Goyer Abbas - Wikipedia
Göyər Abbas, Göyərabas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd.[1]
Göyər Abbas | |
---|---|
39°23′00″ şm. e. 46°27′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktə1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası
redaktəGöyər Abbas kəndi Bərgüşad silsiləsinin yamacındadır. Oykonimin birinci komponenti Göyərcik sözünün ellipsiyaya uğramış variantıdır. İkinci komponent isə vaxtilə həmin məntəqənin adı çəkilən şəxsin tabeliyində olduğunu göstərir. Kəndin adı "Abbasa məxsus Göyərcik kəndi" deməkdir.[2]
Coğrafiyası və iqlimi
redaktəGöyərabas kəndi Qubadlı rayonunun ən ucqar kəndlərindən biridir. Kiçik ərazisi olan bu kənd 4 tərəfdən dağlarla əhatələnmişdir. Kəndin çox heyrətamiz təbiəti, dağ havası və saf bulaq suları var.
Əhalisi
redaktəGöyərəbas kəndinin əhalisi Qarabağ döyüşlərində mərdliklə vuruşmuşdular. Hazırda torpaqların hələ də işğal altında olmasıyla əlaqədar olaraq bu kənddən olan məcburi köçkünlərin çox hissəsi Sumqayıt şəhərində yaşayır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
redaktə Qubadlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |