Gulnare Xelilova - Wikipedia
Gülnarə Vidadi qızı Xəlilova (3 iyun 1972, Bakı) — modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru. "Gülnarə Xəlilova Moda Evi"-nin və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri.[1]
Gülnarə Xəlilova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | dəb dizayneri |
Mükafatları | "İlin Dəbli Personası" (Bakı, 2007, 2008, 2012), "İlin İşgüzar Xanımı" (Bakı, 2007, 2009, 2010) və s. |
Həyatı
redaktəGülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. Ailəlidir, iki övladı var.[2]
Fəaliyyəti
redaktəPedoqoji fəaliyyətlə paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərən Gülnarə Xəlilova 2002-ci ildən başlayaraq Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış etmişdir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Elə həmin ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparmışdır. 2009-cu ilin iyul ayında SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi tərəfindən Bakıda keçirilən "Milli geyimlər və müasir modada ümumilik" problemi ilə bağlı beynəlxalq simpoziumda "XIX əsr Azərbaycan geyimlərinin forma və növçeşidliyi" mözvusunda məruzə ilə çıxış etmişdir. 2010-cu ilin iyun ayında isə Ankara şəhərində keçirilən Beynəlxalq Ənənəvi Moda Nümayişi və sərgisində onun hazırladığı milli geyimlər nümayiş etdirilmiş, "Azərbaycanın qədim geyim mədəniyyəti" mövzusunda məruzəsi dinlənilmişdir. Gülnarə Xəlilova 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında Sosial Məsələlər üzrə komissiyanın rəhbəridir. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı əsasında "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
2019-cu ilin mart ayında Özbəkistanın Şəhrisəbz şəhərində "Nautaka" beynəlxalq milli geyim dizaynerləri assosiasiyasının yaradılması haqqında memorandum imzalanıb. Azərbaycanı imzalanma mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova təmsil edib.[3]
Pedoqoji fəaliyyəti
redaktəGülnarə Xəlilova həmçinin pedoqoji fəaliyyətlə də məşğuldur. Gülnarə Xəlilova 2014–2015-ci illərdə Rəssamlıq Akademiyasında çalışmışdır. 2017-ci ildən isə Xəzər Universitetində baş müəllimdir.
Yaradıcılıq işləri
redaktə2010-cu ilin Fevral ayında Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərinin məşhur kitabxanasında yaradılmış Azərbaycan güşəsinə milli geyim nümunələrini təqdim etmiş, bununla əlaqədar Qadınların Beynəlxalq Sülh Hərəkatı Fondunun sədri Suzanna Mübarək tərəfindən təşəkkür məktubu almışdır. 2010-cu ilin may ayında Çin Xalq Respublikasında keçirilən ənənəvi "Beauty Of The World 2010" Beynəlxalq gözəllik müsabiqəsində Azərbaycan təmsil edilməsi üçün təqdim olunmuş geyim "Ən gözəl ziyafət paltarı" nominasiyasında 1-ci yerə layiq görülmüşdür. Modelyer kimi fəaliyyət göstərdiyi dövrdə Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar tərəfindən keçirilən müsabiqələrdə, tədbirlərdə iştirak etmiş, dəfərlərlə mükafatlarla, fəxri adlarla təltif olunmuşdur. 2005-ci ildən bu yana Heydər Əliyev Fondu və Azərbaycan Dövlət Televiziya Şirkətinin birgə layihəsi olan Muğam müsabiqələrinin aparıcılarını milli və klassik geyimlərinin tərtibatını vermişdir. Gülnarə Xəlilova, həmçinin kinematoqrafiyada da uğurlu işləri ilə fərqlənmişdir. O cümlədən "Kişiləri qoruyun", "Aktrisa" filmlərinin geyim üzrə ressamı olmuşdur.
