Goyova Korfezi - Wikipedia
Göyova körfəzi (türk. Gökova Körfezi, yun. Κεραμεικός κόλπος) — Egey dənizinin hövzəsi olan Kerme körfəzinə daxil olan körfəz. Türkiyənin sahillərində yerləşir. Əsas limanlar Bodrum (Türkiyə) və Kos (Yunanıstan).
Gökova körfəzi | |
---|---|
Gökova körfezi | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Yerləşməsi | |
36°59′57″ şm. e. 28°09′43″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Görməli yerləri
redaktəKleopatra çimərliyi
redaktəKleopatranın çimərliyi Sedir və ya Sehir adasında yerləşir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Bu adada Kleopatra çimərliyi adlı qumu unikal quruluşda və kiçik incilərə bənzəyən çimərlik vardır. Qum bu sahə üçün tamamilə xarakterik deyil və mənşəyi məlum deyildir. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur. Qumun tərkibində heç bir əlavə qatışıq yoxdur və suya tökülən zaman su bulanmır.[1] Adada olan bu əsrarəngiz çimərliklə bağlı əfsanə mövcuddur. Yerli bələdçilər 2 min il əvvəl Kraliça Kleopatranın burada üzdüyünü əfsanəyə əsasən söyləyirlər. Mark Antoni adanı sevgilisinə vermiş, ancaq o, bu adanın çimərliklərindəki qumu sevmədiyindən, sonra Mark Antoninin əmri ilə Misir qalalarından xüsusi qum göndərilmişdir.
İngilis professor Tom Qodayk qumu araşdıraraq, Kleopatra çimərliyindəki qumun Şimali Afrikaya xas olduğunu təsdiqləmişdir.
Bu gün Kleopatra çimərliyinin unikal qumu Türkiyənin dövlət mülkiyyəti hesab olunur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ciddi şəkildə qorunur. Çimərliyə gələnlərə çimərliyə ayaqqabı ilə girmək, dəsmal götürmək və siqaret çəkmək icazə verilmir.
Sedir adasındakı Kleopatra çimərliyi Marmaris və Bodrumdan gələn turist gəmi gəzintilərinə daxil edilən ən sevimli obyektlərdən biridir.
Boncuk körfəzi
redaktəBoncuk körfəzi 1990-cı ildə bir qoruq statusu almışdır. Boncuk körfəzi dünyada ikinci (birinci mərkəz Cənubi Amerikanın sahilləridir) və Aralıq dənizi sahillərində qum köpək balığı nəslini yetişdirmək üçün yeganə mərkəzdir. Buxta "Qum köpəkbalığının müdafiə yeri" elan etdilmişdir.
Qalereya
redaktəMənbə
redaktə- "Gökova körfezi". 2011-03-21 tarixində arxivləşdirilib. — районы плаваний в заливе Гёкова
- www.gokova.com
İstinadlar
redaktə- ↑ "Экскурсии в Турции - остров Клеопатры (остров Седир)". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.