QAC-ın sertifikatı (2006), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında fəal iştirakına görə Tərifnamə (2006).
2009-cu ildə isə o, vəfatından sonra Beynəlxalq Qızıl Xaç-Aypara Hərəkatının təbliğində xüsusi fəallığına, AzQAC-in fəaliyyətində və həssas təbəqədən olan insanlara tibbi-sosial qayğı göstərilməsində, eləcə də respublikada səhiyyə-maarifi işinin təşkilində, qan donorluğunun inkişafında səmərəli xidmətlərinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin ən yüksək mükafatına ""Florens Naytingel" medalı"na layiq görülmüşdür.[1][2][3]
Filmoqrafiya
redaktəİTV kanalında onun həyatından bəhs edən "Yarımçıq qalmış arzular" adlı film hazırlanmışdır.
Xatirəsi
redaktə2010-cu ildə isə Gültəkin Qafarovanın vaxtı ilə təhsil aldığı 158 saylı orta məktəbdə "Mərhəmət sorağında" adlı xatirə lövhəsi təşkil olunmuşdur.
Vəfatı
redaktə2005-ci ildə Gültəkin Qafarova-Əsgərzadə ağır xəstəliyə ducar olan Gültəkin xanım 2009-cu ilin 12 yanvar tarixində Bakı şəhərində ağır xəstəlikdən sonra 48 yaşında vəfat etmişdir.