Goycay Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Göyçay Tarix-Diyarşünaslıq Muzeyi — Göyçay şəhərində yaradılmış muzey. Muzeydə Göyçay rayonun təbiətini və tarixinin əks etdirən eksponatlar toplanmışdır.[1]
Göyçay Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1983 |
Mövzu | Tarix |
Ölkə | |
Yerləşir | Göyçay şəhəri |
Kolleksiyası | 6800 eksponat |
40°39′11″ şm. e. 47°44′26″ ş. u.HGYO |
Muzeyin tarixi
redaktəGöyçay rayon Tarix-diyarşunaslıq muzeyi 1983-cü ildə yaradılmışdır. Muzey 2012-ci ildən müasir uslubla inşa edilmiş binada fəaliyyət göstərir.[2]
Muzeyin eksponatları
redaktəGöyçay Tarix-Diyarşünaslıq Muzeyində 6000-ə yaxın eksponat toplanıb. Onların sırasında insanların qədim yaşayış məskənlərində aparılmış qazıntılar zamanı aşkar olunan bəzək əşyaları, silah və qab-qacaq nümunələri var. Çox sayda eksponat İkinci dünya müharibəsi və Sovet İttifaqı Qəhrəmanları: Ziya Bünyadov, Bahəddin Mirzəyev, Hacı Qafarov və onlarla digər döyüşçülərdən bəhs edir.[3]
Hazırda 6800 ədəd eksponat vardır. Bunlardan 795 eksponat ekspozisiyada nümayiş etdirilir.[4] Muzey eksponatları:- rəssamlıq, heykəltaraşlıq, arxeologiya, etnoqrafiya, fotoşəkillər, sənədlər, iqtisadiyyat və milli adət-ənənələri tərənnüm edən bölmələrdən ibarətdir.[5]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Tarix- Diyarşünaslıq Muzeyi". goychay.cls.az. İstifadə tarixi: 16.02.2021.
İstinadlar
redaktə- ↑ "Göyçay Tarix-Diyarşünaslıq muzeyi". vymaps.com. 2021-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Mədəniyyət və Turizm şöbəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr barədə". goychay-ih.gov.az. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Göyçay Tarix-Diyarşünaslıq Muzeyi". kepeztv.az. 9 iyun .2015. 6 dekabr 2020 tarixində arxivləşdirilib.
- ↑ "Göyçay rayon Tarix-diyarşünaslıq muzeyi". aghdash.mctgov.az. 2021-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.
- ↑ "Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyi". kataloq.gomap.az. 6 dekabr 2020 tarixində arxivləşdirilib.