Gul Baharli - Wikipedia
Gül Baharlı (əvvəlki: II Baharlı) — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.[1]
Gül Baharlı | |
---|---|
40°06′50″ şm. e. 47°05′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0246 |
Tarixi
redaktəGül Baharlı (əvvəlki adı II Baharlı kəndi) rayon mərkəzindən 20 km şm.-ş.-də, Qarabağ düzündədir.[2]
Gül Baharlı (əvvəlki adı II Baharlı kəndi) kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. Kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəy Baharlının nəslinə mənsubdur.[2]
Mədəniyyət
redaktəKəndin ümumi orta məktəbi vardır.
II Baharlı kənd məktəbi 30-cu illərdə dördillik ibtidai məktəb kimi yaranmışdır. Ağalar Əliyev II Baharlı kənd məktəbinin ilk müdiri olmuşdur. Vəli Əliyev (1936–1937), Xosrov Əliyev (1937–1941) II Baharlı kənd məktəbinin müdiri vəzifələrində işləmişlər.[2]
II Dünya Müharibəsi illərində II Baharlı kənd məktəbi fəaliyyətini dayandırmalı olmuşdur. II Baharlı kənd məktəbi 1946-cı ildə bərpa edilmiş, Ağdamın Qiyaslı kənd sakini Fərrux müəllim həmin məktəbin müdiri olaraq 1959-cu ilə kimi bu vəzifədə çalışmışdır. 1959–1989-cu illərdə Zibəndə Bəbir qızı Həsənova II Baharlı kənd məktəbinin müdiri işləmişdir.[2]
II Baharlı kəndində məktəb binası olmadığından kənd sakini Bəbiş Valeh bəy oğlu Vəliyevin razılığı ilə şagirdlərə dərslər onun evində keçirilmişdir. Məktəbin müdirliyi Zibəndə Həsənovaya həvalə olunduqdan sonra kənd məktəbi 1959–1989-cu illərdə Zibəndə xanımın evində fəaliyyətini davam etdirmişdir. II Baharlı kəndində 1989-cu ildə yeni məktəb binası şagirdlərin istifadəsinə verildikdən sonra natamam kənd orta məktəb olaraq fəaliyyətini davam etdirmişdir. 1989-cu ildən Mehriban Binnət qızı Məhərova II Baharlı kənd ümumi orta məktəbin direktorudur.[2] Hazırda məktəb Şəhid Əli Vəliyevin adını daşıyır. Əli Vəliyev Valeh bəyin nəvəsidir.
Əhalisi
redaktəAzərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən, 1848-ci ildə təxminən əhalisi 61 nəfər olmuş Baharlı kəndi polkovnik Cəfərqulu ağanın ərazisi sayılmışdır. Sonralar bu ərazi II Baharlı adı ilə Çar Rusiyası dövründə Şuşa qəzasının kəndi idi. Təxminən XIX əsrin 70-ci illərində II Baharlı adlı bu kənd Çar Rusiyası zamanında Şuşa qəzasının tərkibində olmuşdur.[2]
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə görə, 1873-cü ildə II Baharlı kəndi 35 evdən ibarət idi. Həmin sənədə əsasən, 101 kişi, 76 qadından ibarət II Baharlı kəndinin 177 sakini olmuşdur. 1886-cı ildə isə II Baharlı kəndi 47 evdən ibarət idi. Əhalinin siyahıya alınması sənədinə görə, II Baharlıda 1886-cı ildə 99 kişi, 48 qadın yaşamışdır. Əhalinin ümumi sayı 147 nəfər idi.[2]
Azərbaycan Sovet hakimiyyətinin tərkibinə keçdikdən sonra 1923-cü ilə kimi II Baharlı kəndi Şuşa qəzasının kəndi idilər. II Baharlı kəndi Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkili ilə əlaqədar Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 6 avqust 1923-cü il tarixli qərarına əsasən yaradılmış Ağdam qəzasının tərkibinə keçmişdir.[2]
1930-cu ildə Azərbaycan Respublikası ərazisində Ağdam rayonu təşkil olunduqdan sonra II Baharlı kəndi Üçoğlan kənd sovetinin tərkibinə daxil olmuşdur.[2]
2015 ilə kimi II Baharlı Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd olmuşdur.
29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindəki II Baharlı kəndi Gül Baharlı kəndi adlandırılmışdır.[3] Hazırda əhalisi 306 nəfərdir. Kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğuldur.[2]
Mənbə
redaktə- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. I kitab. Bakı, 2013
- Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) II kitab. Bakı, 2013
Xarici keçidlər
redaktə- "Ağdam rayonu, Gül Baharlı kəndi". vetensesi.az. İstifadə tarixi: 31 avq 2024.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar. I kitab. Bakı, 2013
- ↑ "Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının 29 may 2015-ci il tarixli Qanunu" (az.). president.az. 16 iyun 2015, 13:00. 2016-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.