2016-cı ildə keçirilmiş Azərbaycan və İordaniyanın milli geyimlərinin təbliğatına istiqamətlənmiş birgə layihə çərçivəsində səfirə dizaynerin Azərbaycan milli ornamentlərinin əks olunduğu əl işi olan pannosu hədiyyə edilib.[4]
2015-ci ilin aprel ayinda Milli geyim kolleksiyası Heyder Əliyev Fondu və birinci Avropa Oyunlari Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə "Baki-2015" birinci Avropa oyunlarının təqdimatı çərçivəsində Londonda uğurla nümayiş etdirilmişdir.[5] Bundan əlavə, 2014 və 2015-ci illərdə Çin Moda Həftəsində 'Master Exhibition & Performance Award' mükafatına layiq görülmüşdür. 2014 və 2016-cı illərdə Macarıstanda Türk Xalqlarının Qurultayında iştirak etmişdir. 2015-ci ilin iyul ayinda Rusiya Federasiyasının İrkutsk şəhərində kecirilən VI Beynəlxalq Etnik Kostyumu "Etno-Podium 2015" Festivalında münsif qismində iştirak etmiş, Festival çərçivəsində keçirilən konfransda mühazirə ilə çıxış etmiş, həmçinin milli geyim kolleksiyasından geyimlər nümayiş etdirmişdir. 2016-cı ilin noyabr ayinda Rumıniyanın mədəniyyət mərkəzi olan Yassi şəhərində kercirilən ənənəvi Moda Həftəsində "Xalçalarin dili" geyim kolleksiyasını böyük uğurla nümayiş etdirmis və "Creative İndustries Awards" mükafatına layiq görülmüşdür.[6] 2017-ci ildə Avstriya Respublikasının Vyana Şəhərində keçirilən "Miss Union" gözəllik yarışmasında Azərbaycan Respublikasını təmsil edən münsif olmuş, orada geyim kolleksiyasını uğurla nümayiş etdirmişdir.[7] 2018-ci ildə Türkiyə Respublikasında 14-cü İpək Yolu ilin altın adamları mükafat mərasimində "Türk dünyasında ilin modelyeri" adına layiq görülmüşdür. 2018-də Qazaxstanın Şımkent şəhərində Aspara moda həftəsində uğurla iştirak etmişdir.[8] 2018-ci ilin sentyabr ayında Qırğızıstan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Qırğızıstan Respublikasında keçirilən 3-cü Ümumdünya Köçəri Oyunları və Beynəlxalq Etno-mədəniyyət festivalında Azərbaycanı "Turan" kolleksiyası ilə təmsil etmişdir. 2019-cu ildə Özbəkistanın Şahrisabz şəhərində keçirilən ikinci beynəlxalq milli geyim festivalında 'Novruz' kolleksiyasını təqdim edib. Hər iki tədbirdə o, müvafiq olaraq Qırğızıstan və Özbəkistan rəsmilərindən rəsmi dəvət alıb. 2018-ci ildə AFWEU-nun keçirtdiyi İstanbul moda həftəsində Etno-Klassik kolleksiyasını nümayiş etdirmişdir. 2019-cu ilin 27 Noyabr tarixində ilk dəfə Gülnarə Xəlilovanın kəlağayıdan ibarət "İpək Sərvət" kolleksiyasının nümayişi baş tutdu.[9][10] Belə ki, ənənəvi sənət və rəmz olan kəlağayı, onun hazırlanması və geyinilməsi beş il əvvəl Azərbaycan tərəfindən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2020-ci ilin 25–28 İyun tarixlərində Qazaxstanın Taraz şəhərində keçirilən Aspara moda həftəsinin onlayn formatında "İpək-Sərvət" kolleksiyasını nümayiş etdirdi.[11][12]
2019-cu ilin may ayında Xətai Sənət Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının dəstəyi, AQSIA-nin Sosial Məsələlər Komisiyasının rəhbəri Gülnarə Xəlilovanın təşkilatçılığı ilə "Qızıl Ay" İncəsənət Mərkəzinin rəssamlarının "Yay tətilim" mövzusunda tədbiri həyata keçirilib. Sərgi ilə yanaşı "Kids Fashion Design" adlı layihə çərçivəsində dəb nümayişi də təşkil olunub.[13]
2019-cu ilin 9 sentyabr tarixində Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının 60-a yaxın ölkədən nümayəndələrin iştirakı ilə təşkil etdiyi "Mədəniyyətlərarası Münasibətlərin Uzun Gecələri" Mədəniyyət Həftəsi çərçivəsində məşhur dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın toplusu da təqdim olunub. Tədbirdə Azərbaycanın bölgələrində — Qarabağ, Gəncə, Qazax və Bakı geyimlərində milli adət-ənənələri əks etdirən Gülnarə Xəlilova kolleksiyası qonaqlarda böyük maraq oyadıb.[14][15] 2019-cu ilin dekabr ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 11 nömrəli xüsusi təhsil məktəbinin yeni binasında Azərbaycan Milli Geyim Mərkəzi və Gülnarə Xəlilova Moda Evi, Bakı Təhsil İdarəsi tərəfindən Ümüd var ictimai birliyinin ("Ümid var") və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Dərnəyinin (AQSIA) dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün dəfilə keçirilib. Həmin dəfilədə Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq Gülnarə Xəlilova öz kolleksiyasından geyimlər təqdim etdi.[16]
O, eyni zamanda 2020-ci ildə bütün dünyanın mübarizə apardığı Covid19 virusu səbəbilə Mədəniyyət Nazirliyinin "Evdə qal – evdə yarat" (#EvdəQalEvdəYarat) təşəbbüsü çərçivəsində ilk dəfə olaraq kəlağayıdan rəngarəng maskalar hazırlayıb.[17][18]
Modelyer kimi fəaliyyət göstərdiyi dövrdə Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar tərəfindən keçirilən müsabiqələrdə, tədbirlərdə iştirak etmiş, dəfərlərlə mükafatlarla, fəxri adlarla təltif olunmuşdur. Gülnarə Xalilova geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunmuş bir necə kitabların və kataloqların müəllifidir.[19]
Mükafatları
redaktə- "İlin paltarı" (Bakı, 2002)[20]
- "Bakı Payızı" (Bakı, 2002)
- "Mətbuatın Dostu" (Bakı, 2006, 2010)
- "İlin İşgüzar Xanımı" (Bakı, 2007,2009,2010, 2020)
- "İlin Dəbli Personası" (Bakı, 2007,2008,2009, 2012)
- "İlin Modelyeri" (Bakı, 2007)
- "Uğur Zirvəsi" (Bakı, 2009)
- "İlin Ən Gözəl Ziyafət Geyimi" (Çin Xalq Respublikası, 2010)
- "Azərbaycan Bayrağı" (Bakı, 2011)
- "The First" (Bakı, Azərbaycan, 2011–2019)[21]
- "Qızıl Buta" (Bakı,2012)[22]
- "İlin Ən Yaxşı Modelyeri" (Kəmər, Türkiyə, 2012)
- "Eurasia Silk Road Clothing Festival Master Exhibition & Performance Award" (Urumçi, Çin Xalq Respublikası, 2014–2015)
- "Creative Industries Awards" (Yassı, Rumıniya, 2016)[23]
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Fəxri Fərmanı (Bakı, 2017)
- Star 2017 Mükafatı — İlin Peşəkar Modelyeri (Bakı, 2017)
- Luxury Awards — İlin Beynəlxalq Peşəkar Modelyeri (Bakı, 2017)[24]
- "Türk Dünyasında İlin Modelyeri" (İpekyolu Yılın Altın Adamları Istanbul, 2018)[25]
- Avropa Nəşr Mətbuat Evinin Qızıl Medalı (Bakı, 2019)[26]
- "Moda sənayəsində milli dəyərlərin qorunması uğrunda aktiv fəaliyyətinə görə" (Şahrisabz, Özbəkistan, 2019)[27]
- Tərəqqi Medalı (Bakı, 2020)[28]
Filmoqrafiya
redaktə- Kişiləri qoruyun (film, 2006)
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film)-geyim üzrə rəssam; rol: televiziya aparıcısı
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbaycanlı dizayner kolleksiyaları - İstanbulda". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "Gülnarə Xəlilova övladları ilə - FOTO". 2015-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
- ↑ "Gülnarə Xəlilova beynəlxalq milli geyim dizaynerləri assosiasiyasının yaradılması haqqında memorandum imzalayıb". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "Azərbaycan və İordaniyanın milli geyimləri - yeni layihə hazırlanır". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ Gülnarə Xəlilova model oldu — VİDEO/FOTO
- ↑ "Gülnarə Xəlilova Rumıniyada "Creative Industries Awards" ali mükafatına layiq görülüb". 2017-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.
- ↑ "Vyanada Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri dəfilədə təqdim edilib". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ "La designer-créatrice azerbaïdjanaise a présenté le Kelaghayi, accessoire de l'élégance azerbaïdjanaise, à la Semaine de la mode d'Aspara (Photos)". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.
- ↑ "Gülnarə Xəlilovanın kəlağayıdan ibarət "İpək Sərvət" geyim kolleksiyasının möhtəşəm təqdimatı". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ "Дизайнер Гюльнара Халилова представила эксклюзивную коллекцию". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "Начинается Aspara Fashion Week - Гюльнара Халилова представит "Шелковое достояние" (ВИДЕО, ФОТО)". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.
- ↑ "Milli dizayner Aspara Moda Həftəsində parlayır". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ ""Kids Fashion Design" dəb nümayişi keçirilib". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "Национальные мотивы Азербайджана в Австрии". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "Коллекция Гюльнары Халиловой в Австрии вызвала большой интерес". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "В связи с Международным днем инвалидов известный азербайджанский дизайнер представила наряды из своей коллекции. Читать далее: https://az.sputniknews.ru/life/20191204/422511468/gjulnara-halilova-defile.html". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "Gülnarə Xəlilova ilk dəfə olaraq kəlağayıdan rəngarəng maskalar hazırlayıb". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "Gülnarə Xəlilova unikal maskalar hazırlayıb". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "Qarabağ geyimləri" (PDF). 2020-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-15.
- ↑ "Лучшее платье Азербайджана - 2002". Эхо. 19 sentyabr, 2002. (#accessdate_missing_url)
- ↑ Azərbaycanlı modelyer "The First " oldu
- ↑ "Qızıl Buta mükafatının sahibləri müəyyənləşib". Həftəiçi. 19 iyul, 2012. (#accessdate_missing_url)
- ↑ Gülnarə Xəlilova Rumıniyada ali mükafata layiq görülüb
- ↑ "Bakıda "Luxury Awards 2017" mərasiminin qala gəcəsi keçirildi". 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ "Azərbaycan nümayəndələri İstanbulda "İlin adamı" mükafatına layiq görülüblər". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
- ↑ "Гюльнара Халилова награждена золотой медалью Европейского издательского дома". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.
- ↑ "Коллекция дизайнера из Баку вызвала большой интерес в Узбекистане". 2020-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-15.
- ↑ "Azərbaycan qadınlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.