Gulrux Elibeyli - Wikipedia
Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;12 yanvar 1928, Bakı – 15 fevral 2016, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1967), ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1974), professor (1978).[1][2][3]
Gülrux Əlibəyli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 2016 (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, ədəbiyyat tənqidçisi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi |
Həyatı
redaktəGülrux Əlibəyli 12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.[1][2][3]
Fəaliyyəti
redaktəGülrux Əlibəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub.[1]
Gülrux Əlibəyli 1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub.[1]
Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olmuşdur. O, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii şuranın, Kinomatoqrafiya ittifaqının, BDU-nin ədəbiyyat nəzəriyyəsi üzrə elmi dərəcə verən ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur. Gülrux Əlibəyli 2009-cu ildən Slavyan Universitetinin Yaradıcılıq prosesi fakültəsinin professorudur.[1]
Gülrux Əlibəyli tələbəlik illərindən dövri mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir.[1] İndiyədək 500-dən artıq çox məqalə, esse, ədəbi portret çap etdirmişdir. Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.
Gülrux Əlibəylinin ilk ədəbi məqaləsi 1958-ci ildə Moskvda "Ədəbiyyat Məsələləri" jurnalında dərc edilib. O, ədəbiyyat nəzəriyyəsi, eləcə də, kino incəsənəti, teatr, təsviri incəsənət sahəsində çoxsaylı məqalələrin müəllifidir. G. Əlibəyli xeyli sayda beynəlxalq konfransların, elmi simpoziumların, o cümlədən, Beynəlxalq Pen Klubun toplantısının iştirakçısı olub.[2][3]
Kitabları
redaktə- Düşünən dünyamız (1980)
- Çırpınan dünyamız (2000)
- Dəyişən dünyamız (2001)
- Dağılan dünyamız (2002)
- Həyat səhifələri (2003)
- Axtarışlar, kəşflər (1970)
- Xoşbəxtliyin bir günü (2009)
- Azərbaycanda mədəni inqilab (1990)
- Amalya Pənahovanın yaradıclığı (ədəbi portret, 2004)
Vəfatı
redaktəGülrux Əlibəyli 15 fevral 2016-cı ildə Bakı şəhərində vəfat edib.[3][2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
- ↑ 1 2 3 4 "Görkəmli yazıçı vəfat etdi". 2019-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-15.
- ↑ 1 2 3 4 "Görkəmli yazıçı Gülrux Əlibəyli vəfat etdi". 2019-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.