Goyce Milli Parki - Wikipedia
Göyçə Milli Parkı (erm. Սևան ազգային պարկ) — Göyçə gölünü və ətrafını qorumaq üçün 1978-ci ilin mart ayının 14 Ermənistan Sovet Sosialist Respublikası tərəfindən qurulan bir milli park. Göyçə Milli Parkı Geğarkunik mərzinin şimal hissəsində yerləşir. Göyçə Milli Parkı Ermənistan Respublikasının 4 milli parkından biridir. Ermənistan Təbiət Qoruma Nazirliyinin səlahiyyəti altındadır və ekosistemi izləyən, müxtəlif mühafizə tədbirləri görən bir araşdırma mərkəzi ehtiva edir. Göl üzərində lisenziyalı balıqçılıq da mövcuddur.
Göyçə Milli Parkı | |
---|---|
erm. Սևան ազգային պարկ | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 147,343 ha. |
Yaradılma tarixi | 14 mart 1978 |
İdarəetmə orqanı | Ermənistan Təbiət Qoruma Nazirliyi |
Çay | Zəngiçay |
Göl | Göyçə |
Florası | 1587 növ |
Faunası | Canavar, çaqqal, tülkü, dələ, pişik, dovşan, adi ağacqurbağası, qafqaz kələzi, cılız koramal, adi kərtənkələ, zeytuni təlxə, rəngarəng təlxə, adi qonurilan, ermənistan eyrenisi, adi suilanı, damalı suilanı |
Yerləşməsi | |
40°20′46″ şm. e. 45°20′04″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Geğarkunik mərzi |
sevanpark.am | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fauna
redaktəMəməlilər
redaktəGöyçə Milli Parkının hövzəsinin məməliləri haqqında elmi məlumat olduqca kasıb və cüzidir. Adətən canavarlar, çaqqallar, tülkülər, dələlər, pişiklər, dovşanlar və kiçik gəmiricilər haqqında bəhs edilir.[1][2]
Avifauna
redaktəGöyçə gölünün və ətrafının avifaunası zəngindir. Göyçə gölünün hövzəsində 267 quş növü qeyd edilmişdir. Bilinən avifauna, Maygülülər, Qutankimilər, Phoenicopteriformes, Qızılquşlar, Qazkimilər, Toyuqkimilər, Durnakimilər, Çovdarçıkimilər, Göyərçinlər, Cuculiformes, Bayquşkimilər, Keçisağankimilər, Uzunqanadkimilər, Rakşikimilər, Ağacdələnkimilər və Sərçəkimilər olaraq dəstələrə ayrılır. Ermənistan Qırmızı kitabında 39 quş növü mövcuddur. Həmçinin bir endemik növ olan Ermənistan Qağayısı (Larus Armenicus) da mövcuddur.[1][2]
Herpetofauna
redaktəMəzrə çayı vadisində, Adi yaşılqurbağa, Adi ağacqurbağası, Bataqlıq qurbağası, Uzunayaqlı taxtaqurbağası, Qafqaz kələzi, Cılız koramal, Eremias arguta, Adi kərtənkələ, Lacerta strigata, Parvilacerta parva, Darevskia unisexualis, Darevskia Valentini, Zeytuni təlxə, Rəngarəng təxlə, Adi qonurilan, Ermənistan eyrenisi, Adi suilanı, Damalı suilanı, Vipera ursinii kimi sürünən və suda-quruda yaşayanlar növlərinə rast gəlinir.[1][2]
Flora
redaktəGöyçə gölü hövzəsi mezofil və Ermənistan-İran kerofil flora kəmərləri üçün bir yolayırıcıdır. Göyçə Milli Parkı ərazisində 1145 bitki növünə, qoruma ərazisində isə 1587 bitki növünə rast gəlinə bilər. Parkın florasına, 28 ağac növü, 42 kol növü, 866 çoxillik bitki və 307 illik və ikiillik bitki növü aiddir. Ermənistan Qırmızı kitabına 17 bitki növü daxil edilmişdir (qoruma ərazisində 48 növü mövcuddur). Göyçə Milli Parkı və qoruma ərazisinin torpaqlarında, təxminən 60 bitki növü şifalı məqsədlər üçün istifadə edilə bilir. 100-dən çox növü isə yeməlidir.[1][2]
Xarici Keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Xanyan, Nazik. 2004. Ermənistanın = mühafizə olunan təbiət sahələri. Ermənistan Republikasının Təbiət Qoruma Nazirliyi. (Buradan Arxivləşdirilib 2007-12-16 at the Wayback Machine yüklənə bilər)
- ↑ 1 2 3 4 Հայկական սովետական հանրագիտարան. (azərb. Ermənistan Sovet Ensiklopediyası)