Gulnar Servetian - Wikipedia
Gülnar Sərvətian (5 sentyabr 1977, Təbriz) — Azərbaycan əsilli İran karikaturaçısı və kitab illüstratoru.
Gülnar Sərvətian | |
---|---|
fars. گلنار ثروتیان | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | İran |
Fəaliyyəti |
Karikatura Kitab illüstratorluğu |
golnarservatian.com |
Həyatı
redaktəGülnar Sərvətian 1977-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Atası Bəhruz Sərvətian fars dili və ədəbiyyatı üzrə ixtisaslaşmış alim olmuş və universitetdə professor vəzifəsində çalışmışdır.
Gülnar Sərvətian kareyerasına qrafik dizayner və karukaturaçı kimi başlamışdır. 2006-cı ildən bu işlə peşəkar səviyyədə məşğul olmağa başlamışdır. O, İran daxilində təxminən 50 uşaq kitabı üçün illüstratorluq etmiş və müxtəlif nəşriyyatlarla çalışmışdır. Karikaturaçılıqdan və kitab illüstratorluğundan əlavə həvəskar səviyyədə rəsm əsərləri çəkməklə, hekayələr və poemalar yazmaqla da məşğuldur.[1][2]
Kareyerası
redaktəGülnar Sərvətian Çində keçirilən Biennial Karikatura və Xəyal festivalında Braziliya, Rusiya, Polşa, Türkiyə, Meksika və İtaliya nümayəndələri ilə yarışda qalib gəlmişdir.[3] O, həmçinin 2016-cı ildə "VII Beynəlxalq Karikatura Yarışı"nda "Berlin Oxuçu Mükafatı və Sertifikatı"na layiq görülmüşdür.[4][5] Gülnar Sərvətian əsərləri XVI İtaliya Teatr Təsviri sərgisində fransalı, italiyalı, meksikalı və amerikalı rəssamların əsərləri ilə yanaşı nümayiş etdirilən 3 iranlı rəssamdan biridir.[6][7][8][9]
Festivallar və mükafatları
redaktə- "VII Beynəlxalq Karikatura Müsabiqəsi"ndə "Oxuçu Mükafatı və Sertifikatı"
- "Beynəlxalq Əskişəhər Karikatura festivalı"nda seçilən əsər mükafatı
- "I Beynəlxalq Mərhəmətin peyğəmbəri Məhəmməd festivalı"nda ikinci yer
- "Şur və Şourda poster dizaynı festivalı"nda birinci yer
- "XIV Vizual İncəsənət festivalı"nda birinci yer
- "XIII Vizual İncəsənət festivalı"nda birinci yer
- "IV Beynəlxalq İdmanda Yumoristik Rəsmlər festivalı"nda seçilən əsər mükafatı
- "Beynəlxalq Karikatura Yarışı"nda seçilən başlıq mükafatı
- "Beynəlxalq Biennial Karikatura və İllüstrasiya Master Kuboku"nda seçilmiş mükafat
- "Belqrad İllüstratorlar Festivalı"nda seçilən əsər mükafatı[10][11][12][13][14]
Nəşrlər
redaktəSərvətian 40-dan çox uşaq kitabının və jurnalının illüstratoru olmuşdur. Bu kitablar arasında yazıçı və illüstratoru olduğu bu kitablar da vardır:
- Mūrcheh ( azərb. Qarışqa ), Tehran: Maşgh-e Honar, 2012
- Būzīneh ( azərb. Meymun ), Tehran: Maşgh-e Honar, 2012
- Parvāneh ( azərb. Kəpənək ), Tehran: Maşgh-e Honar, 2012
- Gāv ( azərb. İnək ), Tehran: Mashgh-e Honar, 2012
- Efrīt va Bāzargān ( azərb. Şeytan və tacir ), Tehran: Maşgh-e Honar, 2012
- Fīl-hā va Parastū-hā ( azərb. Fillər və qaranquşlar ), Tehran: Maşgh-e Honar, 2012
- Golparī, Tehran: Maşgh-e Honar, 2012
- Hodhod ( azərb. Şanapipik ), Tehran: Mashgh-e Honar, 2012
- Mār ( azərb. İlan ), Tehran: Maşgh-e Honar, 2012
- Ankabūt ( azərb. Hörümçək ), Tehran: Maşgh-e Honar, 2012
- Nahang ( azərb. Balina ), Tehran: Maşgh-e Honar, 2012
O, həmçinin bu orta məktəb dərsliklərinin həmmüəllifidir:
- Tarrāhi-e Nešāneh, Tasvīrgari-e Ketāb-e Kūdak va Nezārat-e Čāp ( azərb. İşarələrin, uşaq kitablarının illüstrasiyası və çap nəzarəti layihələndirilməsi ), III çap, səhifə:79-140ref>Chap.sch.ir: طراحیِ نشانه، تصویرگری کتاب کودک و نظارتِ چاپ</ref>
- Rāhnamā-ye Honarāmūz; Tarrāhi-e Nešāneh, Tasvīrgari-e Ketāb-e Kūdak va Nezārat bar Čāp( azərb. Təlimat kitabçası; İşarələrin, uşaq kitablarının illüstrasiyası və çap nəzarəti layihələndirilməsi ).[15]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "WonderlandGroup.ir". 2019-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
- ↑ "Official Website/about". 2019-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
- ↑ Mehr News یک معلم کرجی موفق به کسب سه جایزهٔ بینالمللی شد
- ↑ "7th International Cartoon Competition, Berlin, 2016". 2019-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
- ↑ IRNA معلم البرزی حائز رتبهٔ منتخب در جشنوارهٔ بینالمللی برلین شد Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine
- ↑ "Flickr". 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
- ↑ IBNA افقهای تازه در برابر تصویرگران ایرانی Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine
- ↑ KhabarOnline موفقیت تصویرگران ایرانی در ایتالیا Arxivləşdirilib 2020-03-14 at the Wayback Machine
- ↑ IranCartoon جایزهٔ مردمی جشنوارهٔ برلین به گلنار ثروتیان رسید Arxivləşdirilib 2019-02-01 at the Wayback Machine
- ↑ Kozyurt.blogspot.com
- ↑ "CartoonBlues.com 1". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
- ↑ CartoonBlues.com 2[ölü keçid]
- ↑ Evepla.com
- ↑ "CartoonBerlin.de". 2019-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.
- ↑ "Chap.sch.ir: راهنمای هنرآموز؛ طراحیِ نشانه، تصویرگری کتاب کودک و نظارت بر چاپ". 2019-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.