Gozellik - Wikipedia
Gözəllik — estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, istisnasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edir.
Platon gözəllik haqqında
redaktəQədim Yunanıstanın idealist filosofu, Platon gözəlliyin mənbəyini bu fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görür. O, belə hesab edir ki. "gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə görünə bilməz". Platon gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirir
Heraklit gözəllik haqqında
redaktəHeraklitə görə "dünyanın ən gözəl quruluşu" və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhədəti və mübarizəsinin nəticəsidir.
Aristotel gözəllik haqqında
redaktəAristotelin fikrincə, "gözəllik və gözəlliyin varlığı" vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır.
Ədəbiyyat
redaktə- Adil Əsədov. Gözəlliyin fəlsəfəsi. Bakı, Nurlan, 2005, 500 s.