Goy Cismi - Wikipedia
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur.[1] Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir.
Qalaktika və daha çoxu
redaktəKainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar.[2] Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır.[3]
Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur.[4] Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər. Həmçinin, qalaktikaların cırtdan qalaktikalar və kürəvi topalar şəklində peykləri də ola bilər.[5]
Qalaktikanın daxili
redaktəQalaktikanın tərkib hissələri iyerarxik şəkildə qravitasiyanın öz-özünə cazibəsi ilə yığılan qazlı maddədən əmələ gəlir. Bu səviyyədə yaranan əsas komponentlər, adətən, kondensləşən müxtəlif dumanlıqlardan topalar halında bir yerə yığılan ulduzlardır.[6] Ulduz formalarının böyük müxtəlifliyi demək olar ki, tamamilə bu ulduzların kütləsi, tərkibi və təkamül vəziyyəti ilə müəyyən edilir. Ulduzlar iyerarxik bir təşkilatda bir-birinin ətrafında dövr edən çoxulduzlu sistemlərdə tapıla bilər. Planet sistemi və asteroidlər, kometlər və dağıntılar kimi müxtəlif kiçik obyektlər yeni yaranmış ulduzları əhatə edən protoplanetar disklərdən iyerarxik yığılma prosesində yarana bilər.
Müxtəlif xarakterik ulduz növləri Hertsşprunq–Rassel (H–R) diaqramı — mütləq ulduz parlaqlığı ilə ona qarşılıq gələn səth temperaturu arasındakı əlaqə ilə göstərilir. Hər bir ulduz bu diaqram boyunca təkamül yolunu izləyir. Bu iz ulduzu daxili dəyişən növünə malik oblastdan keçirirsə, onun fiziki xüsusiyyətləri onun dəyişən ulduza çevrilməsinə səbəb ola bilər. Buna bir misal, H–R diaqramının Delta Qalxan, RR Lira və Sefeid dəyişənlərini ehtiva edən oblastı olan qeyri-stabillik zolağıdır.[7] Təkamüldə olan ulduz atmosferinin bir hissəsini ataraq dumanlıq, yaxud müntəzəm olaraq planetar dumanlıq meydana gətirə, ya da qalıq buraxan fövqəlnova partlayışında. Təkamüldə olan ulduz, dumanlıq və ya müntəzəm planetar dumanlıq yaratmaq, ya da qalıntı buraxan ifratdumanlıq partlayışı səbəbindən atmosferinin bir hissəsini kənarlaşdıra bilər. Ulduzun ilkin kütləsindən və yoldaşının olub-olmamasından asılı olaraq, ulduz ömrünün son hissəsini kompakt bir obyekt; ya ağ cırtdan, neytron ulduzu, ya da qara dəlik kimi keçirə bilər.
Forması
redaktəBeynəlxalq Astronomiya İttifaqının (BAİ, ing. IAU – International Astronomical Unit) planet və cırtdan planetlərə dair verdiyi təriflər tələb edir ki, Günəş ətrafında fırlanan astronomik cismin təqribi olaraq sferik formaya çatması üçün hidrostatik tarazlığa çatmalı, yəni yuvarlaqlaşdırma prosesindən keçməlidir. Eyni sferoidal forma Mars kimi kiçik qayalıq planetlərdən Yupiter kimi qaz nəhənglərinə qədər görünə bilər. Günəş ətrafında fırlanan hidrostatik tarazlığa çatmış hər hansı təbii cisim BAİ tərəfindən kiçik Günəş Sistemi cismi (KGSC) kimi təsnif edilir. Bunlar bir çox qeyri-sferik formalarda olurlar ki, bu da toz və qayaların içərisinə düşmə nəticəsində təsadüfi, necə gəldi yığılan topa kütlələrdir; bu zaman yuvarlaqlaşdırmanı tamamlamaq üçün lazım olan istiliyi yaratmaq üçün kifayət qədər kütlə yığılmır. Bəzi KGSC-lər sadəcə qravitasiya ilə bir-birinin yanında zəif saxlanılan, lakin əslində vahid böyük təməl qayayla birləşməyən nisbətən kiçik süxurların toplusudur. Daha böyük olan bəzi KGSC-lər az qala yuvarlaqdır, lakin hidrostatik tarazlığa çatmayıb. Kiçik Günəş Sistemi cismi 4 Vesta ən azı qismən planetar diferensiasiyaya məruz qalacaq qədər böyükdür. Günəş kimi ulduzlar da qravitasiyanın onların plazmasına, yəni sərbəst axıcılıqlı flüidinə təsirinə görə sferoiddir. Ulduzlarda davam edən sintez, formalaşma zamanı buraxılan ilkin istiliklə müqayisədə ulduzlar üçün daha böyük istilik mənbəyidir.
Mövqeyə görə kateqoriyalar
redaktəAşağıdakı cədvəldə cisim və obyektlərin yerləşdiyi yerə və ya quruluşuna görə ümumi kateqoriyalar verilmişdir.
Günəş sisteminin cisimləri | Günəşdənxaric | Müşahidə oluna bilən kainat | ||
---|---|---|---|---|
Sadə cisimlər | Mürəkkəb obyektlər | Yayılan obyektlər | ||
Günəş sistemi
Planetlər
Cırtdan planetlər
Kiçik planetlər
|
Ekzoplanetlər
Qəhvəyi cırtdanlar
Ulduzlar
İşıqlıq üzrə / təkamül
Kompakt ulduzlar
Pekulyar ulduzlara görə
Dəyişənlər – Xarici
Dəyişənlər – Daxili
Spektral tiplər üzrə
|
Sistemlər
İkilik ulduzlar
Ulduz qruplaşmaları
Qalaktikalar
|
Disklər və mühit
Dumanlıq
Kosmik miqyas
|
İstinadlar
redaktə- ↑ Task Group on Astronomical Designations from IAU Commission 5. "Naming Astronomical Objects". International Astronomical Union (IAU). April 2008. 2 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2010.
- ↑ Narlikar, Jayant V. Elements of Cosmology. Universities Press. 1996. ISBN 81-7371-043-0. 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
- ↑ Smolin, Lee. The life of the cosmos. Oxford University Press US. 1998. səh. 35. ISBN 0-19-512664-5.
- ↑ Buta, Ronald James; Corwin, Harold G.; Odewahn, Stephen C. The de Vaucouleurs atlas of galaxies. Cambridge University Press. 2007. səh. 301. ISBN 978-0-521-82048-6.
- ↑ Hartung, Ernst Johannes. Astronomical Objects for Southern Telescopes. 1984-10-18. ISBN 0521318874. İstifadə tarixi: 13 February 2017.
- ↑ Elmegreen, Bruce G. The nature and nurture of star clusters // Star clusters: basic galactic building blocks throughout time and space, Proceedings of the International Astronomical Union, IAU Symposium. 266. January 2010. 3–13. arXiv:0910.4638. Bibcode:2010IAUS..266....3E. doi:10.1017/S1743921309990809.
- ↑ Hansen, Carl J.; Kawaler, Steven D.; Trimble, Virginia. Stellar interiors: physical principles, structure, and evolution. Astronomy and astrophysics library (2nd). Springer. 2004. səh. 86. ISBN 0-387-20089-4.
Xarici keçidlər
redaktə- SkyChart, Sky & Telescope at the Library of Congress Web Archives (archived 2005-06-13)
- Monthly skymaps for every location on Earth